çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənilər mülki azərbaycanlıların qətliamını ötən gün də davam etdirdilər...

Image


Ağdamın kəndi atəşə tutuldu, üç ev dağıldı, yaralı var

Erməni silahlı qüvvələri Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub. APA-nın Qarabağ bürosunun əməkdaşının verdiyi xəbərə görə, atəş nəticəsində kənd sakinlərindən Bəxtiyar Bəhmən oğlu İbrahimovun evi tamamilə yanıb.
Kənd sakini Bəylər Köçəri oğlu Əkbərov və Ədalət Kamran oğlu Məhərrəmovun evlərinin dam örtüyü və həyətlərindəki tikililər isə dağılıb.
Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nahiyəsindən yaralanıb. P.Məhərrəmli Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Ermənilər Azərbaycan FHN-in əməkdaşını da yaraladı

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, yaralananlardan biri Fövqəladə Hallar Nazirliyinin Ağdan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Akif Mustafayev olub.
O, Ağdamın Əfətli ərazi nümayəndəliyinin Qaradağlı kəndini ermənilərin iri çaplı silahlardan atəşə tutması nəticəsində evlərdə baş vermiş yanğını söndürən zaman top mərmisindən yaralanıb.
Qarın boşluğundan xəsarət almış A.Mustafayev Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Orta Qərvənddə daha iki dinc sakin yaralanıb

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın daha 2 dinc sakini yaralanıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, dünən axşam saatlarında Ağdam rayonunun Orta Qərvənd kənd sakinləri - 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu da ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıb.
Hər iki sakin Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Füzulidə evinə top mərmisi düşən dinc sakin yaralandı...

Erməni silahlı bölmələrinin dinc sakinlərin yaşadığı əraziləri atəşə tutması nəticəsində daha bir nəfər yaralanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Füzuli rayonunun Alxanlı kəndində qeydə alınıb. Ermənilərin atdığı top mərmilərindən biri 30 yaşlı Elvin Rəhimovun evinin həyətinə düşüb. Nəticədə ev sahibi xəsarət alıb. Füzuli rayon Diaqnostika Mərkəzindən APA-ya verilən xəbərə görə, E.Rəhimov sağ dizindən qəlpə yarası alıb, həmçinin, ayağında sınıqlar var.

Erməni mərmisi İranda mülki evi uçurdu

İranın Şərqi Azərbaycan əyalətində bazar ertəsi günü Ermənistan tərəfindən atılan minomyot mərmisi evi uçurub.
"Trend"in İSNA agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu əyalətin general-qubernatorunun müavini Səid Şəbistari Xiyabani deyib. Onun sözlərinə görə, mərminin erməni tərəfinə aid olduğu İran ekspertlərinin araşdırmalardan sonra müəyyən edilib.
Qeyd olunur ki, İran XİN-i bu məsələni erməni tərəfi ilə müzakirə edəcək.

Tərtərdə bir evə mərmi düşdü, 16 yaşlı qız həlak oldu

Ermənilərin yaşayış məntəqələrini artilleriya zərbələri ilə atəşə tutması nəticəsində 16 yaşlı qız həlak olub.
Bu barədə "Trend"ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, hadisə dünən səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində baş verib. Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində kənddə evlərdən birinə mərmi düşüb. Hadisə nəticəsində evdə olan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı həlak olub.
Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Trend"ə verilən məlumatda bildirilir ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində həlak olub.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Ağdamda artilleriya atəşilə dağılan yarımstansiya bərpa olunur

Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağdam rayonunun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasının bir hissəsi sıradan çıxıb. Bu barədə "Trend"ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, srağagün axşam saatlarında baş verən hadisə nəticəsində bir neçə kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb: "Gecə saatlarında rəhbərliyimlə əraziyə baxış keçirildi, dəymiş ziyan müəyyənləşdirildi və hazırda bərpa işləri gedir. Yaxın saatlarda yarımstansiyanın digər hissəsindən kəndlərin elektrik enerjisi ilə təminatı bərpa ediləcək".
R.Məmmədov bildirib ki, Ağdam sakinləri hazırda mənzillərində yaşayır, çünki atəş səsləri onları qorxutmur: "Bütün işlər öz qaydasında davam edir. Əhali Azərbaycan Ordusunun qələbəsinə hazırlaşır".

Ağdama edilmiş 5 hücum faktı ilə bağlı cinayət işi başlandı

Ağdam rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalıb.
Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumatda bildirilir ki, həmin tarixdə saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Saat 17:00 radələrində rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına düşmüş mərminin partlaması nəticəsində orada qoyun otaran kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu qəlpə yarası xəsarətləri alaraq hadisə yerində ölüb, 30-a qədər qoyun-quzu tələf olub.
Rayonun Orta Qərvənd kəndinin ərazisinə atılmış mərminin partlaması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu və 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Saat 20:00 radələrində rayonun Qaradağlı kəndi ərazisində mərminin partlaması nəticəsində yanmış ev rayon dövlət yanğın mühafizə hissəsinin işçiləri tərəfindən söndürülərkən həmin yerə atılmış digər mərminin partlaması nəticəsində yanğını söndürən rayon dövlət yanğın mühafizə hissəsinin manqa komandiri, 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Rayonun Səfərli kəndinin ərazisinə düşmüş mərminin partlaması nəticəsində kənd sakini, 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hər beş fakt üzrə Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Türkiyədən Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasına etiraz

Türkiyə azərbaycanlıları cəbhə xəttindəki vəziyyətlə əlaqədar mətbuat konfransı keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Trend"ə verilən məlumata görə, Türkiyədəki Azərbaycan diaspor təşkilatları - Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyası və Ankara Azərbaycan Evi Dərnəyi erməni silahlı qüvvələrinin cəbhə xəttində yaratdığı gərginliklə əlaqədar mətbuat konfransı keçirib.
Mətbuat konfransında Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü pislənib, Türkiyə azərbaycanlıları adından Azərbaycan dövlətinə və xalqına dəstək ifadə olunub.
Çıxış edənlər bildirib ki, Azərbaycan hər zaman sülh prinsiplərinə sadiqdir və atəşkəsin pozulması Ermənistan dövlətinin işğalçılıq siyasətindən irəli gəlir. Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində Azərbaycanın mülki əhalisinin atəşə tutulması sülh prinsiplərinə və beynəlxalq hüquq normalarına ziddir. Həmçinin, dünya ictimaiyyəti baş verənlərə biganə yanaşmamağa çağırılıb.
"Xocalıda qırğın törədən birinin indi dövlətə başçılıq etməsi çox təəccüblüdür. Bundan daha təəccüblüsü isə beynəlxalq hüququn bu həqiqətə göz yummasıdır" - deyə Ankara Azərbaycan Evi Dərnəyinin rəhbəri Erdoğan Çeçen bildirib.
Xəbər xidməti
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ