Cümə günü, 06 noyabr 2026
     

Səhiyyə və təhsilə bu qədər vəsait qoyuruq, Dünya Bankı bizi niyə ermənilərdən və gürcülərdən “aşağı tutdu”...

Image


İlqar Hüseynli: “Dünya Bankının indeksi də qüsursuz hesab edilmir, onların da metodologiyasında müxtəlif qüsurlar ola bilər”

Dünya Bankının İnsan Kapitalı İndeksində Ermənistanın Gürcüstanı və Azərbaycanı üstələdiyi göstərilir. Dünya Bankının məlumatlarına görə, Ermənistan Genişləndirilmiş İnsan Kapitalı İndeksində (HCI+) Gürcüstan, Azərbaycan və İranı üstələyir.

Ermənistanın balı nəzəri olaraq mümkün olan 325 baldan 224-dür. Müqayisə üçün, Gürcüstanın balı 215, Azərbaycanın balı 208, İranın balı isə 180-dir. Bu, Ermənistanı Gürcüstandan 9 bal, Azərbaycandan 16 bal və İrandan 44 bal irəlidə qoyur.

Ölkənin balı Avropa və Orta Asiya regional orta göstəricisi olan 240 baldan aşağıdır. Lakin, bu, yuxarı-orta gəlirli ölkələr üçün orta göstərici olan 204 baldan çoxdur.

Dünya Bankının məlumatına görə, Ermənistanın balı ölkənin səhiyyə, təhsil və işçi qüvvəsinin iştirakına yatırdığı investisiyaları əks etdirir. Daha da yaxşılaşma potensialı 101-dir.

HCI+-də hədəflənmiş dövlət siyasəti islahatları vasitəsilə əldə edilə bilən hər 10 ballıq artım gələcək gəlirlərdə təxminən 10% artıma uyğun gələ bilər.

Dünya Bankının məlumatına görə, Ermənistanın HCI+ balı 2024-cü ildə təxminən 222 olub.

HCI+ İnsan Kapitalı İndeksinin genişləndirilmiş versiyasıdır və təkcə bilik toplanması və əhalinin sağlamlıq vəziyyətini deyil, həm də insan kapitalının əmək bazarında istifadə dərəcəsini nəzərə alır. Dünya Bankının HCI+ ölkə məlumatları 2026-cı ilin aprel ayında yenilənib.

Dünya Bankının açıqladığı məlumatda diqqət çəkən məqamlar var.

Orada da əsas göstərici nədir? Burada təhsilin, səhiyyənin vəziyyəti, təhsilə və səhiyyəyə qoyulan investisiyalar götürülür. Əmək bazarında insan kapitalının reallaşması bir neçə amilə, əlamətə görədir. Azərbaycanda təhsilə, səhiyyəyə, insan kapitalına külli miqdarda vəsait xərclənir. Bu nədir? Niyə Azərbaycan bunlardan geridə qalır? Mərkəzi Asiyada, Avropa regionunda ümumilikdə orta göstərici 240-dır. Azərbaycanda isə bu onlardan da, Ermənistandan da, Gürcüstandan da aşağıdır.

Niyə axı belədir? Bəlkə Dünya Bankı burada qeyri-obyektivliyə yol verib? Dünya Bankının təqdim etdiyi indeks, göstərici nə dərəcədə real görünür?

Sosial sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, təkcə Dünya Bankı deyil, ümumiyyətlə beynəlxalq qurumlar müəyyən indekslər hazırlayarkən özlərinin metodologiyasından istifadə edirlər və bu metodologiya əsasında da nəticələri ictimaiyyətə açıqlayırlar. “Burada bilirsiniz necədir? Düzdür, Dünya Bankı statistikanı verir. Amma bəzən Azərbaycanda o statistika ilə tanış olan müəyyən təbəqədə elə bir fikir yarana bilər ki, burada münasibətlər qərəzlidir, yaxud hesablamalarda, tədqiqat işində bilərəkdən hansısa bir xaotikliyə, tərəf tutmağa yol verilib. Əslinə baxanda belə deyil. Azərbaycanın digər ölkələrdən, o cümlədən Ermənistan və Gürcüstandan aşağıda olması müxtəlif səbəblərdən asılı ola bilər. Birincisi, təhsilin keyfiyyəti və öyrətmənin nəticələri gözlənilən səviyyədə deyil. Dəfələrlə belə müsahibələrə, hesablamalara rast gəlmişik ki, Azərbaycanda təhsil alan gənclərin böyük əksəriyyəti nəticə etibarilə əmək bazarında normal, təminatlı iş tapa bilmirlər. Gənclər əmək bazarında iş tapa bilmirlərsə, bilavasitə hesablamalar zamanı ortaya çıxan nə qədər nəticələr varsa, onun biri də təhsil almış şəxslərin əmək bazarında iş tapa bilməsi ilə əsaslandırılır. Əgər təhsilli gənclər əmək bazarında iş tapa bilmirsə bu o deməkdir ki, burada təhsilin ümumiyyətlə keyfiyyəti normal deyil, eyni zamanda qoyulan investisiya doğru nəticə əldə etməyə imkan verməyib.

Səhiyyə xidmətlərinin effektivliyi və əhalinin sağlamlıq göstəricisi də burada faktor ola bilər. Məsələn, ola bilər ki, Azərbaycan səhiyyə müəssisələrinin tikintisinə daha çox pul xərcləsin. Respublikanın əksər rayonunda bir vaxtlar diaqnostik mərkəzlərin tikilməsi sanki dəb halnı aldı. Avadanlıqlar alındı, diaqnostik mərkəzlər tikildi. Amma təəssüflər olsun ki, hazırda həmin mərkəzlərin böyük əksəriyyəti tam gücü ilə işləyə bilmir. Niyə? Səhiyyə xidmətinin effektivliyi burada nəzərə alınır. Effektiv xidmət yerinə yetirmək üçün birincisi, kifayət qədər kadrlar yetişdirilməlidir. Əgər kadrlar yetişdirilmirsə, həmin diaqnostik mərkəzlər təbii ki, boş qalacaq və əhali oradan effektiv xidmət ala bilməyəcək. Yəni bu səhiyyə xidmətlərinin təşkili ilə bağlı Dünya Bankının analiz edib təqdim etdiyi nəticələrə birbaşa təsir edən faktorlardan biridir. Əmək bazarında bacarıqlarla iş yerlərinin tələbləri arasında uyğunsuzluq var. Bacarıqlar var, amma iş yerləri yoxdur. Yaxud iş yerləri var, amma elə insanları həmin iş prosesinə cəlb edirlər ki, onların yetərincə bacarıqları yoxdur. Buradakı uyğunsuzluq əmək bazarını analiz edərkən ortaya çıxan əsas faktorlardan biridir. Yaxud da ki, Dünya Bankının yerlərdə ekspertləri var. Onlar tədqiqat aparırlar və görürlər ki, tutalım, əmək bazarında iş prosesinə, böyük və yaxşı vəzifələrə cəlb olunan insanların əksəriyyəti kimlərinsə xahişi ilə irəli çəkilir, bu proses övladlıq, əmioğluluq, xalaoğluluq, dayıoğluluq, qohumçuluq prinsiplərinə əsaslanır. Bu faktorlar da əmək bazarındakı vəziyyətlə bağlı nəticələrə təsir göstərir. İnsan kapitalı məsəsinə də toxunaq. İnsan kapitalı ilə bağlı qoyulan investisiyalar yetərincə ödənişli və böyük vəsaitli bir kapital qoyuluşu ola bilər. Amma əsas məsələ onun məhsuldarlığa çevrilməsidir. Tutaq ki, bu qədər insanlar oxuyurlar, təhsil alırlar yenə də yuxarıda qeyd etdiyim kimi, amma məhsula çevrilmirlər. Onlar iş yeri tapa bilmirlər və beləliklə ölkəni tərk edirlər. Mütəxəssislərimiz Azərbaycandan gedirlər və bu da statistikaya təsir göstərir. Təhsil alan gənclərin nə qədər hissəsi əmək bazarına cəlb olundu və nə qədər hissəsi ölkəni tərk etdi? Nə qədər hissəsi özü üçün sosial imkanlarını yarada bilirlər? Ev ala bilirlər, maşın ala bilirlər, iş yeri təminatı yarada bilirlər? Yəni bunların hamısını hesablayanda baxıb görürlər ki, uyğunsuzluq kifayət qədərdir. Bir də ki, bir məsələ də var. Bizim ölkənin əhalisinin sayı da burada ciddi məsələdir. Bu faizlərə təsirləyən əsas faktorlardan biridir. Tutaq ki, Azərbaycanın 10 milyon əhalisi var, amma Ermənistan və Gürcüstan bununla müqayisədə iki dəfə az əhali sayına malikdir. Yəni bu baxımdan da faizlər və göstəricilər statistikaya hesabatlar zamanı təsir göstərə bilər. Buna görə də Dünya Bankının indeksi də qüsursuz hesab edilmir, onların da metodologiyasında müxtəlif qüsurlar ola bilər”-deyə İ.Hüseynli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ