Bazar ertəsi günü, 09 noyabr 2026
     

Gənclərimiz niyə gec evlənir? - 30-dan sonra evlilik....

Image


“Tez evlənənlə yuxudan tez oyanan udar" deyirlər. Amma bu gün gənclərimiz yuxudan tez oyansalar da, tez evlənmək istəmirlər.

Statistika Komitəsinin məlumatına görə, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub. Ancaq 2002-2003 və 2014-2018-ci illərdə ölkədə nikaha daxil olan kişilər arasında nikah yaşı yüksəlib. 2002, 2003-cü illərdə kişilər üçün orta nikah yaşı 28,6, 2014, 2015, 2016-cı illərdə 28,9 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb, kişilər arasında rəsmi nikahın orta yaşı 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib. 2019-cu ildə 29,4-ə və 2020-ci ildə 30-a çatıb. 2021-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 29,4, qadınların orta yaş həddi isə 24,7 olub.

Son illərdə ölkədə gec yaşda nikaha daxil olan gənclərin sayında artım müşahidə olunur. Rəqəmlər də göstərir ki, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı son 30 ildə ən yüksək səviyyəyə çatıb. Bu da təhlükəli hal hesab edilir.  

  • Fatimə Hacıbəyli: “Gənclər artıq iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yollar tapa və özləri öz həyatlarını idarə edə bilirlər”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, insanlar özlərini evliliyə psixoloji baxımdan hazır hiss etdikləri zaman ailə qurmalıdırlar: "İnsan mənən, qəlbən və psixoloji baxımdan özünü hansı yaşda evliliyə hazır hiss edirsə, o zaman da ailə qurmalıdır. İnsan var ki, sosial cəhətdən təminatlıdır, ancaq özünü evliliyə hazır hiss etmir. Belə insanı evlilik yaşı keçsə belə, evliliyə məcbur etmək olmaz".

Birlik sədrinin sözlərinə görə, kişilərin gec yaşlarda ailə qurmağının bir çox səbəbləri var: “Burada xüsusilə vurğulanması gərək olan isə maliyyə problemləridir. Bəli, əsas səbəb ailə quracaq tərəflərin bir-birindən gözlədikləri, tələbləridir ki, bunun da həlli üçün maddi durumun yüksək olması mütləqdir. Əvvəlki vaxtlara baxmayın. Ailələr dəstək olurdu. İndi yeni dövr gəncləri hər şeyin ən gözəlini, ən bahalısını istəyirlər. Zaman dəyişdikcə, insanların dünya görüşü də dəyişir, formalaşır. Gənclər xarici ölkələrə meyl edir. Düşünürlər ki, xaricdə çalışıb, karyera qurub daha sonra ailə həyatı barədə düşünmək olar. Zaman isə təbii ki, gözləmir. Bu istəklər getdikcə daha da güclənir və bütün bunlar fikirlərimizə də təsirsiz ötüşmür. Belə olan halda evlənmə yaşı da ildən-ilə artır”.

Ekspert onu da əlavə etdi ki, bu gün ölkəmizdə toy adət-ənənələri qədər zəngin ikinci prosedur yoxdur: “Təəssüf ki, bu gün evlənməyin xərci çoxdur. Cəmiyyətdə şişirdilmiş adətlər, göstərişli toylar, dəm-dəstgahlı cer-cehizlərin rəqabəti gedir, nəinki ailə quran gənclərin xoşbəxtliyi: “Gənc oğlan evlənməyə meyllənir, amma qız evinin istəyi bitmir. Məsələn, qızıl alınan zaman mütləq qız evinin fikri olmalıdır, həmçinin, evin təmirində qız evinin rəyi soruşulmalıdır, toyun xərcləri isə bəy evinə baxır. Bütün bunlar, əlbəttə ki, evliliyi çətinləşdirən amillərdir. Sadəcə olaraq, gənclərin gözü qorxur. Baxın, toy günü sadəcə gəlin bəzəyi, saç və makiyaj azı 1000 manata başa gəlir. Ərə gedən qızlar təəssüf ki, qarşı tərəfə anlayışla yanaşmırlar. Xanımların məşhur sözü var: “Ömrümdə bir dəfə toyum olur, onda da istədiyim stilist məni bəzəməlidir”. Bu bəzək iki dəfə, qız və oğlan toyunda olur. İndi ailənin təməl prinsiplərində bu cür maddiyyat dayanır. Ona görə də, boşanmaların sayında artımlar var. Gec evlənənlər də bu boşanmalardan qorxur, psixoloji sarsıntı keçirir ki, gələcəkdə onun da ailəsində yaşana bilər. Digər səbəblərdən biri isə gənclərin özlərinə karyera qurmaq həvəsidir. Xüsusən də qızlar evləndikdən sonra ev xanımı olmamaq üçün əvvəlcə iş-güc həvəsinə düşür. Düşünürlər ki, ailə qurduqdan sonra bu istəkləri oğlan evində xoş qarşılanmaz və xəyalları puç olar. Təbii ki, bu da onların evlilik yaşlarının keçməsinə gətirib çıxarır. Oğlanlar da karyera üçün gec ailə qurur, amma onlar daha çox ailə-uşaq-ev qayğılarından azad olmaq üçün karyeralarını bitirdikdən sonra evlənməyi planlayırlar. Bir növ avropalaşmağa üstünlük verirlər. Ailə məsuliyyətini tez daşımaq istəmirlər”. 

F.Hacıbəyli hesab edir ki, 25-30 yaş evlənmək üçün ən uyğun yaşdır. Çünki məhz bu yaşda insanda həyata baxış dəyişir, məsuliyyət hissi yaranır. Gənclər artıq iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün yollar tapa və özləri öz həyatlarını idarə edə bilirlər.

  • Könül İsmayılova: “Evlilik yaş həddinin artması genofond üçün təhlükəlidir”

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, evlilik yaş həddinin artması genofond üçün təhlükəlidir. Bu hal genofond üçün yaxşı heç nə vəd etmir. Yaşlı evliliklərdə valideynlər uşaqlara baxma üçün də o qədər enerjili olmurlar: “23-24 yaş ilə, 30-35 yaş arasında böyük fərqlər yaranır. İnsan eyni zamanda sosial bir varlıqdır. Başı sosial işlərə qarışanda ailəyə diqqət azalır. Uşaqların tərbiyəsində, ailənin möhkəmlənməsində ciddi təsirlər yaradır”.

Psixoloq hesab edir ki, gec ailə quran və gec yaşlarda ana olan  qadınların əksəriyyətinin övladları daun sindromu ilə doğulur. Ananın yaşı 35-40 keçirsə, risk daha da artır: “Ümumiyyətlə, gec evliliklərə səbəb düzgün sistemləşdirilməmiş iş həyatıdır. Cəmiyyətdə belə bir fikir üstünlük təşkil edir ki, bir gəncin orta məktəbi bitirib, 4 il universitet, 2 il magistratura təhsili alması, ən azı rus, ingilis dillərini bilməsi, bir neçə il iş axtarması, həyatını düzənə salması onun 27-28 yaşına gəlib çatması ilə nəticələnir. Üstəlik oğlanlar üçün 1 il hərbi xidmət müddəti də var. Gəncləri qorxudan səbəblərdən biri isə kütləvi informasiya vasitələrində oxuduğumuz xəyanətə dair xəbərlərdir. “Tez-tez evli xanımların başqa kişilərə qoşulub qaçdığına, kişilərin ailəsini və övladını atıb getdiyinə dair xəbərlər oxuyuruq. Sosial şəbəkələrdən aktiv istifadə edən gənclik bütün bunları oxuyur və şüuraltı bir qorxu yaranır. Bu, gənclər arasında bir-birinə inamsızlıq yaradır. Hər iki tərəfin ağlında “görəsən, o mənə sadiq həyat yoldaşı ola bilər, ya yox” sualı yaranır. Əlbəttə ki, bu, insanların evlilik haqqında fikirlərini ikinci plana salır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ