Yunanıstanda dövlət qulluğu sektorunda çalışanların pensiya və sığorta islahatlarına etiraz olaraq sutkalıq tətili başlayıb. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir.
Xəbərə görə, ötən gecə bütün reyslər təxirə salınıb, ölkə ilə aviaəlaqə kəsilib. Yerli vaxtla səhər saat 6-dan jurnalistlər də tətilçilərə qoşulub. Dövlət və bələdiyyə idarələri işləmir.
Aksiyanın təşkilatçısı dövlət sektorunun həmkarlar təşkilatı ilan ADEDY-dır. Fəalların fikrincə, SYRİZA solçu partiyası özündən əvvəlki iqtidarın neoliberal sərt iqtisadi siyasətini davam etdirir. Daha sonra etirazçılara vətəndaş aviasiyası federasiyasının işçiləri də qoşulub. Onlar həm də 14 aeroportun alman kompaniyasına satılmasına etiraz edir. Aviasiya işçilərinin tətili gecə yarısı başa çatacaq. Səhər saat 11-də isə Afinanın mərkəzi meydanı Klaftmonasa mitinq planlaşdırılıb.