Niderlandda Ermənistanın Azərbaycana aqressiyasına etiraz aksiyası keçirilib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, aksiyanı Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası təşkil edib. Aksiyada Niderlandda yaşayan Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak edib. İştirakçılar iki ölkənin bayraqlarını və üzərində "Erməni işğalına son!”, "Qarabağ Azərbaycanındır”, "Qarabağ bizimdir, bizim olacaq!”, "Şəhidlər ölməz, Vətən bölünməz” sözləri yazılmış plakatlar qaldırıblar. Azərbaycanın və Türkiyənin himnləri səsləndirilib.
Azərbaycan-Türk Mədəniyyət Assosiasiyasının prezidenti İlhan Aşkın diqqətə çatdırıb ki, erməni işğalı altında olan Azərbaycan torpaqları dərhal azad olunmalıdır. Aksiya qətnamə oxunuşu ilə başa çatıb.