Pakistanda yağan güclü yağışlar bir çox əyalətlərdə selin yaranmasına səbəb olubş Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, 9 martdan 5 aprel tarixinə kimi sel nəticəsində 212 nəfər həyatını itirib.
Xəbərə görə, təkcə aprelin ilk günlərində 71 nəfər həyatını itirib, 53 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Seldən ən çox zərər görən isə XeybərPaxtunxva əyaləti olub. Burada 48 nəfər selin qurbanı olub.
2015-ci ildə analoji dövrdə mövsümün qurbanlarının sayı isə 81 nəfər təşkil edib.