Sutiya ərazisindən atılan iki mərmi Türkiyənin cənub-şərqində yerləşən Kilis şəhərinə düşüb. Baki-xeber.com-un Vestnik Kavkaza saytına istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 8:45-də baş verib.
Xəbərə görə, nəticədə iki nəfər yaralanaraq xəstəxanaya qaldırılıb. Hadisənin baş verdiyi rayonu polis qüvvələri əhatəyə alıb.
Xatırladaq ki, bu, Suriya ərazisindən Kilisə mərmi atılması ilə bağlı ilk hadisə deyil. Belə ki, daha əvvəl də bölgə İŞİD qüvvələri tərəfindən atəşə tutulub.