çərşənbə axşamı günü, 03 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyevlə Medvedyevin çox məzmunlu, ancaq hələlik "səssiz Qarabağ müzakirəsi"...
Tarix: 09.04.2016 / 01:12
Bölmə: Gündəm
İlham Əliyev: "Azərbaycan və Rusiya arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq üçün böyük potensial var"
Baş nazir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır"
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyevlə məhdud tərkibdə görüşü olub (Trend). Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin sədri Dmitri Medvedyevi qarşılayıb və birgə foto çəkdiriblər. Daha sonra Prezident İlham Əliyevin və Dmitri Medvedyevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
İlham Əliyev Dmitri Medvedyevi salamlayıb və qeyd edib ki, Azərbaycan və Rusiya arasında gündəlikdə geniş məsələlər var. Dövlət başçısı bildirib: "Səfəriniz Rusiya və Azərbaycan arasında dost, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Çox dinamik inkişaf edən və strateji tərəfdaşlıq səviyyəsinə çıxan münasibətlərimizin müzakirəsi üçün olduqca geniş gündəlik mövcuddur".
İlham Əliyev deyib ki, D.Medvedyevin səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir: "Təəssüf ki, uzun illər ərzində münaqişə öz həllini tapmadı. Vaxtaşırı olaraq Ermənistan tərəfindən silahlı təxribatlarla üzləşirik. Aprelin əvvəlində Ermənistan tərəfindən növbəti təxribat oldu. Azərbaycanın yaşayış məntəqələri atəşə tutuldu. 400-dən artıq ev zərər gördü, dinc sakinlər arasında da həlak olanlar var".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi hərbi təxribatın qarşısını almaq və atəşkəs rejimini bərpa etmək üçün cavab tədbirləri görmək məcburiyyətində idi: "Vəziyyətin deeskalasiyası prosesi üzrə vaxtında göstərdiyi səylərə və fəaliyyətə görə Rusiya rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Rusiya Prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng etdi. Həmçinin Rusiya Federasiyası Baş Qərargah rəisi iki ölkənin Baş Qərargah rəisləri ilə təmasda idi. Vasitəçilik səyləri nəticəsində sülh bərpa edildi, hərçənd, qarşı tərəf buna heç də həmişə riayət etmir".
İlham Əliyev əlavə edib: "Qeyd etmək istəyirəm ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında sülh və siyasi yolla nizamlanmasına sadiqdir".
Dövlət başçısı diqqətə çatdırıb ki, D.Medvedyevin səfəri, həmçinin, münasibətlərimizin gündəliyindəki digər məsələləri - ticarət-iqtisadi əlaqələri, enerji, nəqliyyat, humanitar sahələri - müzakirə etmək üçün yaxşı imkandır: "Bir daha demək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər çox yaxşı dinamika nümayiş etdirir və dostluğu, səmimiliyi ilə fərqlənir".
Prezident bildirib ki, Azərbaycan Rusiya Baş naziri Dmitri Medvedyevin səfərinə böyük önəm verir: "Əminəm ki, bu, Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Biz sizinlə ayrıca söhbətdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə etdik. Vəziyyətin deeskalasiyası işində aktiv vasitəçiliyinə görə Rusiya Federasiyasına bir daha təşəkkür etmək istəyirəm" deyən Dövlət başçısının sözlərinə görə, Azərbaycan üçün Rusiya ilə münasibətlər böyük önəm kəsb edir: "Biz bu münasibətlərə dəyər veririk, onları qiymətləndiririk və genişləndirməyə, möhkəmləndirməyə çalışırıq. Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmasına gəlincə, təəssüf ki, münaqişə uzun illərdir öz həllini tapmır, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın ona bitişik yeddi rayonu 20 ildən artıqdır işğal altındadır. Oradan bütün Azərbaycan əhalisi çıxarılıb, bütün evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox məcbur köçkünümüz var. Buna Ermənistandan 250 mindən çox qaçqını əlavə etsək, 1994-cü ildə barışığa nail olunanda adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə ən yüksək faiz göstəricilərindən birinə malik idik".
Dövlət başçısı qeyd edib ki, münaqişənin nizamlanması üçün mexanizmlər, BMT-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur, lakin təəssüf ki, onlar həyata keçirilmir.
Prezidentin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanması işində vacib rol oynayır: "Bu rolu yüksək qiymətləndiririk. Ermənistan tərəfindən növbəti silahlı təxribat fonunda mövqelərimiz atəşə məruz qalanda, o cümlədən yaşayış məntəqələrinə zərər vurulanda bu rol özünü xüsusilə göstərdi. Qoşunların təmas xəttinə yaxın ərazilərdə 400-dən artıq ev zərər gördü, onlardan onlarla ev tamamilə dağıdıldı, qurbanlarımız var, o cümlədən də dinc əhali arasında".
Dövlət başçısı vurğulayıb ki, bu şəraitdə Rusiya tərəfi münaqişənin deeskalasiyası üçün təşəbbüs göstərdi: "Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan Prezidentinə zəng edərək narahatlığını, eləcə də vəziyyətin deeskalasiyası üzrə tərəflərə kömək etmək səyini bildirdi. Bütün bunları müsbət qəbul etdik. Moskvada Rusiya Federasiyası Baş Qərargah rəhbərinin iştirakı ilə üç ölkənin Baş Qərargah rəhbərləri arasında görüş keçirildi. Görüşdə hərbi fəaliyyətin dayandırılması barədə qərar qəbul olundu. Sözsüz ki, bu qərara əməl edirik və ümid edirik ki, erməni tərəfi də buna sadiq qalacaq".
Prezident bir daha vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir: "20 il ərzində danışıqlar aparılır və Ermənistan tərəfdən Azərbaycanın eskalasiyanın təşəbbüskarı olması ilə bağlı bütün ittihamlar tamamilə əsassızdır. Çünki aprelin əvvəlində baş verən hərbi toqquşmaların xarakteri ondan xəbər verir ki, bizim irimiqyaslı hərbi əməliyyatlara başlamaqla bağlı heç bir niyyətimiz olmayıb və yoxdur. Biz sadəcə mövqelərimizi, vətəndaşlarımızın dinc həyatını qoruyurduq".
İlham Əliyev bildirib: "Buna görə də münaqişənin nizamlanması Azərbaycanın marağındadır və əminəm ki, Ermənistanın da marağındadır, eləcə də Rusiya münaqişənin tezliklə nizamlanmasında maraqlıdır. Danışıqlar prosesini davam etdirəcəyik. Bu yaxınlarda regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədlərinin təşəbbüsünü alqışlayırıq və ümid edirik ki, Minsk Qrupunun status-kvonun dəyişdirilməli olduğuna dair çağırışları Ermənistanda da eşidiləcək. Status-kvonun dəyişməsi, Azərbaycan torpaqlarının işğalından imtina etmək münaqişənin irimiqyaslı nizamlanması üçün əsas şərtdir. Bu baş verən kimi regionda sülh, əminamanlıq, əməkdaşlıq bərpa olacaq və bundan regionun bütün ölkələri qazanacaq".
Gündəliyin digər məsələsinə toxunan İlham Əliyev diqqətə çatdırıb: "İqtisadi problemləri, ticarət-iqtisadi münasibətləri, enerji, nəqliyyat və humanitar əməkdaşlıq sahəsində münasibətləri ətraflı müzakirə etdik. Bütün istiqamətlər üzrə yaxşı dinamika var. İstiqamətlər üzrə böyük səmərəliliklə konkret işləyən hökumətlərarası komissiya aktiv çalışır. Rusiya ilə münasibətlərə strateji xarakterli münasibətlər kimi baxırıq və eyni münasibəti Rusiya rəhbərliyindən, Rusiya tərəfdən görürük. Dmitri Anatolyeviçin səfəri bu münasibətlərin xarakterini bir daha təsdiq edir və əməkdaşlığımızn möhkəmləndirilməsinə böyük töhfə verir. Sizə ən xoş arzularımı bildirirəm. Rusiya xalqına dərin hörmətimi ifadə etmək istəyirəm, Rusiya dövlətinə uğurlar və çiçəklənmə arzulayıram".
Dövlət başçısı qeyd edib: "Bizim bir çox istiqamətlər üzrə çox yaxşı dinamikamız mövcuddur. Obyektiv səbəblərə görə əmtəə dövriyyəsinin bir az azalmasına baxmayaraq, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial var, enerji, nəqliyyat sahələrində böyük potensial mövcuddur".
Azərbaycan Prezidentinin sözlərinə görə, şübhəsiz ki, humanitar sahədə də ənənəvi əməkdaşlıq mövcuddur, bu sahədə çox yaxşı perspektivlər və yaxşı nəticələr var: "Bu, ümumiyyətlə münasibətlərimizin əsasıdır. Buna görə də ümid edirəm ki, həmkarlarımızla ticari-iqtisadi və siyasi əlaqələrimizin konkret məsələlərini ətraflı müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz".
Medvedyev isə qeyd edib ki, Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə strateji tərəfdaşdır. Baş nazir bildirib: "Allaha şükür, münasibətlərimizin palitrası, əlaqələrimiz yalnız problemlərdən keçmir, münasibətlərimizin böyük təbəqəsi var və burada bizim çox irəli getmiş əməkdaşlığımız, strateji təərfdaşlığımız var, eləcə də iki ölkə iqtisadiyyatının daha sinxron işləyərək yaxşı effektə çatması üçün əlavə səylər göstərmək imkanı mövcuddur".
Rusiyalı Baş nazir qeyd edib ki, ötən il iki ölkə arasında mal dövriyyəsinin həcmi azalıb. Lakin onun sözlərinə görə, bu, ölkələrin bir-birinə tədarük etdiyi malların qiymətlərindəki dəyişikliklə bağlı olub: "Bununla belə, bir sıra layihələri canlandırmaq mümkündür".
D.Medvedyev Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələni, eləcə də humanitar məsələləri müzakirə etməyi təklif edib.
Baş nazir bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır. Rusiyalı Baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etdiyini vurğulayıb.
D.Medvedyev bildirib: "Mən özüm də vaxtilə buna xeyli səy göstərdim və qeyd etmək istərdim ki, bütün bunlar boşuna getmədi, itmədi. Hər halda, şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası bunun üçün bizdən asılı olan hər şeyi edəcək".
Baş nazir əlavə edib ki, səfər zamanı, həmçinin, Azərbaycan və Rusiya arasında müzakirə ediləcək bir çox müxtəlif birgə layihələr var.
Rusiya Baş naziri Dmitri Medvedyevin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunu üzrə mətbuat üçün bəyanatında isə qeyd edilir ki, Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərinin səviyyəsini yüksək qiymətləndirir.
Dmitri Medvedyev bildirib: "Biz Azərbaycanla qarşılıqlı münasibətlərin belə səviyyəsini, dostluq ənənələrini, qarşılıqlı anlayışı yüksək qiymətləndiririk. Bunlar əsrlər ərzində formalaşıb və hazırda öz yaxşı bəhrələrini verir".
Baş nazirin sözlərinə görə, görüşdə tərəflər gündəliyin bütün məsələləri üzrə müzakirə aparıb.
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər
- körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…
02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz
- Aydın QULİYEV yazır...
02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır
- Pentaqon rəhbəri qurban verilə bilər…
02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...
02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” -
müvafiq əməliyyat 2013-cü ildə başlayıb
02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...
02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....
02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi
- seçkiqabağı gözlənilməz qərar verdi...
02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq
02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq?
- İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...
02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır...
Rəsmi Bakının adı çəkilir...
02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub”
- Ermənistandan yeni iddia...
02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...
02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...
02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...
02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır
02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi -
ölkə dərin siyasi böhranda...
02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar...
Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...
02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
- FOTO
02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?
02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?
02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir
- Susmaq olmaz...
02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı
02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..
02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...
02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...
02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı
- mərkəz direktoru və meşəbəyi həbs edildi
02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ