Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan COP29 konfransını qlobal ortaq yanaşma platformasına çevirə bildi

Image


Planetimizin flora və faunasının, insanların sağlamlığının qorunması hazırda bəşəriyyət qarşısında dayanan ən ciddi problemlərdən biridir. İqlim dəyişmələri, qlobal istiləşməyə qarşı mübarizə ilə bağlı dövlət başçılarının və dünyanın aparıcı beynəlxalq qurumlarının iştirakı ilə müzakirələr meydanı olan və öz işini uğurla başa çatdıran COP29 konfransı bu mənada, ümumbəşəri mahiyyət və məzmun kəsb edən beynəlxalq anlaşma platformasıdır. Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu tədbir iqlim dəyişmələri ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədi daşımaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir.

Qlobal iqlim dəyişmələri probleminə qarşı effektiv mübarizənin təşkili XXI əsrin ən mühüm çağırışlarından biri kimi aktuallıq daşıyır. "Yaşıl dünya naminə həmrəylik ili"ndə ölkəmizdə keçirilən COP29 konfransı bir daha göstərdi ki, dövlətimiz tərəfindən ümumbəşəri əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində irəli sürülən təşəbbüslər beynəlxalq miqyasda yekdilliklə qəbul edilir.

Planetimizdə səhralaşmanın, quraqlığın qarşısının alınması, su ehtiyatlarından düzgün və səmərəli istifadə, iqtisadi fəaliyyət nəticəsində atmosferə atılan qaz emissiyalarının və karbon tullantılarının həcminin azaldılması, müxtəlif ölkələrdə fəaliyyət göstərən nəhəng sənaye müəssisələrinin sayının minimuma endirilməsi və nəhayət, "yaşıl" texnologiyalara üstünlük verməyin vacibliyi müasir dövrümüzün ən zəruri tələbləridir. Bütün bunlar ölkəmizdə uğurla başa çatmış COP29-un və Azərbaycan tərəfindən irəli sürülmüş Bakı Qlobal İqlim Şəffaflığı Platformasının əsas gündəliyini təşkil edirdi.

Azərbaycanda ilk dəfə keçirilən COP29 konfransı bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində yeniliklərin təqdim edilməsinə, günəş və külək enerjisi, yaşıl hidrogen və digər enerji mənbələrinin istehsalı və nəqli ilə bağlı fikir mübadiləsinə, bir sözlə, qlobal "yaşıl" enerji həmrəyliyinin inkişafına yeni fürsətlər açdı. Qlobal təhdidlərə qarşı mübarizədə səmərəli və inklüziv yanaşmaları ilə həll yolları müəyyənləşdirən Azərbaycan bu dəfə də mühüm təşəbbüslərlə çıxış etdi və konfransa ev sahibliyi edən dövlət kimi dünya birliyini COP29-dan anlaşma, sülh və barış platforması kimi istifadə olunmasına çağırdı.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz Avropa Birliyinin 10 ölkəsinin etibarlı enerji təminatçısıdır. Azərbaycan COP29 platforması çərçivəsində göstərdi ki, alternativ enerji ilə bağlı layihələr, o cümlədən "yaşıl" enerjinin dünya bazarına nəqli dövlətimizin enerji siyasətində prioritet sahələrdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə bir sıra mühüm vəzifələr müəyyənləşdirilib və biomüxtəlifliyin mühafizəsi, su və digər təbii ehtiyatların davamlı və səmərəli idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub.

COP29 konfransında iştirak etmək üçün 196 ölkədən ölkəmizə gəlmiş 76 min iştirakçının arasında 80 prezident, vitse-prezident və baş nazirlər vardı. Bu da ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun və qlobal miqyaslı etimadın göstəricisidir. COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə verdiyi önəmin, daha geniş anlamda isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsi üçün qlobal məqsədlərin gerçəkləşdirilməsinə verdiyi töhfənin göstəricisidir.

Sammitin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı iqlim dəyişmələri ilə bağlı məsələlərin həllinə Azərbaycanın yanaşmasını və qlobal səviyyədəki töhfəsini əks etdirən mühüm məqamlarla yadda qaldı. COP29 Liderlər Sammiti ilə ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim etdi. Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də olduqca yüksək qiymətləndirildi. Dövlət başçıları, yüksək səviyyəli rəsmi nümayəndələr konfrans çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrində Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını qeyd edərək COP29 danışıqlarının uğurla nəticələndiyini təsdiq etdilər.

Aydındır ki, iqlim dəyişmələrinin fəsadları bütün dünya üçün ciddi narahatlıq yaradır. Lakin bundan ən çox təsirlənən ölkələr ilk növbədə inkişaf etməmiş və ya inkişafda olan kiçik ada dövlətləridir. Qlobal iqlim dəyişmləri bu ölkələr üçün ekzistensial təhlükə yaradır. Məhz Bakının təşəbbüsü ilə iqlim dəyişmələrinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlər Tərəflər Konfransının 29-cu sessiyasının əsas mövzularından birinə çevrildi. Azərbaycan dövləti bəyan etdi ki, bu problemin həlli qlobal səylər və qlobal həmrəylik tələb edir. Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı "Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm", – deməklə həm də kiçik ada dövlətlərinin taleyi üçün olduqca əhəmiyyətli bir ənənənin əsasını qoydu. Qlobal iqlim konfransında ilk dəfə kiçik ada dövlətlərinin problemləri beynəlxalq arenada Azərbaycan Prezidenti tərəfindən səsləndirildi və dünya birliyinin diqqəti bu problemlərin həllinə çəkildi.

Qlobal səviyyədə bərabərhüquqlu əməkdaşlığa və beynəlxalq ədalətə üstünlük verən Azərbaycan dövləti kiçik ada dövlətlərinə həmişə yardım və dəstək verib. Təbii fəlakətlər zamanı humanitar yardımların göstərilməsi, həmin ölkələrdə həyata keçirilən mədəni irsin bərpası layihələri və zəif inkişaf etmiş ölkələrin vətəndaşlarına ali təhsil üçün təqdim edilən təqaüd proqramları bu istiqamətdə atılmış mühüm addımlardır. Xüsusilə dövlətimizin Qoşulmama Hərəkatına sədrliyi müddətində 20 kiçik ada dövləti də daxil olmaqla çoxsaylı ölkələrə humanitar və maliyyə yardımları təqdim etməsi bu istiqamətdə Azərbaycanın atdığı xoşməramlı addımlardır.

Tərəflər Konfransının 29-cu sessiyasında da ilk dəfə olaraq iqlim dəyişmələrinin Fransa və Niderlandın keçmiş müstəmləkə ərazilərində daha çox hiss olunduğu barədə açıq bəyanatlar səsləndirildi. Xüsusilə Karib dənizi və Sakit okean hövzəsində ekosistemin pozulmasının ciddi narahatlıq doğurduğu bəyan edildi. Fransa Polineziyasında və Yeni Kaledoniyada nüvə sınaqları nəticəsində ətraf mühitə və yerli icmaların sağlamlığına vurulmuş ciddi zərərlərdən danışıldı. O da vurğulandı ki, Fransa rejiminin bu ərazilərdəki repressiv siyasəti Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində insan hüquqlarının pozulması halları ilə müşayiət olunur. Təəssüf ki, bu hadisələr Avropa Parlamenti, Avropa Komissiyası tərəfindən gözardı edilir və özlərini müstəsna olaraq dünyanın sivil hissəsi hesab edən inkişaf etmiş ölkələr tərəfindən həyəcan təbili çalınmır. Əksinə, onlar həmişə bu barədə susmağa üstünlük veriblər. Bu, Avropa diplomatiyasının ikili standartlarını, həm də beynəlxalq səviyyədə ədalət anlayışına birmənalı yanaşmanın mövcud olmadığını göstərir.

Əlbəttə, COP29 çərçivəsində müzakirə edilən məsələlər heç də bütün dövlətlərin asanlıqla həmrəy olacağı sadə məsələlər deyildi. Xüsusilə iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr vaxtilə özləri üçün yaratdığı imtiyazlardan sui-istifadə edərək planetin və atmosferin çirklənməsində daha çox iştirak ediblər. Bu gün də həmin ölkələrdə fəaliyyət göstərən nəhəng miqyaslı trans-milli sənaye obyektləri ətraf mühitin çirkləndirilməsində aparıcı rol oynayırlar. Buna baxmayaraq, konfransa sədrlik edən Azərbaycan müzakirələri ortaq məxrəcə gətirərək müsbət nəticə ilə sonuclandırmağı bacardı. Konfransa rəhbərlik edən dövlətin başçısı kimi Azərbaycan liderinin siyasi peşəkarlığı və mahir diplomatiyası burada da öz sözünü dedi və bir çox məsələlər üzrə vahid yanaşma platformasının formalaşdırılması mümkün oldu. Prezident İlham Əliyevin COP29-a ev sahibliyi etməklə bağlı təşəbbüsünün uğurlu nəticələri ölkəmizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə qazanılmış böyük etimadı bir daha doğrultdu.

Bakıda keçirilmiş COP29 konfransı dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirildi. Məsələn, Moldova Respublikasının "Noi.md" xəbər portalında rus və rumın dillərində nəşr edilən "Moldova Prezidenti və Bakıda keçirilən COP29-un digər nüfuzlu iştirakçıları Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə ideyalarını dəstəkləyirlər" sərlövhəli məqalədə belə bir nüfuzlu beynəlxalq konfransın Bakıda təşkili təqdir edilir, müzakirə olunan strateji mövzular geniş təhlil olunur və bildirilir ki, konfransda iştirak edən dövlət başçıları, bütövlükdə, konfransın gedişatını və hər sessiyanın əsas doktrinasını alqışlayıblar.

Bütün bunlar onu deməyə əsas verir ki, COP29 ərəfəsində Fransanın "moderatorluğu" ilə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyaları iflasa uğradı və nəticəsiz qaldı. Son günlərdə dünya mediasının gündəmində əsas müzakirə mövzusu olan COP29 konfransı ictimaiyyətə həm də onu göstərmiş oldu ki, ölkəmiz qlobal problemlərdən olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə geniş miqyasda öz töhfələrini verə bilmək iqtidarındadır.

 Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ