Associated Press agentliyinin bazar ertəsi günü Fransanın Météo-France hava xidmətinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı günündən etibarən Fransa və Böyük Britaniyada qeyri-adi yüksək istilər başlayacaq. Météo-France qeyd edir ki, cənub-şərqi Fransada həddindən artıq istilər olacaq və temperatur 40 dərəcə Selsiyə çatacaq. Bu arada, The Guardian qəzeti Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinə (UKHSA) istinadən bildirir ki, Böyük Britaniyada temperatur 36 dərəcə Selsiyə çata bilər ki, və bu da ölkənin əksər bölgələri üçün yüksək hava xəbərdarlığına səbəb olacaq. Yüksək temperaturun çərşənbə axşamından cümə gününə qədər davam edəcəyi gözlənilir. İyul ayında Avropada həddindən artıq isti hava şəraiti müşahidə olunub. Bir neçə ölkədə temperatur 40 dərəcə Selsiyə çatıb. Bir neçə Şərqi Avropa ölkəsi ən yüksək hava xəbərdarlığı verib, Qərbi Avropa, xüsusən də İspaniya, Fransa və Yunanıstan isə kütləvi meşə yanğınlarından və şiddətli quraqlıqlardan əziyyət çəkib.
SAMİRƏ