Almaniya prokurorluğu teleaparıcı-satirik Yan Bemermann barəsində cinayət işi açıb. "Spiegel”-in xəbərinə görə, buna səbəb onun efirdə Rəcəb Tayyib Ərdoğan haqqında satirik şeir səsləndirməsidir.
Şeir ilk dəfə alman telekanalının "Neo Magazin Royale" verilişində səsləndirilib. Alman mətbuatının xəbərinə görə, şeir "təhqiramiz” qiymətləndirildiyinə görə böyük qalmaqal yaradıb. Buna görə də, ertəsi gün telekanalın saytından qaldırılmasına baxmayaraq, aparıcı haqqında hüquqi prosedur başladılıb.
Nəşrin xəbərinə görə, prokurorluq teleaparıcı barəsində digər ölkənin rəsmi nümayəndəsi haqqında təhqir səsləndirmə maddəsilə cinayət işi açıb. Əməlindəki cinayət tərkibi sübuta yetərsə, onu 3 ilədək həbs gözləyir.
Baki-xeber.com