İndoneziyanın Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Vulkanologiya Agentliyinin məlumatlarına görə, ölkənin müxtəlif bölgələrində eyni vaxtda altı vulkan püskürüb.
RİA Novosti agentliyinin məlumatına görə, sözügedən vulkanlar Anak-Krakatau, Semeru, İbu, Levotobi Laki-Laki, Levotolok və Sinabunqdur. Daxili İşlər Nazirliyinin məlumatına görə, onların aktivliyi 31 avqustdan bəri demək olar ki, eyni vaxtda müşahidə olunub.
Eyni zamanda, İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) davam edən püskürmələrin "bir-biri ilə əlaqəli olmadığını", hər bir vulkanın özünə aid maqmatik sisteminin olduğunu vurğulayır.
Bazar günü Semeru vulkanı təxminən min metr hündürlüyə çatan kül sütunu ilə yenidən püskürüb. Anak-Krakatau da aktiv olaraq qalır.
Altı vulkandan beşi — Anak-Krakatau, Semeru, İbu, Levotobi Laki-Laki və Sinabunq — üçüncü səviyyə kimi qeydə alınıb (dörd səviyyəli şkala üzrə, dördüncü səviyyə ən yüksəkdir). Levotolok isə ikinci səviyyə kimi qeydə alınıb.
Tahir TAĞIYEV