Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam və Tərtər rayonlarına ağır artilleriyalardan atəşə tutması nəticəsində hər iki rayonun təmas xəttindəki kəndlərində ziyan çəkən evlərin sayı açıqlanıb.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, ermənilərin təxribatı nəticəsində rayon ərazisində 162 evə ziyan dəyib. Həmin evlərdən 22-si tamamilə dağıdılıb, 140 ev isə qismən dağılıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşları hadisə yerində olub həmin evlərin hazırki vəziyyəti ilə bağlı akt tərtib ediblər.