Cümə axşamı günü, 08 oktyabr 2026
     

Qərbi Azərbaycan İcması Ermənistandan kompensasiya tələbinin mahiyyətini dəqiq ifadə etdi...

Image


Mübariz Göyüşlü: "Qərbi Azərbaycan İcmasının irəli sürdüyü tələb çox aydındır"

"Ermənistan eyni zamanda  azərbaycanlılara kompensasiya ödəməli,  soydaşlarımızın öz doğma torpaqlarına qayıtması və orada ləyaqətli yaşaması üçün gərəyi olan addımları atmalıdır" 


Dekabrın 5-də və 6-da Qərbi Azərbaycan İcmasının (QAİ)  təşkilatçılığı ilə "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfrans keçirilib. Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçının qatıldığı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması" mövzusunda İkinci Beynəlxalq Konfransın yekun sənədi qəbul edilib. 

Sənəddə əks olunur ki, iştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğulayıblar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırbılar. Onlar qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a bildirdi ki, zorla öz evlərindən, yurd yuvasından qovulmuş azərbaycanlıların təkcə özləri əziyyət çəkməyiblər və onların mal-mülkünə, ev-eşiyinə, əmlakına da ciddi ziyan dəyib,  Ermənistan bu ziyanı ödəməlidir və onlara kompensasiya verməlidir, eyni zamanda ləyaqətli geri qayıdışlarını təmin etməlidir. "Hesab edirəm ki, bu çox doğru və yerində olan bir tələbdir. Buna bizim mənəvi, hüquqi, siyasi, tarixi və sair baxımından haqqımız var. Yəni bu məsələyə hansı yöndən baxsalar görərlər ki, buna haqqımız çatır və bu bizim haqlı tələbimizdir. Əgər Ermənistan sülh sazişinin imzalanmasını, münasibətlərin normallaşmasını, Azərbaycanla dinc, yanaşı yaşamaq istəyirsə və bunun üçün real addımlar atmaq niyyətindədirsə bizim tələbləri qəbul etməlidir". 

M.Göyüşlü vurğuladı ki, bu tələbdə qeyri-adi, fantastik, problemli bir nüans yoxdur, bu tam təbii qəbul edilməlidir. Qərbi Azərbaycan İcmasının kompensasiya tələbinə və soydaşlarımızın ləyaqətli, beynəlxalq təminat altında geri qayıdışının həyata keçirilməsi çağrışlarını Ermənistan normal qəbul etməlidir: "Qərbi azərbaycanlıların geri qayıdışını Ermənistan qəbul etmək istəmir, onlarda bu məsələ ilə bağlı çox böyük qorxu var. Halbuki, burda Ermənistan üçün qorxu və təhlükə yaradacaq hər hansı bir məsələ yoxdur. Ona görə də, hesab edirəm ki, Paşinyan hökuməti, Ermənistan dövləti və xalqı 36 il  bundan əvvəl törədilən hadisələrə görə məsuliyyəti boyunlarına götürməli, səhvlərinə görə üzr istəməlidir. Ermənistan eyni zamanda  azərbaycanlılara kompensasiya ödəməli,  soydaşlarımızın öz doğma torpaqlarına qayıtması və orada ləyaqətli yaşaması üçün gərəyi olan addımları atmalıdır" 

M. Göyüşlü təəssüflə qeyd etdi ki, Ermənistanın bu məsələyə yanaşması çox səhvdir və bu ölkə bu  problemin həllinə düzgün siyasi yanaşma sərgiləmir.  O, bildirdi ki, İcma Ermənistandan mümkünsüz bir şey tələb etmir, Ermənistanın etməli olduğu işləri ona xatırladır, bu yöndə çağrışlar edir, tələblər irəli sürür: "Qərbi Azərbaycan İcmasının irəli sürdüyü tələb çox aydındır. Ermənistandan zorla qovulan və nəticədə ev-eşiyini itirən, mal-mülkü talanan soydaşlarımıza dəymiş ziyana görə həm onlara kompensasiya ödənilməlidir, həm də onların geri qayıdış hüququ tanınmalıdır, öz yurdlarına qayıtmalıdırlar. Ermənistan elə zənn etməməlidir ki, azərbaycanlılara kompensasiya ödəyərsə, onlar geri qayıtmamalıdır.

İcmanın kompensasiya tələbi Ermənistan hökuməti tərəfindən təəssüf ki, tamamilə yanlış istiqamətə yönəldilir. Bir məqamı yada salmaq istəyirəm. Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışlarından birində olduqca səhv və tamamilə təhrif edilmiş bir fikir işlətmişdi ki, azərbaycanlılar Ermənistan ərazinsindən deportasiya edilərkən guya onlar evlərini satıb gediblər, guya onlara pul ödənilib və sair. Bu tamamilə yanlış fikirdir. Soydaşlarımızın Ermənistandan hansı zorakılıqla, hansı təzyiqlər altında qovulduğu məlumdur. Orada öldürülən də, yaralanıb şikəst edilənlər də oldu, insanlar canlarını götürüb güclə xilas oldular. Bu halda onlar öz mülklərini, evlərini necə sata bilərdilər? Bilirsiz ki, Ermənistan hərbiçiləri, polisləri evlərə, kəndlərə girib insanları güclə çıxarırdılar. Yənu bu təkzib olunmaz faktlardır. Deportasiya zamanı hətta ailələr vardı ki, üzvləri bir-birindən aralı düşmüşdülər, aylardan sonra bir-birini tapa bildilər. Bu faktlar necə təkzib oluna, yaxud gizlədilə  bilər. Bu baxımdan, Ermənistan hökuməti bütün yalanları, təhrif edici məlumatları, dezinformasiyaları dayandırmalı və Qərbi azərbaycanlılarla bağlı tələb olunan addımları atmalıdır. Soydaşlarımıza dəyən maddi və mənəvi ziyana, itkilərinə görə kompensasiya ödəməlidir və onları geri qaytarmalıdır. Yəni Ermənistanın ödəyəcəyi kompensasiya Qərbi azərbaycanlıların öz  ata-baba yurdlarına qayıdış hüququna qarşılıq olaraq istifadə edilməməlidir. Buna cəhd belə edilməməlidir. Çünki hər iki tələb əsaslıdır və heç bir şərt qoşulmadan təmin edilməlidir".

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ