çərşənbə axşamı günü, 03 noyabr 2026
     

DİN üç mü­hüm mə­sə­lə­ni ge­niş Kol­le­gi­ya ic­la­sı­na çı­xar­dı

Image


Aprelin 8-də Daxili İşlər Nazirliyində "Uçot-qeydiyyat intizamına riayət edilməsi”nin, "Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması"nın, həmçinin, "Cinayətlərin profilaktikası" sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəliyə keçməzdən əvvəl, cari il aprelin 2-nə keçən gecə Ermənistanın Silahlı Qüvvələri tərəfindən təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı yaşayış məntəqələrinin və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin bütün cəbhə boyu iriçaplı silahlardan, minaatanlardan, qumbaraatandan və artilleriya qurğularından intensiv atəşə tutulduğunu xatırladıb. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun gördüyü cavab tədbirləri, həyata keçirdiyi döyüş əməliyyatları və endirilmiş sarsıdıcı zərbələr nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş texnikası və hərbi infrastrukturu məhv edilib, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub. Cəbhəboyu rayonlarda əhalinin təhlükəsizliyinin təmin olunmasında polis orqanları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Təəssüflə qeyd olunub ki, döyüş əməliyyatları bizim üçün də itkisiz ötüşməyib. Cənab Ramil Usubov ordumuzun göstərdiyi şücaətin, qəhrəmanlığın xalqımızda, xüsusən gənclər arasında böyük ruk yüksəkliyi yaratdığını, şəhid olmuş əsgər və zabitlərimizin böyük coşğu ilə dəfn olunmasının, minlərlə insanın qatıldığı həmin mərasimlərin xalqımızın öz dövləti, Prezidenti ilə sıx birliyinin, vətən və torpaq sevgisinin, sülh danışıqlarının heç bir nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqlarımızı hərb yolu ilə azad etmək əzminin növbəti əyani təzahürü olduğunu diqqətə çatdırıb.

Nazirin təklifi ilə şəhid olmuş hərbçilərimizin, həmçinin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iclasın gündəliyinə toxunan daxili işlər naziri müzakirəyə çıxarılan hər üç məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov çıxış edib. O deyib ki, aidiyyəti fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılmaqla hüquqi statistika, əməliyyat-sorğu, kriminal yönümlü məlumatların toplanılması, emalı və arxivləşdirilməsi sürətləndirilib, yeni informasiya bankları formalaşdırılıb. İstismar edilən avtomatlaşdırılmış sistemlər və proqram təminatları mütəmadi yenilənib, cinayətkarlığa qarşı mübarizədə onlardan geniş istifadə edilib.

Ölkədə cinayətkarlığın vəziyyətini, dinamikasını, müvafiq sahədə ayrı-ayrı uçot subyektlərinin fəaliyyətinin nəticələrini, mövcud nöqsan və çatışmazlıqları, onların aradan qaldırılmasına dair tapşırıqları özündə əks etdirən analitik materiallar və hesabatlar, icmal-arayışlar və istiqamətləndirici göstərişlər hazırlanıb icraya yönəldilib.

Bildirilib ki, cinayət və hadisələr barədə məlumatların tam və dəqiq qeydiyyatı məsələsinə önəm verilərək müvafiq sahəni tənzimləyən vəzifə təlimatları yenilənib, icrası nəzarətə götürülüb, görülən işlərin vəziyyəti dəfələrlə Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunub. 2007-ci ildən Nazirlikdə fəaliyyət göstərən "102” xidməti - zəng mərkəzi sistemi də cinayətlərin uçotuna mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsində özünün praktiki rolunu təsdiqləyib, latent cinayətkarlığın səviyyəsinin minimuma endirilməsində mühüm rol oynayıb. Polis orqanlarının DİN-in Vahid Məlumat-Axtarış Sisteminə (Məlumat Portalı) qoşulması lüzumsuz yazışmaları, vaxt itkisini aradan qaldırmaqla yanaşı, profilaktik, istintaq və əməliyyat-axtarış fəaliyyətinin səmərəliyinin artırılmasına şərait yaradıb.

Məruzəçi bildirib ki, bununla yanaşı, kollegiyaqabağı araşdırmalar bəzi şəhər, rayon polis orqanlarında uçot-qeydiyyat intizamına riayət olunmasına, fəaliyyətin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə lazımi diqqət yetirilmədiyini göstərib.

Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, Baş İdarə tərəfindən keçən il və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlərlə mübarizədə geriliyə yol vermiş şəhər, rayon polis orqanlarına əməli köməkliklər göstərilib, geniş ictimai rezonans doğuran cinayətlər əməliyyat müşavirələrində müzakirə olunaraq görülən tədbirlərin gedişi nəzarətə götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bütövlükdə, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avtonəqliyyatın qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1678 təqsirləndirilən şəxs tutulub. Bilavasitə Baş İdarə əməkdaşlarının iştirakı ilə mülkiyyət əleyhinə olan 300-ə yaxın cinayət açılıb, onları törətmiş 67 nəfər müəyyən edilərək saxlanılıb.

Nəzərə çatdırılıb ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük əhəmiyyəti olub. «102» xidməti və «Təhlükəsiz şəhər» sisteminin texniki imkanları ilə 69 oğurluq, 66 oğurluğa cəhd, 6 soyğunçuluq, 10 quldurluq, 9 nəqliyyat vasitəsinin qaçırılması və sair cinayətlər «isti izlərlə» açılıb, axtarışda olan 158 avtomobil saxlanılıb.

Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə, əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə mühafizəyə götürülmüş obyektlərin sayı 1170, mənzillərin sayı isə 1233 vahid artıb. Qorunan obyektlərdə 144 oğurluq hadisəsinin qarşısı alınaraq 74 nəfər yaxalanıb.

2015-ci ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 4,4 faiz yaxşılaşaraq 70,7 faiz təşkil edib. O cümlədən oğurluqların açılması 5,7 faiz, dələduzluqların açılması 1,3 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 1,8 faiz, avtonəqliyyat qaçırmalarının açılması isə 5,8 faiz yaxşılaşıb.

Gündəlikdəki üçüncü məsələ ilə bağlı məruzə ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış edib. O, bildirib ki, qəbul olunmuş yeni qanunvericilik aktları əsasında cinayətlərin qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi istifadəyə verilib. Qabaqlayıcı iş sahəsini tənzimləyən geniş normativ baza yaradılıb.

Cinayətlərin, xüsusən ailə-məişət zəminində, əvvəllər məhkum olunmuş şəxslər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlərin qarşısının vaxtında alınması, profilaktik iş qurumlarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə özündə qabaqlayıcı tədbirləri əks etdirən göstərişlər hazırlanaraq yerlərə göndərilib.

Məruzəçi qeyd edib ki, məqsədyönlü islahatlar cinayətlərin profilaktikası sahəsində mühüm funksiyaları həyata keçirən polis sahə rəisləri və inspektorları institutunu da əhatə edib, onların peşəkarlıqlarının artırılması məqsədilə respublika toplantısı, zonalar üzrə virtual seminar-məşğələlər keçirilib. Polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, əhali ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər davam etdirilərək sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları Nazirliyin veb saytına yerləşdirilib. Görülmüş tədbirlərlə təkcə ötən il müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə 87.233 vətəndaş müraciət edib ki, bu da 2014-cü illə müqayisədə 3 faiz çoxdur.

Həyata keçirilən bu və digər tədbirlər əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də cinayətlərin profilaktikasında müsbət nəticələri şərtləndirib. 2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, əzab vermələr 26,3 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçiriləcək tədbirlər barədə danışıblar.

İclasa yekun vuran nazir əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələrin əldə edildiyini, bu işdə polisin prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə birgə əlaqəli və səmərəli işbirliyinin xüsusilə mühüm rol oynadığını xatırladıb.

O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etməklə, onların dərindən təhlil edilərək aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini, müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətlərinə, aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri Son günlər cəbhəboyu zonada yaşanan hadisələrə bir daha toxunaRAQ təmas xəttində döyüş əməliyyatları zamanı polisin üzərinə müharibə dövrünün tələblərinə uyğun mühüm vəzifələr düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli müvafiq Sərəncamına, onun icrası ilə bağlı Nazirliyin tədbirlər planına uyğun olaraq cəbhəboyu rayonlarda zəruri tədbirlərin məqsədyönlü surətdə davam etdirilməsini tapşırıb.

General-polkovnik Ramil Usubov cari il fevralın 2-də ölkə Prezidenti tərəfindən imzalanmış «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Fərman çərçivəsində bir sıra rayonlarda mülki işçi vəzifələrinə vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışlarının keçirildiyinə, hazırda anoloji tədbirlərin davam etdirildiyinə toxunaraq aidiyyəti xidmətlərin və ərazi polis orqanlarının rəislərindən bu məsələnin diqqətdə saxlanılmasını tələb edib.

Cari il martın 1-dən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə mindiyini xatırladan nazir xidməti fəaliyyətdə həmin qanunvericilik aktının tələblərinə ciddi riayət olunmasının, bunun üçün ilk növbədə polisin səlahiyyətinə aid maddələrin şəxsi heyət tərəfindən dərindən öyrənilməsininin əhəmiyyətini qeyd edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daxili işlər orqanlarına daimi diqqət və qayğının göstərildiyini, bunun isə üzərimizə daha böyük məsuliyyət qoyduğunu bildirib. O, ölkə başçısını əmin edib ki, şəxsi heyət qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcəkdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ