çərşənbə axşamı günü, 03 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Xalq rüsvayçılığa, bəşəriyyət isə müharibəyə yox deyir
Tarix: 07.04.2016 / 01:22
Bölmə: Gündəm
20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20%-i erməni qəsbkarlarının işğalı altındadır. Girovluqda saxlanan, işkəncələrə və ləyaqəti alçaldan hərəkətlərə məruz qalan həmvətənlərimiz var. Hüquqi məntiq isə sual edir: "Ermənilərin fiziki və hərbi gücü Azərbaycan torpaqlarını işğal etmək üçün kifayət edirmi?" Əlbəttə yox!
Xalqın, Baş komandanın və əsgərlərimizin səbr limiti tükəndi artıq. Çox gec başladıq. Amma bu gecikmiş addımda bir xeyir var. Döyüş vaxtı çatdı, zaman möhürünü vurdu. Azərbaycan qısa müddət ərzində hərbi hazırlığını görk olaraq hamıya praktik sübut edə bildi. Qürur duyduq, ucaldıq. Döyüş əməliyyatları belə deməyə əsas verir. Allah ordumuzu bəd nəzərlərdən qorusun, əsgərlərimizin qollarına Hz. Əli və Hz. Hüseynin qüvvətini nəsib etsin.
Ermənistan bu gün beynəlxalq təşkilatların alətinə və girovuna çevrilib, qərar verə bilmir. Hər gün atəşkəsi pozmaqla bu cırtdan, iqtisadi inkişafı tənəzzülə uğrayan, dünyanın siyasi xəritəsində təsadüfdən yer tutan dövlət kimə arxayındır?...
Biz haqq yoldayıq, haqq uğrunda döyüşürük. Aləmlərin Rəbbi haqqın tərəfindədir. Xalq rüsvayçılığa, beynəlxalq təşkilatlar isə müharibəyə yox deyir. Hansını seçməliyik? Amma sadə riyazi üsul rüsvayçılıqdan qurtulmaq üçün bir yol göstərir-müharibə!
Qoy bizə baha başa gəlsin. Təki o buxovdan qurtulaq. Bezdik Şəhidlər Xiyabanını utana-utana ziyarət etməkdən. Bezdik, hər bayram Şuşada qurban kəsmək kimi gerçəkləşməyən arzulardan! Qarabağ şikəstəsini içimizdən yana-yana nə qədər dinləmək olar? Xocalı soyqırımını nə qədər yad etmək, "Ana Fəryadı"nı nə qədər ziyarət etmək, xəcalət tərini nə qədər silmək olar? 20 il öncə 10 yaşında əsir düşən qızlarımız biz kişiləri qarğıdılar. Biz başı papaqlıları gözləməkdən gözləri dörd oldu. Gedə bilmədik. Qoymadılar. Yolumuzu bağladılar. İndi yolumuz açıqdır. "BULEYLİ" oxuyanlar da cəbhə bölgələrinə yollanırlar. Bu da biz kişilərə dərs olmalıdır.
Döyüşçülərimizdə təpər, hərbi borcunu yerinə yetirmək gücü olmasaydı, döyüşə başlanılmazdı. Diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan xalqı və bizə dayaq olan dövlətlər təşvişdə deyillər, narahatlığa da əsas yox, vəziyyət Baş komandanın və Təhlükəsizlik Şurasının tam nəzarətindədir.
Haqqdan gələn cihadımıza əngəl olsalar, baş verən döyüşlərin qığılcımları beynəlxalq aləmdə sülhün təhlükəsizliyinə təminatı poza bilər. Amma burada əsas günahkar qüvvə Ermənistan tərəfi və onun hər gün atəşkəsi yüz dəfələrlə pozduğu hərəkətlərinə adekvat tədbirlər görməyən beynəlxalq təşkilatlardır. Qənaətimə görə, Ermənistan və ona dəstək verən qüvvələrin Azərbaycana vandalizmə, vəhşiliyə xas tərzdə vurduqları külli miqdarda ziyana görə təzminatın ödənilməsi barədə beynəlxalq hərbi məhkəmələrin vaxtında ədalətli qərarı olsaydı, belə davranmağa cəsarətləri çatmazdı. Cəzasızlıq qarşı tərəfi şirnikləndirdi və harınlatdı.
Dünyada bir xaos yaşanır, hələ ki, qaydalara riayət olunmur. Diplomatlar Beynəlxalq hüququn prinsiplərinin və BMT-nin nizamnaməsinin hər gün pozulmasına ciddi yanaşmır.
Rüsvayçılıqdır. Perspektivi olmayan, yalan bəyanatlarla yaşayan bir dövlət beynəlxalq hüququn 10 prinsipini, BMT-nin TŞ-nın qətnamələrinə səs verən böyük dövlətləri hər gün, bilə-bilə aşağılayır, ona hörmətsizlik gətirir, lakin "dur" deməyə gücləri yetərincə deyil. Niyəsini 1-ci Pyotrun qəbrindən soruşmaq lazımdır - ermənilərin "kumirindən".
Ermənistan "qaynata" və "qaynana"ların hüzurunda çox rəqs etdi... İndi isə sifarişi Azərbaycan ordusu müəyyənləşdirəcək... vaxt, vədə çatdı. Axı nə qədər "Qarşı tərəf cavab atəşi ilə susdurulub"- demək olar?! Bezdik, bu bəsit və şit ifadədən.
Azərbaycan həmişə dünyada beynəlxalq qaydaların mövcudluğu üçün sakitliyin tərəfdarı olub, səbr nümayiş etdirib.
Prinsipallıq müvəffəqiyyətin və möhkəm iradənin rəhnidir - desək, biz uzun illərdir belə davranırıq.
Ermənistan zahirən özünü güclü göstərmək istəsə də, ruhən zəif, siyasi baxışları boş nağaranı xatırladır. Zəif ruhlu xislət daha çox evə pəncərədən və bacalardan daxil olan oğrulara xasdır. Onların əməlləri uzun çəkmir. Sifətlərindəki çirki təmizləyə bilsələr də, ürəklərindəki natəmizliyi silə bilmirlər.
Qədim Çin xalqının müdrik bir kəlamı var: "Dağa qalxmaqdan ötrü öncə onun baş gicəllədən, insanı vahiməyə salan cığırlarından keçmək üçün kişiliyin və cəsarətin olmalıdır. Qar üzərində hərəkət edərkən, dar körpünün sürüşkən yerindən keçmək üçün yenə kişilik və iradə lazımdır. "Kişilik" sözündə dərin bir məna var. Əgər həyatın dolanbac, aşırımlı yollarında kişiliyin yetərincə deyilsə, qısa vaxt ərzində qurbana çevrilərsən. Ermənistanın indiki vəziyyəti ağılla, iradə və kişiliklə deyil, cılız, primitiv idarəçilik metodları ilə yadda qalır. Bunun sonu yoxdur. Taleləri sürüşkəndir.
Müdrik olmadan ciddi olmaq mümkünsə də, ciddi olmadan müdrikliyə nail olmaq çətindir. Biz uzun müddət siyasi müdrikliyimizi qoruya bildik. Azərbaycanın indiki durumu demokratik və hüquqi dövlətlərin prinsiplərinə xas bir durumdur. Belə dövlətlərin təməlini xalqların vahidliyi təşkil edir. Azərbaycan ordusunun Baş komandanı xalqımızın vahidliyini təcəssüm etdirdiyindən, döyüşlə bağlı siyasi yolu haqq yoldur. Bizi qınaya bilməzlər.
Beynəlxalq normaların əsas məqsədi hər bir dövlətin öncədən dövlətçiliyinə hörmət etməkdən, xalqının qayğısına qalmaqdan və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə hörmət ruhunda davranmaqdan ibarətdir.
Ermənistan dövlətinin son illər ərzindəki siyasi mövqeləri bunun əksini müstəsna həyasızlıqla hamıya nümayiş etdirdi.
İndi isə "Özü düşən ağlamaz!" zərb - məsəlinə uyğun bir durumda olan dövlətin halına acımağa dəyməz.
Allah Türk Dünyasını haqsızlıqlardan hifz etsin, düşmənlərimizi əzabla yaxalasın. Azərbaycan xalqına səbr, döyüşçülərimizə isə zəfər arzulayıram!
Şəmsəddin Əliyev,
"Polisə Dəstək"
İB-nin sədri
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər
- körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…
02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz
- Aydın QULİYEV yazır...
02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır
- Pentaqon rəhbəri qurban verilə bilər…
02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...
02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” -
müvafiq əməliyyat 2013-cü ildə başlayıb
02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...
02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....
02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi
- seçkiqabağı gözlənilməz qərar verdi...
02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq
02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq?
- İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...
02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır...
Rəsmi Bakının adı çəkilir...
02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub”
- Ermənistandan yeni iddia...
02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...
02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...
02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...
02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır
02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi -
ölkə dərin siyasi böhranda...
02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar...
Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...
02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
- FOTO
02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?
02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?
02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir
- Susmaq olmaz...
02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı
02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..
02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...
02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...
02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı
- mərkəz direktoru və meşəbəyi həbs edildi
02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ