Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər ünvanlanır.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər.