Dünən axşam saatlarında İstanbulun mərkəzində avtobus dayanacağında partlayış baş verib.
Baki-xeber.com-un habertürkə istinadən xəbərinə görə, partlayıcı qurğu çantaya yerləşdirilərək Trump Tower ticarət mərkəzinin qarşısındakı avtobus dayanacağına qoyulub. Qurğunun partlaması nəticəsində 3 nəfər xəsarət alıb. Əsasən ayağından yaralanan şəxslər dərhal xəstəxanaya qaldırılıb. Güc strukturlarının əməkdaşları havadan helikopterin dəstəyilə hadisə yerində araşdırma aparıb. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı binalardan sakinlər evakuasiya olunub.