Türkiyənin cənub-şərqində PKK terror təşkilatına qrşı aparılan əməliyyatlarda zərərsizləşdirilən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu ortaya çıxıb.
Baki-xeber.com-un Türkiyənin "Vatan” qəzetinə istinadən xəbərinə görə, terror üzrə ekspert, istefada olan hərbçi, Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşin deyib ki, ermənilərin ASALA terror təşkilatı ilə PKK terror təşkilatı arasında dərin bağ var.
M. H. Çaşin bildirib ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: "Əldə etdiyim məlumata görə, son 3 ay ərzində döyüşlərdə ölən PKK snayper atıcılarının 7-i Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu müəyyən edilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”.