Bu səhər qondarma "Dağlıq Qarabağ Respublikası”nın "müdafiə nazirliyi” Talış kəndinin şimal istiqamətində iki hərbçisinin ölməsi barədə xəbər yayıb.
Baki-xeber.com-un Kavkazskiy uzel saytından əldə etdiyi xəbərə görə, bunlar 1983 təvəllüdlü müqaviləçi hərbçi Qraç Samveloviç Muradyan və 1996-cı il təvəllüdlü Gevorq Aşotoviç Mqdesyandır. Eyni zamanda qondarma qurun yaralıların da olduğunu bildirib, lakin onların sayı açıqlanmır.
Qeyd edək ki, qoşunların təmas xəttində 4 günlük gərgin döyüşdən sonra yenidən atəşkəs barədə razılıq əldə olunsa da, erməni tərəfi bu razılaşmaya əməl etmir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mövqelərimiz qarşı tərəfdən intensiv atəşə tutulur və ötən gün də istisna olmayıb. Belə ki, ermənilər ötən sutka ərzində atəşkəsi 110 dəfə pozub.
Azərbaycan tərəfdən itki yoxdur.