Azərbaycan Müdafiə Nazirliyinin bu günlərdə yaradılan facebook səhifəsinə gənclərimizin çoxsaylı müraciəti və Vətən torpaqlarının işğaldan azad olunması üçün döyüşməyə hazır olduqlarını bildirməsi çox sevindirici haldır.
Torpaqlarımızın işğal olunmasından keçən 23 ildə hər birimizdə belə bir fikir formalaşmçışdı ki, artıq yeni nəsil Qarabağı tanımır və o üzdən də onun qaytarılmasında maraqlı olmayacaq. Son hadisələr fonunda gənlərimizin göstərdiyi entuziazm bu stereotipləri darmadağın edərək bizi bu nigarançılıqdan qurtardı, Əmin olduq ki, yetişən nəsil Qarabağı görməsə də, Vətən torpağının müqəddəsliyini anlayır və onun yolunda canından keçməyə belə hazırdır.
Bütün bunları nəzərə alan Nazirlik özünün facebook səhifəsində gənclərimizə minnətdarlıq edərək yazır:
"İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, hətta əsgəri xidmətə yaşı çatmayan 15-17 yaşlı gəncləri, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir”.
Baki-xeber.com