"Bank VTB (Ermənistan)" QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "VTB Qrup"un Mətbuat Mərkəzindən bildirilib.
"Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır", - deyə məlumatda qeyd edilib.