Bakıda Azərbaycan Ordusunun son günlər cəbhə xəttində əldə etdiyi uğurları qeyd etmək və Ordumuza dəstək göstərmək məqsədilə aksiyalar davam edir.
Trend-in məlumatına görə, hazırda belə aksiyalardan biri Bakı Metropoliteni - "Elmlər Akademiyası" stansiyasının qarşısında baş tutub.
Xeyli sayda gənc müxtəlif şüarlar səsləndirməklə Ordumuzun uğurunu qeyd edib. Yüksək əhval-ruhiyyə nümayiş etdiriblər.
Dinc aksiya iştirakçıları polis əməkdaşlarının müşayiəti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət ediblər.