Bazar günü günü, 16 avqust 2026
     

Türkiyənin Naxçıvanda xilaskarlıq missiyası - Eynulla Mədətli yazır

Image


(əvvəli https://xalqqazeti.az/az/siyaset/163001-turkiyenin-naxcivanda-xilaskarliq-missiyasi

https://xalqqazeti.az/az/siyaset/163669-turkiyenin-naxcivanda-xilaskarliq-missiyasi)

II. Naxçıvan əhalisinin erməni təcavüzünə qarşı mübarizəsi

AXC hökumətindən gözlənilən yar­dımları ala bilməyən Naxçıvan əhalisi, Milli Şura ermənilər əleyhinə ümumxalq mübarizəsinə qalxdı. 1919-cu ilin iyulun­da Naxçıvanda daşnaklara qarşı geniş xalq üsyanları başladı. Kəlbəli xanın rəh­bərliyi ilə xalq qoşunu ermənilərə sarsıdı­cı zərbə vurdu, avqustun 30-da Naxçıvan şəhəri ermənilərdən təmizləndi. 

Bu azadlıq savaşında Naxçıvandakı azsaylı türk əsgərləri və zabitləri qəh­rəmancasına vuruşdular. Hakimiyyəti oturduğu əskəri kazarmadan kənara çıxmayan erməni general-qubernator Varşamyan və erməni qüvvələri Naxçı­vandan qovuldular. Xatırladaq ki, hələ 28 fevral 1919-cu ildə AXC Bəhram xan Naxçıvanskinin başçılığında Naxçıvan general-qubernatorluğunu yaratmışdı. Az sonra onu qısa müddətdə Haşımbə­yov əvəz etmişdi. (Əliyev, s.62) Ermə­nilər Naxçıvandan qovulandan sonra AXC hökuməti Səməd bəy Cəmillinskini Naxçıvan bölgəsinin general-qubernato­ru təyin etdi. Səməd bəy dərhal idarəet­mə strukturları yaratmağa başladı. Xəlil bəyi bölgə qoşunlarına komandan təyin etdi. Kəlbəli xan həm komandan müavini, həm də Naxçıvan qoşun dəstəsinin ko­mandiri oldu.

1919-cu ilin iyul-avqustunda Nax­çıvana gələn Amerika polkovniki Rey Cəfərqulu xanla və Xəlil bəylə gizli danı­şıqlar apararaq burada Amerika general qubernatorluğu yaratmağı irəli sürmüş­dü. Avqustun sonunda Amerika polkovni­ki Paskel Paris Sülh Konfransı və Antan­ta Müttəfiqlər şurası adından Azərbaycan hökumətinə bildirmişdi ki, Şərur, Naxçı­van və Dərələyəzdə ABŞ general-quber­natorluğu yaradılır. Oktyabrın 23-də pol­kovnik Edmond Deli qubernator kimi işə başlamalı idi. 

Belə bir şəraitdə AXC rəhbərləri ABŞ nümayəndələri ilə fəal danışıqlara gir­dilər. Polkovnik Paskelin nümayəndəsi general Robinson Naxçıvana gəldi, ar­dınca general Mozetey, onlar gedəndən sonra polkovnik Rey gəldi. Rey özünün general qubernator təyin edildiyi haqqın­da xalqa məlumat vermək üçün camaatı yığmağı təkid etdi. Lakin oktyabrın 23-də toplanan Milli Şura qərar verdi ki, xalq azərbaycanlı general-qubernatordan başqa, heç kimi tanımaq istəmir. Belə olduqda Rey polkovnik Delini Naxçıvan hökuməti yanında müşavir təyin edərək bölgəni tərk etməli oldu.

1919-cu ilin noyabrında ermənilər ye­nidən Naxçıvan torpaqlarına hücumlara başladılar. Ordubadın bir neçə kəndini ələ keçirən ermənilər əhaliyə divan tut­dular. Xəlil bəyin göndərdiyi taborlar er­mənilərə güclü zərbə vurub geri oturtdu. Ermənilərlə döyüşdə Kəlbəli xan fədakar­lıq göstərirdi, lakin onun həm Naxçıvanın general-qubernatoru C.Cəmillinski, həm də Xəlil bəylə ixtilafları hələ qalmaqda idi. AXC nümayəndələri bu gərginliyin götü­rülməsi üçün səy edirdilər. Sonra Kəlbəli xan Türkiyənin yüksək hərbi ordeninə la­yiq görüldü. AXC hökuməti də Naxçıva­nın müdafiəsindəki xidmətlərinə görə ona general- mayor rütbəsi verdi.

1920-ci ilin əvvəllərində ermənilərin Naxçıvana hücumları yenidən başlandı. Naxçıvanın etibarlı müdafiəsini təmin etmək məqsədilə Xəlil bəy Bəyazit türk diviziyasının komandiri Cavid bəyə mü­raciət etdi. K.Qarabəkir paşanın tapşırığı ilə Naxçıvanın müdafiəsi üçün tədbir­lər hazırlandı. 1920-ci ilin martında XI Qafqaz ordusu komandanı K.Qarabə­kir paşanın qərarı ilə Naxçıvandakı türk qüvvələrini gücləndirmək və Xəlil bəyə dəstək üçün Əli Teymur bəyin başçılığı altında 50 nəfərdən ibarət türk bölüyü göndərildi.

Bu tədbirlərin fövqəladə əhəmiyyəti var idi, çünki Naxçıvanın AXC ilə əlaqələ­ri çox zəifləmişdi. AXC hökumətinin daxili və xarici siyasi vəziyyəti olduqca pisləş­mişdi. Belə şəraitdə martın 21-də daşnak qoşunları Naxçıvan üzərinə irimiqyaslı hücuma keçdilər. Türk zabiti Zob bəyin, Kəlbəli xanın, Xəlil bəyin, Nuru bəyin, Nəci bəyin, Ədib bəyin başçılığı ilə dö­yüşən taborlar ermənilərə zərbə vuraraq geri oturtdular.

23 aprel 1920-ci ildə Ankarada Mus­tafa Kamal paşanın başçılığı ilə Böyük Millət Məclisi keçirildi. K.Qarabəkir paşa Şərq cəbhəsinə komandan təyin olun­du və dərhal ermənilərə qarşı döyüşə hazırlaşmağa başladı. 1920-ci il mayın 6-da Naxçıvandakı türk əsgərlərinin işlə­rini yoxlamaq, həmçinin lazımi köməklik göstərmək üçün ordu zabitləri Veysəl Ünüvar, Kamil bəy və Cəlal bəydən ibarət bir heyət Naxçıvana göndərildi. II Qafqaz tüməninin qərargah rəisi Bakı ilə əlaqə yaradıb oradakı vəziyyəti öyrənmək məqsədi ilə bu heyətə daxil edilmişdi. Şərurun Şahtaxtı kəndində heyəti İbra­him Şahtaxtinski (Behbud Şahtaxtinski­nin qardaşı) qarşıladı, qonaq etdi. Heyət mayın 10-da qatarla Naxçıvana gəldi.

Bu vaxtlar AXC-nin təyin etdiyi ge­neral-qubernator Naxçıvanda otursa da, bölgə felən Naxçıvanın Milli Şurası (Cəfərqulu xanın başçılığı ilə) və Özünü­müdafiə Komitəsi (Kəlbəli xanın başçılığı ilə) tərəfindən idarə olunurdu. Buradakı türk əsgərləri və zabitləri də Naxçıvanın xanı və digər qeyrətli oğulları ilə bərabər bu diyarın ermənilərdən müdafiəsində yaxından iştirak edirdilər.

Veysəl bəy bir hərbi müfəttiş kimi Or­dubaddan Dəvəliyə qədər yerləşdirilmiş taborları yoxlayırdı. Sonralar general ol­muş Veysəl bəy xatirələrində yazırdı ki, "Xalq rus və erməni təzyiqindən qurtarmış olmasının nəşəsi içində bizi məhəbbətlə salamlayırdı". Şərurun Yengicə kəndində Məşədi Hüseynin evində qonaq qaldığını yazan Veysəl bəy, onu Şərur türklərinin qəhrəmanı kimi, ermənilərlə aparılan mü­barizədə malından və canından keçən bir insan kimi təsvir edir. Mayın 16-da Vey­səl bəy təftiş işlərini bitirib Şaxtaxtı-Maku yolu ilə Bəyazitə qayıtdı.

1920-ci il aprelin 27-də bolşevik Ru­siyası Azərbaycanı işğal edəndən sonra Zəngəzurda və Naxçıvan bölgəsində ermənilər daha da fəallaşdılar. Onlar Naxçıvan da hücumlar edir, əhaliyə di­van tuturdular. Zəngəzurda yolları tutub Naxçıvanın Azərbaycanla əlaqəsini kəs­mişdilər. Buna görə K.Qarabəkir paşanın əmri ilə Bəyazitdən minbaşı Əli Dəmir bəyin başçılığı ilə iki tabur Naxçıvana göndərildi.

Bu vaxtlar Naxçıvanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəb idi. İndiyədək Naxçıvanda türk əsgərlərinin başında duran, bu bölgənin müdafiəsi üçün xeyli işlər görmüş olan Xəlil bəy Naxçıvanda bəzi dairələrin güdməyə başladığı ermə­nilərlə anlaşmaq, danışıq yolu ilə sülhə nail olmaq siyasətinə görə istefa vermiş­di. Buna görə 5 iyul 1920-ci ildə Veysəl bəy Naxçıvandakı qüvvələrə rəhbərlik et­mək üçün yenidən Naxçıvana göndərildi.

Veysəl bəy yuxarıda adı çəkilən xa­tirələrində yazır ki, naxçıvanlılar türkləri ruslarla müttəfiq olmaqda ittiham edir­dilər. Naxçıvanın çox qeyrətli və qəhrə­man bir türk kəndi olan Nehrəmdə bir toplantı yapıldı. Azərbaycanın uğradığı fəlakət anladıldı, bolşeviklər lənətlən­di. Mitinqdə deyilirdi: "Türkiyə özünü qurtarmaq üçün bizi qurban edir. Əgər bolşeviklərin xatiri üçün təərrüzdən vaz keçməsələrdi, bu gün iki düşmən ara­sında qalmayacaqdıq". Naxçıvanda eyni zamanda bolşevik təbliğatı aparan qüv­vələr də fəallaşmışdı, az sonra Naxçıvan bölgəsi də ruslar tərəfindən işğala məruz qaldı və iyulun 28-də burada Sovet haki­miyyəti qurulduğu elan edildi.

Azərbaycan hökumətinin sədri Nəri­man Nərimanovun sərəncamı ilə (Orco­nikidzenin təzyiqi ilə) 1920-ci ilin avqus­tunda Tambov kəndlilərinin üsyanının amansız məhv edilməsində rol oynamış Bahadur Vəlibəyov 300 nəfərlik süvari qoşunla Naxçıvana fövqəladə komissar vəzifəsinə göndərildi. İranda mühacirət­də olan Abbasqulu bəy Şadlinski dəstə­si ilə Naxçıvana dəvət edildi və "Qırmızı tabor" adı ilə formalaşdırıldı. Bu tabor daşnak Njdenin quldurlarının dəf edilib qovulmasında həlledici rol oynadı. 

Şərur qəzası ermənilərdən tama­milə azad edildi və orada da Qəza İnqi­lab Komitəsi təşkil olundu. Qırmızı Ta­bor 1921-ci ilin yanvar-fevral aylarında Dərələyəz-Şərur-Qəmərli də daşnaklara sarsıdıcı zərbələr vurdu. Abbasqulu bəy Şadlinski və onun rəhbərlik etdiyi Qırmı­zı Taborun qəhrəman mübarizə yolu Əli Əliyevin 1990-cı ildə Bakıda nəşr edilən "Qırmızı Tabor" kitabında ilk dəfə geniş işıqlandırılmışdır. 

B.Vəlibəyov və rəhbərlik etdiyi 1920-ci il oktyabrın 5-də yaradılan Naxçıvan Fövqəladə Komissarlığı Naxçıvanın yerli nüfuzlu şəxslərinə – Kəlbəlı xana, atası Cəfərqulu xana, Rəhim xan Naxçıvanskiyə qarşı ədalətsiz repressi­ya tədbirləri həyata keçirirdi. Fyodorovun başçılıq etdiyi Naxçıvan İnqilab Komitəsi bütün yerli vətənpərvər qüvvələri təqib edir, həbs edir, işgəncələrə məruz qo­yurdu. Fyodorov Türkiyə təmsilçisi Xəlil bəyin fəaliyyətini bütün vasitələrlə məh­dudlaşdırırdı. O da, Vəlibəyov kimi, türk əsgərlərinin Naxçıvandan çıxarılmasına təkid edirdi.

Ermənistanda Sovet hakimiyyəti quru­landan sonra RSFSR-in milli işlər komis­sarı İ.Stalin 1920-ci il dekabrın 3-də ermə­ni xalqına göndərdiyi teleqramda bildirir ki, guya: "Sovet Azərbaycanı "mübahisəli" vi­layətlərdən könüllü olaraq əl çəkir və Zən­gəzurun, Naxçıvanın və Dağlıq Qaraba­ğın Sovet Ermənistanına verilməsini elan edir". Bu xəbər Naxçıvan əhalisinin kütləvi etirazı ilə qaşlılanır. Naxçıvanda Sovet hakimiyyəti qurulmuş olsa da, ermənilərin özbaşınalığı davam edirdi. Daşnaklar hər cür təcavüzə əl atırdılar.

1920-ci il dekabrın sonlarında Ermə­nistan İnqilab Komitəsi Naxçıvanın Sovet Ermənistanının bir hissəsi olduğuna dair bəyanat verdi. Bu bəyanata Naxçıvanda əhali kəskin etirazı ilə cavab verdi. Əli Əliyev Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindəki sənədə istinad edərək yazır ki, Azərbaycan rəhbərliyi İnqilab Komitəsinin üzvü və ədliyyə komissarı Behbud Şahtaxtinskini yaranmış vəziy­yəti araşdırmaq üçün Naxçıvana ezam edir. 

B.Şahtaxtinski əhali ilə görüşdə de­yir: "Azərbaycan sizi torpağınızla birlik­də Ermənistana satıb, əgər mən Bakıda olsaydım, buna qəti surətdə razılıq ver­məzdim. Mən Azərbaycan İnqilab Ko­mitəsinin üzvü kimi Vəlibəyovu vəzifədən azad edib özümlə Bakıya aparacağam. Siz torpağınızla birlikdə öz müstəqilliyini­zi saxlamaq istəyirsinizsə, burada istinad edəcəyimiz yeganə qüvvə Türkiyə qo­şunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər". 

Şərq cəbhəsində erməni qoşunlarına qarşı uğurlu əməliyyatlar keçirən K.Qara­bəkir paşa 1920-ci ilin sentyabrın 29-da Sarıqamışı, oktyabrın 1-də Kağızmanı, oktyabrın 30-da Qarsı ermənilərdən azad etdi. Ultimatumla noyabrın 7-də Gümrü­nü götürdü, noyabrın 12-də İqdırı azad etdi. Nəhayət, noyabrın 25-də ermənilər təslim olmaq notasını qəbul edərək (bu nota 10-15 gün əvvəl erməni hökumətinə verilmişdi) danışıq stolu arxasına gəldilər və 3 dekabr 1920-ci ildə Gümrü müqa­viləsi bağlandı. 

Bu, yeni Türkiyənin ilk siyasi zəfəri idi. Təkcə Qarsın fəthində ermənilərin iki generalı, 6 polkovniki, 16 yüzbaşısı, 1500 əsgəri əsir götürülmüşdü. 1110 er­məni əsgər-zabiti məhv edilmişdi. Əsirlər arasında Ermənistanın hərbi naziri Ara­ratov, Baş qərargah rəisi Vəkilov, Qarsın komendantı Primov (rus) və bir mülki na­zir də var idi.

Qısa müddətdə K.Qarabəkir paşa­nın qoşunları gürcülər tərəfindən işğal edilmiş bölgələri də geri aldı. 1921-ci il fevralın 23-də danışıq yolu ilə gürcülərin boşaltdıqları Ərdəhana türk bayrağı san­cıldı. Türk qoşunları martın 9-da Ahıs­kanı, 11-də Batumu, 14-də Ahılkələki azad etdilər. Türk qoşunlarının bu zəfərli irəliləyişləri Moskvada həftələrlə gecikdi­rilən Rusiya Xarici İşlər naziri Çiçerin və onun erməni müavini Qaraxan tərəfindən "ermənilərə Türkiyə torpaqlarından pay verilməsi" ilə əlaqədar çəkçevir müza­kirələrini sürətləndirdi.

Qeyd edilməlidir ki, Batum müqavilə­sinə görə (4 iyun 1918-ci il) Naxçıvan Tür­kiyənin himayəsində idi və Türkiyə hərbi sahədə olduğu kimi, diplomatik sahədə də Naxçıvanın heç bir halda Ermənistana verilməməsi üçün ciddi səy göstərmişdi. Buna görə sonrakı illərdə də ermənilərin, ingilislərin, amerikalıların, həmçinin rus­ların müxtəlif yollarla Naxçıvana yiyələn­mək, yaxud Ermənistana vermək kimi cəhdlərinə qarşı Osmanlı Türkiyəsi kimi, Mustafa Kamal Türkiyəsi də bütün mümkün olan va­sitələrlə mübarizə aparmışdır.

1920-ci ilin dekabrın 13-də Mosk­va danışıqlarına yola düşməzdən əvvəl Türkiyə nümayəndə heyətinin başçısı Y.Kamal bəy Mustafa Kamal paşa ilə görüşmüş və "Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə, nə yapalım? –deyə soruşmuşdu. Mustafa Kamal Paşa demişdi: "Naxçıvan türk qapısıdır. Bunu xüsusi nəzərə alaraq əlinizdən gələni yapınız". Həqiqətən, həftələrlə davam edən çətin danışıqlardan sonra Naxçıvan bölgəsinin taleyini müəyyən edən Mos­kva müqaviləsinin bağlanmasına nail olunmuşdu. Naxçıvanın Türkiyəyə bağ­lanmasına qəti etiraz edən rus tərəfi bu bölgənin Ermənistana, bu olmazsa, Rusi­yaya qatılmasına cəhd etsə də, türk dip­lomatiyası sonda qoyduğu şərtlə qədim türk diyarının Azərbaycanın himayəsinə verilməsinə nail oldu.

1921-ci il martın 16-da Rusiya ilə Tür­kiyə arasında bağlanan dostluq müqa­viləsi Rusiya-Türkiyə arasında bir çox prinsipial məsələlərlə yanaşı, Naxçıvan bölgəsinin də, taleyini birdəfəlik həll etdi. Müqavilənin üçüncü maddəsinə uyğun olaraq Naxçıvan qoruyuculuq haqqını heç bir zaman üçüncü bir dövlətə burax­mamaq şərti ilə, bir muxtar bölgə kimi Azərbaycanın tərkibinə verildi. Bu mad­dədən çıxan qəti fikir ondan ibarət idi ki, Naxçıvan bölgəsi üzərində yalnız Azər­baycanın suveren hakimiyyəti olmalıdır və Azərbaycan buradakı hakimiyyətini, bu bölgənin müdafiəsində hansısa təh­lükə yaranarsa, Türkiyədən başqa üçün­cü dövlətə güzəştə gedə bilməz.

Moskva müqaviləsindən iki həftə sonra, 1921-ci il aprelin əvvəllərində Azərbaycan Sovet hökuməti Naxçıvanın taleyi ilə əlaqədar göstərdiyi milli xid­mətlərə görə kiçik bir xatirə olaraq Şərq cəbhəsi komandanı K.Qarabəkir paşaya və TBMM başqanı Mustafa Kamal paşa­ya 800 əyar gümüşdən, 24 nəfərlik 279 vahiddən ibarət iki yemək servizi dəsti hədiyyə göndərdi. 

1921-ci il oktyabrın 13-də Türkiyə ilə Ermənistan, Azərbaycan və Gürcüstan arasında Rusiya nümayəndəsinin iştirakı ilə bağlanan Qars Müqaviləsi Naxçıvan bölgəsi ilə əlaqədar Moskva Müqaviləsi­nin şərtlərini bir daha təsdiqlədi. Bunun­la Naxçıvanın taleyi həmişəlik müəyyən edildi. Bu çox mühüm tarixi əhəmiyyətli müqavilə Naxçıvan bölgəsinin qorunma­sı üçün etibarlı siyasi təminat oldu. 

Moskva və Qars müqavilələrində Naxçıvanın təsbit olunan statusu Azər­baycanın qədim torpağı olan Zəngəzurun Sovet hakimiyyəti tərəfindən Ermənistan Respublikasına verilməsindən, bununla da Naxçıvanın Azərbaycanın əsas his­səsindən fiziki olaraq ayrı salınmasından sonra xüsusilə aktuallaşdı və 1924-cü ilə elan ediləcək Muxtar Respublika statusu üçün zəmin yaratmış oldu. Sonrakı illərdə bu müqavilə həm də, bu bölgənin bütöv­lüyünün qismən də olsa qorunub saxlan­masında həlledici rol oynadı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixində verdiyi dekretlə Azərbaycanın Naxçıvan bölgəsi Muxtar Sovet Sosialist Respublikasına çevrildi.

Akademik İsmayıl Hacıyevin yazdığı kimi, Naxçıvanın tarixi müqəddəratında, onun Azərbaycanın tərkibində saxlanma­sında bir sıra amillərlə yanaşı, Moskva və Qars beynəlxalq müqavilələrinin də böyük rolu olmuşdur. Hər iki beynəlxalq müqavilə müddətsiz imzalanmış və bu gün də qüvvədədir. Həmin müqavilələr onu imzalayan dövlətlər tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz. 

Azərbaycan 1991-ci ildə öz müstəqil­liyinə yenidən qovuşandan sonra hələ SSRİ zamanında, 1980-ci illərin axırların­dan ölkəmizə qarşı başlanan erməni se­paratizmi, ardınca torpaqlarımızın işğalı Ermənistan tərəfindən blokadaya salınan Naxçıvan MR üçün ciddi təhlükə yaratdı. Tarix təkrar olunurdu, yeni şəraitdə də is­tiqlalını əldə etmiş Azərbaycan Respubli­kası Naxçıvanın müdafiəsində ciddi səy göstərə bilmirdi. Naxçıvan Muxtar Res­publikasında Vətən torpqalarının müda­fiəsi uğrunda erməni silahlı qüvvələri ilə aparılan qeyri-bərabər döyüşlərdə on­larla şəhid verilmiş, Sədərək rayonunun Kərki kəndi isə ermənilər tərəfindən işğal edilmişdi. 

Bu şəraitdə muxtar respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev 1992-ci il may ayının 21-də Londonun "Daily Telegraph" qəzetinə müsahibəsin­də Ermənistanın təcavüzkar siyasətini kəskin tənqid edib bu hərəkətlərin davam etdiriləcəyi təqdirdə yardım üçün Tür­kiyəyə müraciət edəcəyini bəyan etmiş, 1921-ci ilin oktyabrında bağlanmış Qars Müqaviləsi ilə Naxçıvanın qorunmasın­da, onun ərazi bütövlüyünün təmin edil­məsində Türkiyənin söz sahibi olduğunu bəyan etmişdi.

1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyası­nın iclasında Prezident Heydər Əliyev demişdi: "Mən hesab edirəm ki, Naxçı­vanın muxtariyyəti tarixi nailiyyətdir, biz onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq". Fikri­ni davam etdirən Ulu Öndər vurğulamışdı ki, Naxçıvanın muxtariyyəti Azərbaycan­la Türkiyənin sərhəd əlaqəsi üçün tarixi bir hadisədir. Çox tarixi bir hadisədir ki, o vaxt həm Azərbaycanın tərkibində Naxçı­vanda muxtariyyət yaranıbdır, həm də o sərhədlər həmin müqavilələrdə nizamla­narkən Azərbaycanın Türkiyə ilə kiçik də olsa, bir sərhədi yaranıbdır. 

Ümummilli lider Heydər Əliyevin 1991–1993-cü illərdə qardaş Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə yaratdığı şəxsi əlaqələrin, həyata keçirdiyi inten­siv görüşlərin və müzakirələrin Naxçıvan Muxtar Respublikasının qorunmasında, eləcə də, ölkələrimizin qarşılıqlı münasi­bətlərinin inkişafı və daha da genişlənmə­sində xüsusi əhəmiyyəti oldu. Türkiyənin Baş naziri Süleyman Dəmirəlin tapşırığı ilə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Na­zirliyinin nümayəndə heyəti Ermənistanın təcavüzü ilə əlaqədar yaranmış vəziyyəti öyrənmək məqsədilə 21 may 1992-ci il ta­rixində Naxçıvana gəldilər. Naxçıvan MR Ali Məclisində səfir Ömər Ərsunun başçı­lıq etdiyi heyəti qəbul edən Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 18-dən muxtar respublikanın Şərur və Sədərək bölgələrinə silahlı təcavüzü barədə məlumat verərək bu istiqamətdə görülən tədbirləri də bildirdi. 

Bu vəziyyətlə əlaqədar Türkiyə Cüm­huriyyəti hökumətinin qəti xəbərdarlı­ğından sonra təcavüzkar Ermənistan Respublikası Naxçıvana birbaşa hərbi təcavüzdən çəkinməyə məcbur oldu, la­kin blokada siyasətini davam etdirməyə başladı. Eyni zamanda Ali Məclisin Səd­ri Heydər Əliyevin Naxçıvanın müda­fiəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasət, xüsusilə də Qars müqaviləsini gündəmə gətirməsi bu bölgəni həm xari­ci müdaxilədən, həm də daxili çətinliklər­dən xilas etməkdə tarixi rol oynadı. Ulu öndər Heydər Əliyev Qars müqaviləsinin siyasi əhəmiyyətini vurğulayaraq demiş­di ki, Naxçıvan Azərbaycanın əsas tor­paqlarından ayrı düşdüyünə görə Nax­çıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin anadan olmasının 75 illiyi münasibətilə Ankarada, Çankaya köşkündə, 1 noyabr 1999-cu ildə çıxış edən Heydər Əliyev bir daha bildirmişdi: "Naxçıvan Muxtar Respublikası Azərbay­canın ayrılmaz hissəsidir. Ancaq təəssüf ki, 1920-ci ildə Sovet hökuməti xəritələri böləndə, Azərbaycanın Zəngəzur maha­lını alıb Ermənistana verəndə Naxçıvan Muxtar Respublikası Azərbaycanın bö­yük torpağından ayrı düşübdür". 

Ulu öndər daha sonra qeyd etmişdi ki, Ermənistan–Azərbaycan münaqişəsi başlayandan sonra Naxçıvan blokada halına düşdü və orada yaşamaq çox çə­tin oldu: "Hörmətli Süleyman Dəmirəlin Azərbaycana etdiyi yardımın ən önəm­lisi, Naxçıvan Muxtar Respublikasının o illərdə yaşamasını, dayanmasını təmin etməsidir. Araz çayı üzərində qısa bir za­manda həmin o "Həsrət körpüsü" yaran­masaydı bu, mümkün deyildi. O qışın 40 dərəcə şaxtasında Türkiyədən, Naxçıva­na elektrik xətti çəkildi, başqa yardımlar edildi. Mən orada yaşadığım dövrdə bun­ları öz gözümlə görmüşəm". 

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi bu qədim diyarın yaxın tarixinə bir daha nəzər salmağa, bu böl­gənin, eləcə də, bütövlükdə Azərbayca­nın ən yeni tarixində qardaş Türkiyənin oynadığı tarixi rolu daha dərindən dəyər­ləndirməyə, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" düsturu əsasında qurulan Azərbaycan–Türkiyə birliyinin gündən-günə artan gücünü və təsirini qiymətləndirməyə imkan yaratmışdır.

Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri dokroru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ