Ötən sutka ərzində Türkiyədə Kürd Fəhlə Partiyasının 19 üzvü məhv edilib. Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, bu barədə bazar ertəsi Türkiyə Baş Qərargahının açıqlamasında deyilir.
Türkiyə XİN başçısı Efqan Ala daha öncə ölkənin cənub-şərq regionunda bir sıra rayonlarda sutkalıq komendant saatının tətbiq olinduğunu bəyan etmişdi. PKK-ya qarşı antiterror əməliyytları, əsasın, Hakkarinin Yüksekova əyalətində, Şırnak əyalətinin Şırnak və Silopi şəhərlərində, Mardinin Nusaybin şəhərində keçirilir. "Sutka ərzində terrorçu qrupun üzvlərindən 6 nəfəri Nusaybində, 7-si Şırnakda, 4-ü Yüksekovada, 2-si isə Silopidə məhv edilib”- deyə hərbi qurumun bəyanatında deyilir. Ümumiyyətlə isə, Baş Qərargahın açıqlamasına görə, antiterror əməliyyatlarının başlanmasından bu günə kimi 529 kürd silahlısı məhv edilib.
Xəbərə görə, PKK üzvlərindən əldədüzəlmə bombalar, partlayıcılar, əl qumbaraları, qumbaraatanlar, avtomatlar və xeyli sayda silah-sursat ələ keçirib.