Daxili İşlər Nazirliyi (DİN) Nemət Pənahlının polis tərəfindən saxlanılmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, N. Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.