Dövlət Departamentinin binasında keçirilən tədbir zamanı ABŞ Prezidenti Donald Tramp yumorla Ağ Ev üçün oradan bir çilçıraq və ya rəsm götürəcəyini bildirib. "Prezidentlər istənilən binadan əşyalar götürə bilərlər. Mən çilçıraqları sevirəm", - deyə Tramp mədən sənayesi nümayəndələri ilə görüşün keçirildiyi otağa nəzər salaraq deyib. Tədbir Ağ Evdə deyil, Dövlət Departamentinin binasında baş tutub. Amerika lideri görüşü orada keçirmək imkanına görə Dövlət katibi Marko Rubioya təşəkkür edib. Tramp həmçinin binanın interyerini, xüsusən də sütunları tərifləyib, lakin gülümsəyərək əlavə edib ki, "onları kəsib aparmaq pis fikir olardı". Daha sonra prezident zarafatına davam edərək: "Bəzən bura gəlirəm, bir rəsm götürürəm və onu Oval Ofisdə asıram. Amma çox tez-tez yox”- deyib.
Cavab olaraq, Marko Rubio dövlət başçısının arxasında asılmış bir rəsmə işarə edib. Kətanı araşdırdıqdan sonra Tramp zarafatla: "Gözəldir, onu evə aparıram"- deyib. Dövlət katibi isə zarafata zarafatla cavab verərək: “Yəqin ki, bunu Trampa göstərməməli idim”- deyib.
SAMİRƏ