Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri bir neçə həftə sonra əvvəlcə Berlində, sonra isə ATƏT-də məruzə etmək üçün regiondan qayıdacaqlar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Baş katibi Lamberto Zaner deyib.
O bildirib: "Onlar (həmsədrlər) hazırda regiondadırlar, gələcək addımları və nə etməli olduqlarını müəyyənləşdirənədək orada qalacaqlar".
Lamberto Zanyer bildirib ki, vəziyyət pisləşsə, ATƏT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni xüsusi iclas keçirməyə hazırdır (APA). Onun sözlərinə görə, təşkilatın aprelin 4-də artıq xüsusi iclası keçirilib: "Daimi Şura da hər həftə iclas keçirir və bütün məsələləri müzakirə edir. Dünən Daimi Şura Dağlıq Qarabağ məsələsini müzakirə edib. Növbəti həftə də bu məsələni yenə müzakirə edəcəyik”.