Avropa Parlamentinin sədr müavini Katarina Barley Türkiyədəki siyasi hadisələrlə bağlı çıxışında Ərdoğan hökumətinə qarşı sərt ifadələr işlədib. Barley deyib ki, bütün avtokratlar kimi, Ərdoğanın da qorxduğu nəsnələr var.
“Bütün avtokratlar kimi onun da ən böyük qorxusu bir gün hakimiyyəti təhvil vermək məcburiyyətində qalmaqdır. Ərdoğan iqtidarı üçün təhlükə olaraq gördüyü CHP-ni hüquqi yollardan istifadə etməklə nəzarət altında saxlamağa çalışır. CHP-yə qarşı çıxarılan “tam etibarsızlıq” qərarı seçkilərdə saxtakarlıq etməyə yönəlmiş avtokratik bir addımdır”- deyən Barley Avropa İttifaqının bu məsələdə öz səsini daha qətiyyətli şəkildə yüksəltməli və Özgür Özəl rəhbərliyini dəstəkləməli olduğunu vurğulayıb.
Əli TURABOV