Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndiririk. Bunu baki-xeber.com-a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalması, Ermənistan silahlı qüvvələrinin son təxribatları və mülki insanlar arasında ölüm və yaralanma halları ilə nəticələnərək qoşunların təmas xətti boyunca yaşayan Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutması və törətdiyi digər müharibə cinayətlərinə göz yumaraq 11 aprel tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndiririk.