Cümə axşamı günü, 08 oktyabr 2026
     

İtirilmiş NƏSİL...

Image



Tik tok və "sosial proqramlar" milli genefonumuza "od qoyur"

Son bir neçə ildir ki, Azərbaycan teleməkanı böyük bir xalqın min illik dəyərləri üçün kabus halına çevrilib. Ağına-bozuna baxmadan ən primitiv şəkildə bu xalqın milli dəyərlərini milyonların gözləri qarşısındaca məhv edən, yeniyetmə və gəncləri azərbaycançılıqdan uzaqlaşdırıb beynini zəhərləyən "sosial proqramlar" və sosial şəbəkələr durmaq fikrində deyillər. Əksinə hər gün daha da "artırırlar". Yalançı "reytinq" görüntüsü yaradan bu cür proqramlarda cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdıran şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək bunların əsas işinə çevrilib. Qəti şəkildə çəkinib ehtiyat edəcəkləri heç nə də yoxdur.
  "Böyül cəsarət" sahibidirlər ki, bir xalqın kişilik, ar-namus kimi dəyərlərini hamının gözü qarşısında məhv edirlər. Bu, bütöv bir Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətindən qat-qat dəhşətli zərbədir bu xalqa. Bu ölkə düz 30 ildən sonra böyük cəsarətlə öz torpaqlarını yenidən geri qaytara bildisə, bu gün efirlərdə və sosial şəbəkələrdə bilə-bilə, qəsdli şəkildə itirilmiş mənəviyyatımızı bir də heç vaxt geri qaytara bilməyəcəyik. Bu, acı və dəhşətli gerçəkdir!
  Bəs bunların efirlərdə, sosial şəbəkələrdə etdikləri iyrəncliklərin əsas məqsədi nədir? - məqsəd KİŞİLİK qürurunun, qadın ar-namusunun, müqəddəs ailə dəyərlərinin yeniyetmə və gənc nəslin gözündən salınması siyasəti. Açıq şəkildə cəmiyyəti MANQURTLAŞDIRMAQ, vəssalam!
  Min dəfə təəsüf olsun ki, ölkəmizdəki ziyalı təbəqəsi milli genefonumuzun, dəyərlər sistemimizin belə şəkildə məhv edilməsinə bircə dəfə də tutarlı etiraz səsini qaldırmayıb. Ziyalı demək qalstuk taxmaq, bahalı kostyumunun döş cibinə parça qoyub cəmiyyətin problemlərinə yuxarıdan aşağı baxmaq demək deyil. Ziyalı olan kəs milli dəyərlərimizin, yeniyetmə nəsillərimizin əldən getdiyi bu günkü vaxtda səsini çıxarmasa bəs nə vaxt lazım olacaq cəmiyyətə?..
  Bu gün efirlərdə Azərbaycan cəmiyyətinə təqdim olunan verilişlərin anormallığı ilə yanaşı, aparıcıların, habelə ailə-məişət məsələlərinə həsr olunan verilişlərə çıxarılan "ekspertlərin" səviyyəsi də heyrət doğurur. Keşmişi qaranlıqlar və əxlaq problemləri ilə "zəngin olan" bu yalançı "ekspert" sürüsü, ən iyrənc şəkildə milyonlarla insana yol göstərmək üçün elə şəkil alırlar ki. Hərə ağlına və ağzına gələni danışır, efirdən söyüş söyülür, bilmədikləri məsələlər haqda insanlara yanlış məsləhətlər verirlər.Azərbaycan efirlərində yayımlanan diletant səviyyəli "serial" rəzalətindən isə danışmağa dəyməz. Çox əcaib bir durumdur.
  Tamaşaçının zövqünü, mənəviyyatını, sağlamlığını, əsəblərini, ədəbi dilimizi, efir mədəniyyətini korlamaq - bunların hamısı birbaşa xalqımızı, genefondumuzu məhv etmək deməkdir! Onlar da bunun fərqindədirlər, sadəcə bu xalqa qarşı mənəvi divan tutmaq, milli dəyərlərimizi yeniyetmə və gənclərin şüurundan silmək üçün onlara tapşırılan "missiyanı" yerinə yetirmək üçün belə əcaib duruma düşürlər.
  Adi şəkildə azca diqqət etsən aydınca görürsən ki, əhalinin birbaşa mənəvi və psixoloji məhvinə yönəlik verilişlər həm də sırf biznes layihələridir. Yəni kimlərsə pul qazanmaq üçün xalqımızın mənəviyyatını baltalayır. Həm məhv et, həm də milyonlar qazan!
  Hazırkı Azərbaycan gəncliyi həm də ən çox sosial şəbəkə seqmentində məhv edilir. Xüsusilə nəzarətsiz poliqona çevrilmiş, cinsi azlıqlardan, ləçər fahişələrdən başlamış ən təhlükəli ideoloji və sosial qruplara qədər bir çoxlarının at oynatdıqları bu sosial şəbəkə seqmentində Azərbaycanlı dəyərlərinin əsl genosidi reallaşır. Burda da bilərəkdən, qəsdli şəkildə yeniyetmə və gənclərin yoldan çıxarılması üçün var gücləri ilə çalışırlar. Cinsi azlıqlara edilən bahalı hədiyyələrin, uğursuz ailə həyatı ilə yadda qalan ləçər "tik-tokerlər"in qazandıqları pullar bütün günü reklam olunur, gələcək nəsillər ən amansız şəkildə məhv edilir. özü də hər kəsin gözləri qarşısında...
  Gəlin müqayisə edək. Dünyanın hər yerində insanlar bu müasir və sürətli informasiya texnologiyalarından, imkanlardan daha çox inkişaf etmək, yeniliklər öyrənmək üçün bəhrələnsə də, bu məsələdə Azərbaycan cəmiyyətində hər şey tam əskinə gedir. Rəhmətlik Mirzə Cəlilin "Poçt Qutusu"ndakı Novruzəli cəmiyyəti ilə hazırkı internet əsrindəki tik tok cəmiyyəti arasında heç bir düşüncə fərqi, irəliləyiş yoxdur. Əsrlər keçsə də, cəmiyyət olaraq sosial sferadan başlamış ta milli dəyərlərə qədər şüur və düşüncə baxımından heç nəyimiz dəyişməyib. Elə "poçt Qutusu"ndakı Novruzəlinin qoyub getdiyi cəmiyyətdir. O dövrün Faytonundan, qazalaqından atlanıb bu günkü internet əsrində bahalı "Rance Rover"ə, milyonluq "Rolls-Royce"ə, "Bugatti"yə, "Lamborghini"yə əyləşsək də, təfəkkür və düşüncəmiz dəyişmir ki, dəyişmir.  Bu fakt acıdır, lakin olan HƏQİQƏT BUDUR! 
 Bu gün ən inkişaf etmiş dünya ölkələri - ABŞ-dan, Almaniyadan başlamış Avstraliya və Fnlandiyaya qədər bir çoxları tik toku öz ölkələrində məhdudlaşdırır, xüsusilə yeniyetmələrin bu sosial şəbəkə seqmentinə daxil olmasını qadağan edirlər. Bu ölkələr öz qərarlarını yeniyetmə və gənclərin tik tokda depressiyaya, mənəvi tənəzzülə uğramaları ilə əlaqələndirirlər. Kəsəsi, öz gələcəyini düşünən heç bir ölkə bizdəki kimi tik toku nəzarətsiz poliqona çevirmək isitəmir. Çünki heç kəs bizdə olduğu kimi İTİRİLMİŞ NƏSİL acısı yaşamaq istəmir. Gəlin özümüzü və canımızdan çox sevdiyimiz uşaqlarımızın gələcəyini bu şəkildə xərcləməyək. Gəlin övladlarımızı sosial şəbəkə ağuşundan qoruyaq. Çünki birazda gec tərpənsək, həm də lap uzaq gələcəyimizi itirəcəyik, unutmayın...

Mətləb Salahov

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ