Cümə axşamı günü, 08 oktyabr 2026
     

Kəlbəcər - alınmaz qalamız

Image


Kəlbəcər ölkəmizin ən yüksək dağ rayonudur. Hündürlüyü təxminən 3700 m olan Dəlidağ və Camışdağ zirvələrinin yerləşdiyi Kəlbəcər rayonu ilk insan mağaralarının mövcudluğu ilə tanınan qədim yaşayış məskənlərindən biridir. Bu yerin hər qarışı özündə tarixin heyrətamiz sirlərini qoruyub saxlayır. Burada aşkar olunmuş 30 min ildən çox tarixə malik olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri dünya arxeologiya elminin ən qiymətli tapıntılarıdır.

Buradakı daş abidələr erkən dövrlərdə Şimali Azərbaycanda türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayılması haqqında olduqca dəqiq bilgilər və sübutlar verir.

Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik dilbər guşələrindən biridir.

Ermənistanla həmsərhəd olması keçən əsrin sonlarında Kəlbəcərin də tarixinə amansız işğal faktını yazdırdı. Rayon 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir götürüldü və itkin düşdü. 30 aprel 1993-cü il tarixdə BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi və işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb etdi. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə Azərbaycanın davamlı təkidlərinə baxmayaraq onun icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən sui-istifadə edən Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən başlayaraq Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başladı. Ermənistandan və xarici ölkələrdən Kəlbəcərə köçürülən ermənilər 27 il davam edən işğal müddətində bölgədən qovub çıxardıqları Azərbaycanlıların evlərində yaşadılar və Kəlbəcərin zəngin təbii resurslarını talayaraq vəhşicəsinə istismar etdilər. Ermənistanla 170 km uzunluğunda birbaşa sərhədə malik olması Kəlbəcərin daha çox dağıntılara və talana məruz qalmasına səbəb oldu.

İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Etnik təmizləməyə məruz qalmış Kəlbəcər əhalisi isə respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

Nəhayət, 2020-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdı. Vətən müharibəsinin elə ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Strateji yüksəkliklərin ələ keçirilçəsi erməni silahlı qüvvələrinin hərəkətini böyük dərəcədə məhdudlaşdırıldı. Bununla da erməni silahlı qüvvələrinin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinə son qoyuldu və Ermənistan ərazisindən silah-sursat təminatının qarşısı alındı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan tam azad edildi. Lakin məğlub olmuş ermənilər son anda da hərbi cinayət törətməkdən çəkinməyərək 27 il ərzində yaşadıqları evlərimizə, bağlarımıza və meşələrimizə, məktəblərimizə od vurub yandırdılar. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni xislətini və vandalizmini bütün dünyaya nümayiş etdirdi. Vaxtilə zəbt etdikləri Azərbaycanlı evlərində istifadə etdikləri unitazı belə bağrına basıb avtomobilinə yükləyən erməninin miskinliyini əks etdirən video-görüntülər bütün dünyanı heyrətləndirdi, amma erməniləri utandırmadı.

Azərbaycanın təbiət incisi Kəlbəcər azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında Ordumuzun şəxsi igidlik və şücaət nümayiş etdirmiş 9455 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü elan olundu.

Bu gün Kəlbəcərdə Şəhər günüdür. Kəlbəcərdən olan məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Kəlbəcərin rayon mərkəzini onun kəndləri və eləcə də digər qonşu rayonlarla birləşdirəcək avtomobil yolları, su elektrik stansiyaları, çoxsaylı yaşayış evləri, inzibati binalar və əhaliyə sosial xidmət mərkəzləri tikilməkdədir.

Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik.

İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir. Ölkə başçımızın işğaldan azad edilmiş bölgələrimizə səfərləri bütövlükdə azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir və özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir. Təbiətin bəxş etdiyi gözəlliklər dövlətimizin başçısının rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca daha cəlbedici mənzərə yaranır. Kəlbəcərin abadlaşdırılması, füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik şəhərin müasir memarlıq nümunələri ilə yenidən qurulması, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır.

Bu ilin sentyabrında gerçəkləşən səfər çərçivəsində dövlət başçısı Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "AzərEnerji" ASC-nin 22,5 MVt gücündə olan "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışında iştirak edib. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməli qoyulub. Prezident Kəlbəcər Şəhər Təhsil Kompleksində bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi və 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub, Xudavəng monastır kompleksini ziyarət edib. Kəlbəcər rayonunda "AzərEnerji" ASC-nin 4,3 MVt gücündə "Zar" Kiçik Su Elektrik Stansiyası açılıb və "İstisu" mineral suyun istehsalına başlanılıb. Hazırda tikilməkdə olan "İstisu" Müalicə-İstirahət sanatoriyasının yenidən qurulması nəticəsində Kompleks yaxın gələcəkdə beynəlxalq səviyyəli müalicə mərkəzinə çevriləcək. 32 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. bütün bunlar Kəlbəcəri beynəlxalq və yerli turizm mərkəzinə çevirəcək.

Bu günlərdə COP29 konfransı çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə "Clean Energy Invest LLC" və "Baltech Green LLC" arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a çatdırılması mümkündür. Kəlbəcər Külək Elektrik Stansiyası layihəsi Azərbaycanın dekorbanizasiya, regionda yaşıl iqtisadiyyat və dayanıqlı ekoloji inkişaf istiqamətində əhəmiyyətli bir addım olacaqdır. Turizm potensialı ilə ölkəmizin ən perspektivli bölgəsi olan Kəlbəcər yenidən ölkəmizin ən füsunkar bölgələrindən birinə və dağlar qoynunda alınmaz qalamıza çevriləcək.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı, fəlsəfə doktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ