Cümə günü, 06 noyabr 2026
     

Böyük Qayıdış gənclərin hərtərəfli inkişafına yeni imkanlar açır...

Image


Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir.

Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır. Hər bir cəmiyyətin və dövlətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu baxımdan, gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaşlar kimi yetişməsi və digər vacib amillər, onların gələcəkdə cəmiyyətə inteqrasiyasına böyük təsir göstərir. Müstəqillik əldə edildiyi ilk gündən etibarən dövlətimiz bu sahəyə xüsusi diqqət ayırır. Son illərdə bu diqqət daha da güclənib. Yeni məktəblərin inşası, mövcud təhsil müəssisələrinin təmiri, idman infrastrukturlarının yenilənməsi və olimpiya komplekslərinin yaradılması bu istiqamətdə atılmış addımlardan yalnız bir neçəsidir.

Gənclərin fiziki inkişafı ilə yanaşı, həmçinin onların mənəvi cəhətdən inkişafı da vacib şərt hesab olunur. Hər bir uşağın, hər bir gəncin gələcəkdə layiqli vətəndaş olması olduqca önəmlidir və məhz bunun üçün uşaq və gənclərin mənəvi cəhətdən inkişafına da diqqət yetirilməlidir. Sözsüz ki, uşaq və gənclərin mənəvi cəhətdən inkişafında onların təhsili xüsusi rol oynayır. Ona görə ki, gənc nəslin mənəvi tərbiyəsində ailədən sonra ilk yeri məhz təhsil ocaqları, orta və ali məktəblər, universitetlər tutur. Valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının özünəməxsus yeri vardır. Uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin xüsusi əməyi də diqqətdən yayınmamalıdır.

Qalib xalq, qalib dövlət statusundayıq

O da məlumdur ki, otuz ilə yaxın ərazilərimizin işğal altında qalması uşaq və gənclərin mənəvi inkişafına mənfi mənada təsirsiz ötüşmürdü, müəyyən travmalar, natamamlıq kompleksi yaradırdı. Artıq beş ildir bütün bunlar ortadan qalxıb. Qalib xalq, qalib dövlət statusundayıq. İşğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi gənclərin mənəvi inkişafında nə kimi müsbət izlər buraxır? Söhbət son 5 ildə gedən proseslərdən gedir.

2020-ci ilin Zəfəri bu psixoloji taleyi kökündən dəyişdi

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, otuz ilə yaxın bir zaman kəsiyində torpaqlarımızın işğalı ərazilərimizlə yanaşı, bir sıra mənəvi ünvanların da işğalıydı, fərqli kateqoriyalar üzrə də işğalıydı: “Amma ruhumuzu işğal edə bilmədilər!

“…Qüvvət ruhun gücündədir,

Qüdrət ruhun gücündədir.

Qeyrət ruhun gücündədir,

Kaş millətdə ruh yaşasın…

Düşməni qul etmək olar,

Min əsr yol getmək olar.

Dünyanı titrətmək olar,

Kaş millətdə ruh yaşasın”… – Xalq şairi, rəhmətlik Cabir Novruz belə deyirdi və düz deyirdi. Milli ruhumuz, xəlqi cəsarətimiz, toplumumuzun vətəncanlılığı, dövlət ağlımız, Müzəffər Ali Baş Komandanımızın zəkası bizim toparlanmamızı təmin etdi və bir məqsəd uğruna səfərbər ola bildik. Şəhidlərimiz ölmədi, Vətənimiz bölünmədi!”.

Artıq gənc insanın öz ulusuna baxışı “məğlub millət” prizmasından deyil

Daha sonra Ə.Qoşalı bunları qeyd etdi: “Bəli, işğal dönəminin uşaqları – indiki gənclər – bəzən xəritədə itirilmiş kəndin, bəzən evlərinin xəyali təsvirinin içində böyüyürdülər. “Qarabağ” sözündə həm həsrət, həm qorxu, həm də ümid yaşayırdı. Amma 2020-ci ilin Zəfəri bu psixoloji taleyi kökündən dəyişdi. Qalib ruhun, qürur hissinin tərbiyəvi gücü indi hər bir məktəbdə, ailədə, universitetdə, toplumumuzda öz təsirini göstərir. Bu beş il içində böyüyən nəsil artıq “itirilmiş torpaq” anlayışı ilə yox, “bərpa edilmiş ərazi bütövlüyü”, “qalib Vətən” düşüncəsi ilə formalaşır. Qələbə gəncliyin özünəinamını, milli kimlik şüurunu, mübarizə əzmini bərpa etdi. Uşaqlar indi “Şəhid”, “Zəfər”, “Qayıdış” sözlərinin anlamını dərslikdə deyil, həyatın özündə görür-götürürlər.

Öncələr Qarabağ xatirələrdə idi, indi isə – necə deyərlər – tədris planlarında, layihələrdə, təbiət dərslərində, könüllü proqramlarında canlı şəkildə iştirak edir. Bu, gənclərin dünyagörüşünə mənəvi dayaq, ruhuna ilham verir. İşğal illəri bəzi uşaqlarda “mən azərbaycanlıyam, amma…” kimi qeyri-müəyyən kimlik, gərginlik hissi doğururdu. Zəfər bu “amma”nı silib atdı.

Artıq gənc insanın öz ulusuna baxışı “məğlub millət” deyil, “yaradan və qoruyan xalq” prizmasındadır. Bu, yalnız emosional yox, psixoloji qurtuluşdur. İnsan öz ölkəsinin gücünə inananda, öz gələcəyini də daha məsuliyyətlə qurur. Son beş ildə dövlət siyasətində də bu mənəvi dönüş öz əksini tapdı. “Böyük Qayıdış” proqramı, kəndlərin, şəhərlərin bərpası, orada məktəblərin, gənclər evlərinin tikilməsi təkcə iqtisadi yenidənqurma sayılmaz – bunlar milli tərbiyənin yeni mərhələsini də nişan verir. Örnəyi, Qarabağda bir məktəbli dərsə gedərkən Vətən müharibəsi şəhidinin adını daşıyan küçədən keçir – bu, hər günün özündə təsirli bir dərsdir. Beş il öncəki gəncliklə bu günkü arasında məsafə düşüncə ölçüsünə görə böyükdür.

Öncə “azad olunacaq torpaq” xəyalı vardı, indi “qorunacaq Vətən” məsuliyyəti var.

Ona görə də, bu beş ilin ən böyük mənəvi sonucu – gənclərin içində yaranan Qalib Ruhdur. Bu ruh artıq bir nəslin ülküsü olmaqdan daha üstün mahiyyətlə – bütövlükdə ulusun kimliyidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ