şənbə günü, 10 oktyabr 2026
     

Tramp Britaniya ilə Argentinanı da müharibə vəziyyətinə gətirdi - "onlar İran müharibəsində məni müdafiə etmədi"...

Image


Argentina prezidenti Havyer Miley Folklend adaları ilə bağlı Böyük Britaniyaya qarşı mövqeyini sərtləşdirib. O, Odlar Torpağında hərbi-dəniz bazası yaradılacağını və Argentina hökumətinin icazəsi olmadan adalar yaxınlığında neft hasil etmək istəyən şirkətlərə qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. Buna səbəb Britaniya və İsrail şirkətlərinin Folklend adalarının şimalında neft hasilatını nəzərdə tutan "Sea Lion" layihəsidir.

Böyük Britaniya Argentina prezidentinin açıqlamalarını rədd edərək Folklend adalarının Britaniyaya məxsus olduğunu bildirib. Məsələni daha da diqqətçəkən edən isə ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın Folklend məsələsində əvvəlki kimi dəstəklənib-dəstəklənməyəcəyinə dair qeyri-müəyyən mövqe nümayiş etdirməsidir. Argentina 1833-cü ildən Britaniyanın nəzarətində olan adalar üzərində suverenlik iddiasını davam etdirir. 1982-ci ildə iki ölkə arasında bu məsələ ilə bağlı müharibə baş verib. 2013-cü ildə ada sakinləri Britaniya statusunun saxlanılmasına səs versələr də, Argentina bu referendumu tanımır.

Məsələnin hazırda yenidən aktuallaşmasının əsas səbəblərindən biri Argentinanın hərbi-dəniz imkanlarını artırmaq niyyəti, neft ehtiyatları uğrunda mübarizə və Trampın Britaniyaya münasibətdə əvvəlki mövqeyini dəyişə biləcəyinə dair siqnallardır.

Trampın Böyük Britaniyanın Folklend adaları məsələsində əvvəlki kimi dəstəklənəcəyinə dair mövqeyini şübhə altına alması Argentina prezidenti Mileyi daha sərt addımlar atmağa sövq edib. Belə görünür ki, Tramp bir tərəfdən Britaniyaya təzyiq göstərir, digər tərəfdən isə Argentina ilə yaxınlaşaraq iki müttəfiqi bir-birinə qarşı qoyur. Trampın məqsədi Britaniya-Argentina qarşıdurmasını həqiqətən dərinləşdirməkdir, yoxsa Londonu Vaşinqtonun tələblərinə uyğun davranmağa məcbur etmək üçün Folklend məsələsindən təzyiq aləti kimi istifadə edir?

Abutalıb Səmədov: "Tramp Böyük Britaniyanı İranla müharibədəki mövqeyinə görə cəzalandırmaq istəyir"

Abutalıb Səmədov:

Folklend adaları uzun illərdir Argentina ilə Böyük Britaniya arasında mübahisəli ərazi olaraq qalır. 1982-ci ildə Argentina adaları ələ keçirsə də, Böyük Britaniya son nəticədə onları geri qaytara bildi. Həmin dövrdə NATO-nun 5-ci maddəsinin işə salınması məsələsi də gündəmə gəlmişdi. Lakin bu maddə tətbiq olunmadı. Maraqlıdır ki, NATO-nun 5-ci maddəsi tarixdə yalnız bir dəfə – 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ-ın müdafiəsi məqsədilə tətbiq edilib.

Bu sözləri “Bakı-Xəbər” qəzetinə açıqlamasında deyən politoloq Abutalıb Səmədov əlavə edib ki, son dövrdə ABŞ-Böyük Britaniya münasibətlərində müəyyən dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlar zamanı Böyük Britaniyanın Vaşinqtona gözlənilən səviyyədə dəstək verməməsi münasibətlərə təsirsiz ötüşməyib. Xüsusilə Böyük Britaniyanın ABŞ-a öz hərbi bazalarından və gəmilərindən istifadə imkanı verməməsi Donald Tramp administrasiyasının narazılığına səbəb olub.

Politoloq qeyd edib ki, Tramp açıq şəkildə Folklend adaları məsələsində Böyük Britaniyanı müdafiə etməyəcəyini bildirib. Eyni zamanda, Argentina rəhbərliyinə göstərdiyi siyasi dəstək də diqqət çəkir. Bunun bir səbəbi Argentina Prezidenti Havyer Mileyin Trampın siyasi baxışlarına yaxın olmasıdır. Tramp bu tip liderlərlə münasibətlərə xüsusi önəm verir və onlar arasında müəyyən siyasi baxış eyniliyi mövcuddur.

Abutalıb Səmədovun fikrincə, ABŞ-ın xarici siyasətində və milli təhlükəsizlik yanaşmasında baş verən dəyişikliklər də məsələyə təsir edir. Trampın “Monro doktrinası”na verdiyi yeni məzmun çərçivəsində Amerika qitəsinin ABŞ-ın maraq zonası kimi qəbul edilməsi və kənar güclərin bu əraziyə müdaxiləsinin yolverilməz sayılması ön plana çıxır. Bu baxımdan Argentina rəhbərliyinin Vaşinqton üçün qəbuledilən olması təsadüfi deyil.

Politoloq hesab edir ki, Böyük Britaniyaya qarşı mövqenin sərtləşməsinin əsas səbəblərindən biri də Londonun İran müharibəsi zamanı tutduğu mövqedir. Digər mühüm amil isə Tramp administrasiyasının NATO ölkələrindən müdafiə xərclərini artırmaq tələbi ilə bağlıdır.

"ABŞ hərbi xərclərin artırılmasında maraqlıdır. Çünki bu, Amerikanın hərbi sənayesinə yüz milyardlarla dollar əlavə vəsaitin daxil olması deməkdir. NATO ölkələri silahlanmaya daha çox vəsait ayırdıqca, həmin silahların əsas hissəsinin ABŞ şirkətlərindən alınması Vaşinqton üçün böyük iqtisadi üstünlük yaradır", – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu prosesin qarşısında dayanan ölkələrdən biri də Böyük Britaniyadır. Londonun müdafiə xərclərini tələb olunan səviyyəyə qaldırmaq məsələsində ehtiyatlı davranması digər NATO üzvlərinin də analoji mövqe tutmasına səbəb ola bilər. ABŞ isə bunun qarşısını almağa çalışır.

Abutalıb Səmədov hesab edir ki, Folklend adaları məsələsində ABŞ-ın Argentina ilə yaxınlaşması Böyük Britaniyaya təzyiq vasitələrindən birinə çevrilə bilər. Argentina ilə Böyük Britaniya arasında hərbi güc baxımından ciddi fərq olsa da, adaların coğrafi mövqeyi London üçün əlavə problem yaradır. Folklend adaları Argentinaya çox yaxın, Böyük Britaniyadan isə 13 min kilometr uzaqdadır. Bu səbəbdən Argentinanın gələcəkdə hərbi imkanlarını gücləndirməsi və adalara qarşı hərbi addım atmağa qərar verməsi Böyük Britaniya üçün ciddi təhlükə yarada bilər.

Politoloq xatırladıb ki, 2013-cü ildə Folklend adalarında referendum keçirilib və əhalinin böyük əksəriyyəti Britaniya tərkibində qalmağa səs verib. Lakin Argentina bu referendumu tanımır və adalar üzərində suverenlik iddiasını davam etdirir.

"Hazırda məsələnin hərbi müstəviyə keçməsi və yaxın illərdə yeni müharibənin başlaması ehtimalı aşağıdır. Lakin qarşıdakı onilliklərdə Argentinada kimin hakimiyyətə gələcəyi və həmin hakimiyyətin Folklend adaları ilə bağlı hansı mövqeni tutacağı Böyük Britaniya üçün ciddi narahatlıq doğurur. Argentina inkişaf edən və kifayət qədər böyük potensiala malik dövlətdir. Əgər gələcəkdə ABŞ-ın da Buenos-Ayresə dəstəyi artsa, vəziyyət Böyük Britaniya üçün kifayət qədər çətinləşə bilər", – deyə A.Səmədov bildirib.

Politoloqun sözlərinə görə, Argentina hazırda əsasən iqtisadi və siyasi rıçaqlardan istifadə edir. Buenos-Ayres Folklend adaları yaxınlığında neft hasilatına da maneələr yaratmağa çalışır. Adaların ətrafında neft hasilatı ilə bağlı layihələrdə əsasən Britaniya və İsrail şirkətlərinin iştirak etməsi isə məsələyə əlavə geosiyasi çalar gətirir.

A.Səmədov hesab edir ki, hazırda Trampın əsas məqsədlərindən biri Böyük Britaniyaya İran məsələsində tutduğu mövqeyə görə təzyiq göstərmək və onu müdafiə xərclərini artırmağa məcbur etməkdir. Bu baxımdan Folklend adaları məsələsi də London üzərində təzyiq mexanizmlərindən birinə çevrilə bilər.

"Tramp hakimiyyətdə olduğu müddətdə Böyük Britaniyaya təzyiqlərin davam edəcəyi istisna edilmir. Lakin bundan sonrakı dövrdə ABŞ-da hakimiyyətin dəyişməsi Vaşinqton-London münasibətlərinə yeni dinamika gətirə bilər. Ona görə də Folklend adaları ətrafında gələcək hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini indidən dəqiq proqnozlaşdırmaq çətindir", – deyə politoloq əlavə edib.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ