Cümə günü, 24 aprel 2026
     

Gələcəyi yaradan lider

Image


Bütün xalqların tarixində ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti var. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də, bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir. Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan xilas yollarını tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir an içində böyük məsafəyə uzaqlaşdıra bilir. Dövrümüzün ictimai-siyasi reallıqları, geosiyasi məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir.

1993-cü ildən bəri ötən hər il Heydər Əliyev zəkasının böyüklüyünü, müdrikliyini və möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu bir daha nümayiş etdirir.

Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, Birinci Dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini Türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı.

İkinci Dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Uinston Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də İkinci Dünya müharibəsində işğal altında qalan fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qoll şəxsiyyəti dayandı.

1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi-siyasi vəziyyət sadaladığımız hadisələr qədər gərgin və təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər Əliyevə nəsib oldu. 

Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu ikiqütblü qlobal siyasi sistem özü dağılmışdı. Dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzuları ilə o zamanadək dünya siyasətində aparıcı rol oynayan güc sahiblərinin məqsədləri bir-birinə tərs mütənasib idi. Böyük güc sahibləri üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Bir tərəfdən, xalqların azadlıq ideallarını, onların müstəqilliyə qovuşmaq arzularını təqdir edərək onların demokratik dünya birliyinə can atmasını alqışlasalar da, digər tərəfdən gündən-günə sayı çoxalan milli dövlətləri öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək böyük dövlətlər bu prosesləri dəstəkləməyə o qədər də tələsmirdilər. 

Digər tərəfdən, sovet imperiyası hələ özünün dağılma prosesinin içində ikən özündən qopan milli dövlətin yenidən hansı yolla itaət altına salınmasının yollarını düşünürdü. 

Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verən hadisələrlə yanaşı, Azərbaycanda cərəyan edən dərin hərbi-siyasi böhran daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi itirmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya casuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu. Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə – Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdı.

Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan, xalqımızın qəlbində millət atası kimi yaşayan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar. Əksinə, siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər.

Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi-­siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq xalqı birləşdirəcək yeganə şəxsiyyət Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı.

Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış respublikalarından biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqtisadi, mədəni, sosial inkişafına görə İttifaq daxilində ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə İttifaq çərçivəsində olsa da Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, Azərbaycan vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tuturdu.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılır. Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu, şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda – XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar.

Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən, sovet dövrünün son illərində, kommunist ideologiyasının tənəzzülü fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır.

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Bu baxımdan, öz dövrünün ən uzaqgörən dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.

Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə, XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər dünyanın bugünkü mənzərəsini ərsəyə gətirməklə yanaşı, həm də siyasətdə aparıcı şəxsiyyətlərin, dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi.

Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti təkcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda, bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, 1994-cü ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda Heydər Əliyevin xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir.

Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər Əliyev təkcə gələcəyi görmür, həm də o gələcəyi yaradırdı: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edirdi.

Bütün siyasi karyerası boyunca ­Heydər Əliyevə qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin kökündə də məhz onun öz zəhməti ilə qazandığı böyük nüfuzun "təhlükəsi" dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə – Heydər Əliyevə qarşı qərəzli münasibəti də məhz o "təhlükə"nin duyğusundan qaynaqlanırdı.

Nahaq yerə deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət və reallıq isə bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli qana bulaşmış cinayətkar bir şəxs kimi, Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!

Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə rəhbərlik etmiş şəxslərin seçdikləri siyasi xətlə birbaşa bağlıdır. Bunu postsovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyətinə və həmin ölkələrin bugünkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm də bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan digər postsovet ölkələrindən öz mürəkkəbliyi və həssaslığı ilə fərqlənir.

Heydər Əliyevdən başqa vaxtilə Sov.İKP MK Siyasi Bürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi və dönməz etdi.

Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir. Bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır – gələcəyə hədəflənmişdir. Bu siyasət geosiyasi maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir və onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.

Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti, hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə ­Heydər Əliyev müstəqil Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu.

Gərgin iş rejiminin səhhətində ciddi problemlər yaratmasına baxmayaraq Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-nin keçmiş Prezidenti Corc Buş onun haqqında deyirdi: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır". 

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region və ümumdünya kontekstində yanaşaraq bildirir: "Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur." 

Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində Türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin davamlı inkişafına çalışmışdır.

Son illər ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun – dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır.

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildik­cə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol həmişə daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir.

Heydər Əliyev özünün bütün yaş dövr­lərində zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.
Zamanın sınaq anında Heydər Əliyev bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün döv­lət müstəqilliyimiz dönməz və sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur. 12 dekabr Ulu öndərin anım günüdür. Adı memarı olduğu müstəqil Azərbaycanın tarixində, işıqlı xatirəsi isə daim xalqının qəlbində yaşayacaqdır!

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı,  fəlsəfə doktoru  




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiya ABŞ və Azərbaycana xoş gəlmək üçün Zəngəzur dəhlizini özü inşa etmək niyyətinə düşüb...

Xəzər dənizi fəlakətli dərəcədə dayazlaşır, su hövzəsinin xilası üçün vaxt daralır...

Latviya Bakı-İrəvan sülhünə böyük önəm verdi...

SON XƏBƏRLƏR

24.04.2026 / 18:12
Distant təhsil alternativ yox, tamamlayıcı mexanizmdir -Azərbaycanın təcrübəsi...

24.04.2026 / 17:57
Vətənin qəhrəman oğlu

24.04.2026 / 17:46
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq

24.04.2026 / 17:31
"Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat yanlışdır" – MEDİA

24.04.2026 / 17:29
Trampdan G20-də tarazlığı dəyişdirəcək addım - Putinə dəvət mesajı göndərdi...

24.04.2026 / 17:13
Kremlin hakimiyyət namizədləri İrəvanda bir-birini "vurur" - Köçəryan Karapetyana qarşı...

24.04.2026 / 16:55
İran ABŞ-a qarşı yeni "hərbi kartlar" hazırlayıb - daxildə Trampa iqtisadi basqılar artır…

24.04.2026 / 16:38
MDU-da böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib

24.04.2026 / 16:30
Bütün poliklinika rəhbərlərinin “vurulacağı” panikasını kim yayır? - TƏBİB-dən reaksiya gözlənilir...

24.04.2026 / 16:12
Hörmüz boğazına göndərilən ABŞ gəmisinə şok hücum – meymun əsgəri yaraladı...

24.04.2026 / 16:10
Moskva Xəzərə əlavə sular axıdılması təkliflərini rədd etdi - SOS və təhlükə...

24.04.2026 / 16:03
MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi

24.04.2026 / 15:54
ABŞ-ın İrana qarşı dəniz blokadasının effekti ciddi suallar doğurdu...

24.04.2026 / 15:48
Neft bazarında qiymət şoku dayanmır - bahalaşma cəmiyyətləri məhv edə bilər...

24.04.2026 / 15:40
Avroittifaq Ermənistanda Rusiyaya qarşı "ikinci cəbhə"ni açdı - ölkədə geosiyasi qarşıdurma...

24.04.2026 / 15:16
Bu dəfə İrana dəqiq atəşkəs müddəti verilmədi-problem Trampın özündədir...

24.04.2026 / 14:40
Ukrayna da Trampın komandasından əlini üzdü...

24.04.2026 / 14:35
"Bakı qlobal diplomatiya və əməkdaşlıq mərkəzi kimi mövqeyini gücləndirir" - XİN-dən bəyanat

24.04.2026 / 14:22
Trampın mətbuat katibi də bu yalanı təkrarlayır - İran "arxa səhnələrdə" yalvarır...

24.04.2026 / 14:10
Rusiya Azərbaycan üzərindən Ermənistana 350 ton buğda göndərdi...

24.04.2026 / 13:54
Hörmüzdə fırtına öncəsi sakitlik - ABŞ-ın İrana qarşı yeni müharibə planı ortaya çıxdı...

24.04.2026 / 13:34
Müzakirədə yeni ideya - İran hakimiyyətində azı 3 qrup var...

24.04.2026 / 13:19
Ermənistanda Türkiyə bayrağının yandırılmasına Bakıdan reaksiya - qəbuledilməzdir...

24.04.2026 / 13:07
Trampın "A"-dan sonra "B", "C" planları da var? - "İxtiraçı" ekspertlərin yeni tapıntısı...

24.04.2026 / 12:50
Rusiya erməniləri “24 aprel təxribatını” Kremlin gözü önündə törədir...

24.04.2026 / 12:15
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

24.04.2026 / 12:12
Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişdi

24.04.2026 / 12:10
Ələt azad iqtisadi zonasının ərazisi 15 hektar genişləndirildi

24.04.2026 / 12:09
ABŞ “danışıqlara mane olan” İran rəsmilərini vuracaq - yeni siyahı ortaya çıxdı

24.04.2026 / 11:57
Bakıda ticarət mərkəzindən 100 min manatlıq qızıl oğurlandı... - VİDEO

24.04.2026 / 11:41
DİN-dən əməliyyat - 49 kq-dan artıq narkotik ələ keçirildi...

24.04.2026 / 11:27
“Sələmçilik”lə bağlı XƏBƏRDARLIQ - bu problemlərlə qarşılaşa bilərsiniz...

24.04.2026 / 11:18
Qırğızıstan da AB-nin 20-ci anti-Rusiya sanksiya paketinə salındı – Kremldən reaksiya...

24.04.2026 / 10:52
Avroittifaq Azərbaycan gəmilərini sanksiya siyahısından çıxardı...

24.04.2026 / 10:16
8 vəzifəli şəxs rüşvətə görə həbs olundu - hərbi komissarlıqlarda KORRUPSİYA ƏMƏLİYYATININ TƏŞƏRRÜATLARI...

24.04.2026 / 09:45
Jurnalistlərin İranla bağlı sualları Trampı qəzəbləndirdi - "Sən bir utanc mənbəyisən"...

24.04.2026 / 09:22
Azərbaycandan üzərindən Ermənistana 5 vaqon buğda göndəriləcək...

24.04.2026 / 09:03
Qobustanda qazıntı zamanı torpaq qatı çökdü - ölən var...

24.04.2026 / 08:48
Növbəti köç karvanı Ağdama yola salındı

24.04.2026 / 06:53
Ermənistanda Türkiyə bayrağı yandırıldı - Paşinyan tənqidlə kifayətləndi…

23.04.2026 / 22:51
İşğalçı XI rus ordusunun insan əti satanlarla müqayisəsi

23.04.2026 / 22:15
Nazir əmr imzaladı - bəzi Bakı məktəbləri müvəqqəti distant təhsilə keçir...

23.04.2026 / 22:08
Hərbi komissarlıqlarda korrupsiya əməliyyatı - vəzifəli şəxslər həbs edildi... YENİLƏNDİ

23.04.2026 / 21:47
Unikal olmaq üçün uşağa verilən adlar - mövcud qanunvericilik risqlərin qarşısını ala bilər...(?)

23.04.2026 / 21:10
Cənub ticarət yolları bitdi - Naxçıvanın dəmiryolları Avropanın diqqət mərkəzində...

23.04.2026 / 20:35
Ukraynanın üstündən “Orban düyünü” açıldı - Zelenski güclənir...

23.04.2026 / 20:12
Əliyev “postmüharibə dövründə müqaviləsiz əməkdaşlıq modelini” təqdim etdi...

23.04.2026 / 19:34
Lobbiçilər müharibə canilərinin Bakıda mühakiməsini dayandıra bilmədilər...

23.04.2026 / 19:18
Rusiyanın Venesiya Biennalesində iştirakı Avropada qalmaqal yaratdı - Aİ İtaliyanı hədələdi...

23.04.2026 / 18:33
Trampdan Hörmüzdə gərginliyi daha da artıracaq qərar - orduya "vur" əmri verildi...

23.04.2026 / 18:18
Martın 15-də keçirilən buraxılış imtahanının nəticələri açıqlandı - 9 nəfər 300 bal toplayıb...

23.04.2026 / 18:10
İranın devrilmiş şahının oğlunu Berlində qırmızıya boyadılar...

23.04.2026 / 17:58
Sülhü pozmaq istəyənlər Ermənistanda geniş "genosid tədbirlırinə" hazırlaşır...

23.04.2026 / 17:49
Azərbaycanın dövlət sərhədlərinin tam bərpasına aparan tarixi hadisə...

23.04.2026 / 17:43
Moskva seçki ərəfəsində İrəvana hücumu sərtləşdirdi...

23.04.2026 / 17:22
Rusiya ABŞ və Azərbaycana xoş gəlmək üçün Zəngəzur dəhlizini özü inşa etmək niyyətinə düşüb...

23.04.2026 / 17:17
Xəzər dənizi fəlakətli dərəcədə dayazlaşır, su hövzəsinin xilası üçün vaxt daralır...

23.04.2026 / 17:03
Lənkəran Dövlət Universitetinə rektor təyin edildi

23.04.2026 / 16:47
Nəsimidə “Iphone” oğurlayan şəxsin başqa cinayəti də açıldı - VİDEO

23.04.2026 / 16:26
Sahibə Qafarova çinli nazirlə görüşdü

23.04.2026 / 16:07
Neft Fondunun 3 ayda neft-qaz sazişlərindən əldə etdiyi gəlir açıqlandı - 1,8 milyard...

23.04.2026 / 15:58
Azərbaycandan ən çox neft alan ölkənin lideri Bakıdan daha nə istəyəcək?..

23.04.2026 / 15:44
Dövlət Neft Fondunun aktivləri 74 milyard dollara yaxınlaşır

23.04.2026 / 15:23
ABŞ İsraildən imtina edə bilər - səfir Barakdan sensasiya...

23.04.2026 / 15:17
Putin Qazaxıstan neftindən imtina etdi - ümid yenə Bakıya qaldı...

23.04.2026 / 14:49
Latviya Bakı-İrəvan sülhünə böyük önəm verdi...

23.04.2026 / 14:37
Brüsseldən Rusiyaya ikiqat həmlə - Orbanın süqutu və yeni sanksiya paketi...

23.04.2026 / 14:24
Bakı-İrəvan: Qarşılıqlı səfərlərə başqa dövlətlər də qarışır...

23.04.2026 / 14:02
ABŞ-İran müharibəsinin ən qaranlıq dövrü açıldı - Tramp hücum risqi etməyəcək, saziş olmayacaq...

23.04.2026 / 13:55
Nəzarətsiz internet, məsuliyyətsiz valideynlər və qatilə çevrilən uşaqlar...

23.04.2026 / 13:46
ABŞ, İsrail və İran müharibəsinin kökləri

23.04.2026 / 13:25
Nazir Vilayət Eyvazov Göyçayda qəbul və sıra baxışı keçirəcək

23.04.2026 / 13:11
Maştağada evdən 7 minlik qızıl oğurlayan şəxslər yaxalandı...

23.04.2026 / 12:57
TƏBİB-dən xəstəxanalarda rəhbər dəyişiklikləri ilə bağlı açıqlama...

23.04.2026 / 12:50
Prezident: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"

23.04.2026 / 12:43
"Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir" - Prezident

23.04.2026 / 12:36
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

23.04.2026 / 12:20
Bakıda sinif yoldaşlarını hədələdiyi deyilən şagirdlə bağlı açıqlama yayıldı

23.04.2026 / 12:06
ABŞ Departamenti amerikalıları Azərbaycan vasitəsilə İranı tərk etməyə çağırdı

23.04.2026 / 11:45
Tramp İranla müharibəyə görə bəzi müttəfiqlərini cəzalandıracaq – siyahı hazırlanır...

23.04.2026 / 11:28
Azərbaycanda daha bir məktəbdə hadisə - polis hərəkətə keçdi... - YENİLƏNDİ

Lobbiçilər müharibə canilərinin Bakıda mühakiməsini dayandıra bilmədilər...

XƏBƏR ARXİVİ