Bazar ertəsi günü, 02 noyabr 2026
     

İntiharı erməni əsirliyindən üstün tutdu, Səma Kərimova...

Image


Nəhayət, 11-ci qəbirdə bacısının...

Yurd sevgisindən, vətən məhəbbətindən bəhrələnən neçə-neçə oğul və qızlarımz silaha sarılıb düşmənə göz dağı oldular. Kimisi qələmi ilə, kimisi sinəsinə sıxdığı silahıyla... Qələmini süngüyə çevirənlərdən biri də qeyrətli, vətənpərvər soydaşımız, ömrünü sabahımıza sütun olan gənclərin maariflənməsinə həsr edən peşəkar müəllimə - Səma Aydın qızı Kərimova idi.
Səma Kərimova 1969-cu ildə gözəlliklər diyarında-Laçının Nağdalı kəndində dünyaya göz açıb. Orta təhsilini əla qiymətlərlə başa vuranda hər kəs inanırdı ki, ali məktəblərin qapısı Səmanın üzünə açıqdır. Az sonra Səma böyük arzu və ümidlərlə Bakıya gəldi-1986-cı il idi. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə biletini əlinə alanda göz yaşlarını saxlaya bilmədi Səma. Elə fərəhli görünürdü ki... sanki quş olub uçacaqdı.
İllər sürətlə ötürdü. Səma filologiya fakültəsini başa vurub doğulduğu kəndə dönəcək, müəllimlik fəaliyyətinə başlayacaq, müəllimləri ilə çiyin-çiyinə duracaqdı. Səma düşündükcə, qürur hissi bürüyürdü onu. Axı bir zaman şagird kimi gəlib-getdiyi elm ocağında indi müəllimlik edəcəkdi. Arzuları həyata keçmişdi Səmanın. Amma... amma əvvəlki çiçək qoxulu dağlar barıt qoxusu ilə əvəzlənmişdi. Namərd qonşularımızın torpaq iddiası nəinki sərhəd boyu yaşayış məntəqələrində, hətta bütün Qarabağda həyatın düzənini pozdu.
Qanlı döyüşlər gedirdi. Şuşanın işğalından sonra Laçın köməksiz qalmışdı. Həm Gorus, həm də Şuşa istiqmətində cəmləşən erməni hərbi birləşmələri qrad və toplarla Laçının mərkəzini vurur, silahsız əhalini didərgin salmağa çalışırdılar. Düşmən irəliləməyə can atır, bəzi cinahlarda buna nail olurdu da. Silahlıların əsas hədəfi Laçın dəhlizi idi-Gorusu Xankəndi ilə birləşdirən əsas yol.
1992-ci il 17 may... Laçın şəhəri ermənilərin işğal etdiyi Qaladərəsi, Zarıslı və Gorusun Dığ kəndi istiqamətindən atəşə tutuldu. Qoz bağı deyilən yerdən isə Qayğı qəsəbəsindəki mövqelərimiz hücuma məruz qaldı. Sərhədboyu kəndlərdə də vəziyyət ürəkaçan deyildi. Düşmən ordusu getdikcə mərkəzə doğru irəliləyirdi. Silahsız əhali isti ocağını tərk etmək məcburiyyətində qalmışdı. Topların səsi daha yaxında eşidilirdi...
Kərimovlar ailəsi Bərdəyə - Qaradəmirçi kəndinə pənah gətirmişdi. Min bir əziyyət bahasına başa gələn imarəti, uzun illər hesabına qazandığı var-dövləti və bir də Tanrının bəxş etdiyi əvəzsiz neməti-müqəddəs torpağı tərk etmək asan olmasa da, bu baş vermişdi. Yurd dərdi göynərtili yara kimi asılmışdı hər kəsin yaxasından.
Laçın dəhlizi düşmənin əlində olsa da, Qubadlı və Kəlbəcər istiqamətində olan kəndlərin əksəriyyəti əsgərlərimiz tərəfindən müdafiə olunurdu. Hətta uğurlu əməliyyatlar nəticəsində, Nağdalı kəndi başda olmaqla, bir neçə yaşayış məntəqəsi düşməndən təmizlənmişdi. Artıq bacalardan tüstü qalxırdı. Sakinlərin əksəriyyəti doğma elinə dönmüşdü. Əksər kəndlərdə məktəblər fəaliyyətə başlamışdı. Səma Kərimova da, həyat yoldaşı Arif də iş başında idi. Sanki onun üçün həyat yeni başlayırdı.
Elə bu arada Kəlbəcərdən gələn xəbərlər bütün uğurların üstünə qara bir kölgə saldı.
Qarı düşmən xeyli sayda canlı qüvvə və ağır hərbi texnika ilə Cermux və "Alagöllər" istiqamətindən Kəlbəcərə hücuma keçdi. Əsas məqsəd isə Kəlbəcərdən Laçına keçən bölüklərin qarşısını almaq və Laçındakı hərbi hissəni mühasirəyə salmaqla, dəhliz ətrafında yaranan təhlükəni aradan qaldırmaq idi. Təəssüf ki, düşmənin bu hiyləgər planı baş tutdu. Ordumuzun silah-sursat və ərzaqla təminatı çətinləşdiyi üçün geri çəkilməyə məcbur oldu. 1993-cü ilin mart ayının sonunda silahsız əhali ikinci dəfə isti ocağından didərgin düşdü.
Səma Kərimova dayısıgillə birgə Kəlbəcərə tərəf üz tutdu. Güllə səsləri dağları silkələyirdi. Amma düşmənin hara qədər irəlilədiyindən heç kimin xəbəri yox idi. Köç karvanı tunelin on addımlığına çatdı. Əsgərlər köçə nəzarət etsələr də, heç bir təhlükə ilə üzləşməmişdilər. Ən böyük tələ isə qarşıda idi. Sən demə, düşmən tunelin ətrafında pusqu quraraq, bayaqdan bəri yol gələn köç karvanını gözləyirmiş.
Tuneldə qan su yerinə axdı. Neçə-neçə günahsız, əliyalın insan həyatla vidalaşdı. Sağ qalanlar da əsir götürülərək ermənilərin cəmləşdiyi ərazilərə - Xankəndinə, Xocavəndə aparıldı. Həmin gün Səma dayısı Asifi də itirdi, Yusifi də... hələ üstəlik bibisi Qənirəni də... Özü isə ağır yaralandı.
Səma gözünü açanda Vəng kəndinin xəstəxanasında idi.
Bir neçə gündən sonra yaralıların əksəriyyəti Xankəndinə gətirildi. Səma da onların arasında idi. Vəziyyəti getdikcə ağırlaşırdı. Amma körpəsinin qığıltısını eşitdikcə yaralarının sızıltısını unudurdu. "Təki körpəyə heç nə olmasın, təki onu incitməsinlər"-deyə Allaha yalvarırdı. Hələ bir dəfə vaxt tapıb evə məktub da yazmışdı: "Ana, bir aydan artıqdır ki, arxası üstəyəm, ayaqlarım sözümə baxmır, deyəsən, içində qəlpə var. Amma əməliyyat olunandan sonra ayağımın şişi bir az çəkilib. Qızım Nurlanə də yaxşıdır. Özünüzü qoruyun!"
Sevda xanım qızından xəbər tutandan sonra onun geri qaytarılması üçün bütün imkanlardan istifadə etməyə çalışdı. Ermənilər Səmanı geri qaytarmaq üçün onun valideynlərindən külli miqdarda vəsait tələb etdi. Sevda ananın razı olmaqdan başqa çarəsi yox idi. Vəsait toplanan zaman növbəti qara xəbər Sevda ananı sarsıtdı. Səma ölümü əsirlikdən üstün tutaraq özünə qəsd etmişdi.
9 aylıq Nurlanə isə əsirlikdə olan Arzu və Nəsibəyə elə meyl salmışdı ki, onlardan ayırmaq mümkün deyildi.
Səmanın cəsədini geri qaytarmaq üçün növbəti danışıqlar başladı. Görüş komandirlərin iştirakı ilə cəbhə bölgəsində baş tutdu. Ancaq tabut boş idi.
Deyilənə görə, Səma Füzulinin Tuğ kəndində dəfn edilmişdi.
...Əli bacısının cəsədini geri almaq üçün erməni saqqallısı Ediklə olan söhbətini xatırladı və ölümü gözünə alıb qəbiristanlığa gəldi. Yan-yana düzülmüş xeyli təzə qəbir vardı.
-Axtar tap bacının cəsədini, - deyə saqqallı Edik səsini qaldırdı.
Əli carəsiz halda qəbirləri bir-bir qazdı. İnsanların hansı vəhşiliklə öldürülməsinin bir daha şahidi oldu. Bu dəhşətə dözmək üçün dişini-dişinə sıxdı, göz yaşlarını içinə axıtdı, nifrətini içində boğdu. Əli on qəbir qazmışdı, yorulub əldən düşsə də dözür, tab gətirirdi. Axı əliboş qayıtmayacağına söz vermişdi. Nəhayət, 11-ci qəbir...
Bəli, bu onun qəbri idi - ölümü əsirlikdən üstün tutan bir müəllimənin, bir ziyalının, bir Azərbaycan qadınının... Bu dəfə göz yaşlarını saxlaya bilmədi Əli, başını bacısının sinəsinə söykəyib hönkürdü...
Vaxt itirmədən buz kimi cəsədi qolları üstünə alıb sərhədə doğru irəlilədi.
Səmanın cəsədi geri alındıqdan sonra körpə Nurlanəni qaytarmağın yollarını axtardı Əli. "Kaş onu salamat qaytara biləydim, axı o, Səmanın yeganə yadigarı, ailəmizin ümid işığıdır. Axı o, Səma ocağının alovlanan çırağı ola bilər." Əli düşündükcə, düşmənlərə nifrət püskürürdü. Və bir gün Nurlanəni qaytarmaq üçün ermənilərlə razılığa gələ bildi. Əli və bütövlükdə Kərimovlar ailəsi Nurlanəni səbrsizliklə gözləyir, ona qovuşacaqları üçün dua edirdilər. Amma namərd düşmən nəvə həsrətilə gözü yollara dikilən Sevda nənənin qəlbinə növbəti bir dağ çəkdi. Nurlanəni dünya işığından məhrum elədilər. Ağrı-acının, müharibənin, hətta düşmənin nə olduğunu anlamayan körpə ömürlük nura həsrət qaldı.
O əzablı illər arxada qalsa da, Nurlanənin yarasına məlhəm olmur. Çünki yaranın göynərtisi haraya, hayqırtıya çevrilib savaşa, qisasa səsləyir yurd oğullarını. O yaranın göynərtisi topa, tüfəngə çevrilib düşmənə od püskürür. Bəzən də o yaranın göynərtisi ipə-sapa düzülərək misralanır, şeirə, bayatıya çevrilir.
Mən şəhid balasıyam
Dağların lalasıyam
Mən özüm böyüyəndə
O alçaq düşmənimdən
İntiqam alasıyam
Mən şəhid balasıyam.
Artıq Nurlanə həddi-büluğa çatıb. Hətta Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib. Anası kimi o da şeir yazır, pianinoda ifa edir. Özündən bir yaş böyük qardaşı Rüfət isə hərbi xidməti başa vurandan sonra ailənin qayğılarını öz üzərinə götürüb. Daha doğrusu, Kərimovlar ailəsində ocağın daha da gur yanması üçün əlindən gələni əsirgəmir.
Qeyrət müəcəssəməsi Səma Kərimova ölümü əsirlikdən üstün tutdu. Tanrı dərgahına ucaldı. Adına şeirlər yazıldı, dastanlar bağlandı. Yaddaşdan yaddaşa köçərək tarixləşdi, əbədiləşdi...
Günay KƏLBƏCƏRLİ
 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ