şənbə günü, 10 oktyabr 2026
     

8 min müsəlmanın qatilini bu qədər qəhrəmanlaşdırmaq? - Serb Vuçiç dünyanı heyrətləndirir...

Image


Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Ratko Mladiçin ictimaiyyət qarşısında təriflənməsini AB dəyərlərinə zidd hesab edərək Serbiyaya planlaşdırılan səfərini ləğv edib. O, Mladiçin beynəlxalq məhkəmə tərəfindən soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərində təqsirli bilinərək ömürlük həbsə məhkum edildiyini xatırladıb.

Mladiçin ölümündən sonra onun cənazəsinin Haaqadan Serbiyaya hökumət təyyarəsi ilə aparılması və tabutunun dövlət bayrağı ilə örtülərək hərbçilər tərəfindən daşınması da ciddi mübahisələrə səbəb olub. Serbiya Prezidenti Aleksandr Vuçiçin onun dövlət ehtiramı ilə dəfn olunacağını açıqlaması Balkanlarda, xüsusilə Bosniya və Herseqovinada kəskin reaksiyalar doğurub.

Mladiç 1995-ci ildə Srebrenitsada 8 mindən çox bosniyalı müsəlmanın qətli, Sarayevonun mühasirəsi və digər ağır cinayətlərlə əlaqələndirilir. Onun qəhrəmanlaşdırılması Avropa rəsmiləri tərəfindən müharibə qurbanlarına hörmətsizlik və insan hüquqları prinsiplərinə zidd addım kimi qiymətləndirilir.

Vuçiç isə Marta Kosun səfəri ləğv etməsini sərt tənqid edib və onun açıqlamasını istehza ilə qarşılayıb. Bununla yanaşı, Avropa rəsmiləri Serbiyanı məhkum edilmiş müharibə cinayətkarlarının şöhrətləndirilməsinə qarşı tədbir görməyə çağırıblar.

Hadisə Serbiyanın AB-yə üzvlük prosesində onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirir. Brüssel Belqradı demokratik standartların geriləməsi və Rusiyaya qarşı sanksiyalara qoşulmaması ilə bağlı tənqid edir. Serbiya hakimiyyəti isə Qərbi Serbiyaya və keçmiş Yuqoslaviya müharibələrindəki roluna münasibətdə qərəzli mövqe tutmaqda ittiham edir.

Srebrenitsada 8 mindən çox bosniyalı müsəlmanın qətlində və Sarayevonun illərlə mühasirədə saxlanılmasında təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Ratko Mladiçin Serbiyada dövlət ehtiramı ilə dəfn olunması nə dərəcədə doğrudur? Bu addım müharibə cinayətlərinin və onların baş verməsində məsuliyyət daşıyan şəxslərinin qəhrəmanlaşdırılması kimi qiymətləndirilə bilərmi? Eyni zamanda, Mladiçin törətdiyi cinayətlərin mahiyyəti ilə Ermənistanın Qarabağda azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qətliam və digər ağır cinayətlər arasında hansı paralelləri aparmaq mümkündür?

Akif Nağı: "Heç bir ölkədə cinayətkarlar qəhrəmanlaşdırılmamalıdır"

Akif Nağı və xanımı

Siyasi şərhçi Akif Nağı məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, burada əsas məsələ cinayətə və cinayətkarlara olan münasibətdir. Heç bir ölkədə cinayətkarlar qəhrəmanlaşdırılmamalıdır. Çünki bu, onların törətdiyi cinayətləri haqlı çıxarmaq, həmin cinayətlər nəticəsində həyatını itirən yüzlərlə, minlərlə insanın xatirəsinə hörmətsizlik etmək və digər şəxsləri də belə əməllərə həvəsləndirmək deməkdir.

Onun sözlərinə görə, bu məsələni rəhbər şəxslər başa düşməli və qəbul etməlidirlər. İndiki halda hər kəsin gözü qarşısında serblərin bosniyalılara qarşı törətdikləri cinayətlər var. Bu faciələr hər il qeyd olunur, insanların yaxınlarının acısı hələ də davam edir. Anım mərasimlərində Xocalı soyqırımı da xatırlanır. Xocalı ilə Serbiyada törədilmiş qətliamlar arasında müəyyən oxşar cəhətlər var. Hər iki halda dinc insanlara qarşı ağır cinayətlər törədilib.

Akif Nağı hesab edir ki, Serbiya rəhbərliyi öz səhvini etiraf etməli və bu mövqedən geri çəkilməlidir. Əks halda, Serbiya rəhbərliyi doğrudan da cinayətkarların şəkillərini yaymaq və onları qəhrəmanlaşdırmaq mövqeyindən çıxış edirsə, bu, ölkə rəhbərliyinin beynəlxalq ictimaiyyət qarşısında ciddi şəkildə qınanmasına səbəb olmalıdır.

Siyasi şərhçi qeyd edib ki, Serbiyada cinayətkarların qəhrəmanlaşdırılması prosesi davam edərsə, məsələ beynəlxalq səviyyədə qaldırılmalıdır: "Əgər serblər bir xalq olaraq bu mövqedədirlərsə və bu qəhrəmanlaşdırma prosesində iştirak edirlərsə, artıq məsələyə daha ciddi yanaşmaq lazımdır".

Onun sözlərinə görə, tarixdə də serb millətçilərinin fəaliyyəti ilə bağlı ciddi nümunələr var. Birinci Dünya müharibəsinin başlanmasına gətirib çıxaran hadisələrdən biri serb millətçisi Qavrilo Prinsipin Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinandı öldürməsi olub. Daha sonra müharibə başlayıb və Serbiya müharibədə əhalisinin sayına nisbətdə çox böyük itkilər verib - 4 milyon əhalinin bir milyonu qırılıb.

Akif Nağı bildirib ki, 1990-cı illərdə Yuqoslaviyada törədilmiş cinayətlərlə bağlı da beynəlxalq araşdırmalar aparılıb. Onun sözlərinə görə, həmin dövrdə cinayətlərin araşdırılması üçün müxtəlif komissiyalar yaradılıb və Serbiyanın kollektiv məsuliyyəti məsələsi də müzakirə olunub. Lakin bütöv bir xalqın deyil, konkret cinayətləri törədən şəxslərin məsuliyyət daşıması əsas prinsip olmalıdır.

Siyasi şərhçi hesab edir ki, əgər bu gün həmin cinayətkarların qəhrəmanlaşdırılması dövlət və ya cəmiyyət səviyyəsində dəstəklənirsə, beynəlxalq təşkilatlar buna münasibət bildirməlidir. Xüsusilə BMT səviyyəsində məsələ qaldırılmalı, zərurət yaranarsa, xüsusi beynəlxalq araşdırmalar və hüquqi mexanizmlər gündəmə gətirilməlidir.

O əlavə edib ki, Avropa İttifaqı da bu məsələdə obyektiv və vahid mövqe nümayiş etdirməlidir. Serbiyanın Avropa İttifaqına üzvlüyü məsələsində insan hüquqları, beynəlxalq hüquq və müharibə cinayətlərinə münasibət əsas meyarlardan biri olmalıdır.

Akif Nağı eyni yanaşmanın Ermənistana münasibətdə də tətbiq edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ermənistanda da Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərin qəhrəmanlaşdırılması halları mövcuddur. O, Njde kimi faşizmə xidmət edən şəxslərin qəhrəmanlaşdırılmasını buna nümunə göstərib.

"Bu məsələyə də beynəlxalq səviyyədə münasibət bildirilməlidir. Avropa İttifaqı bütün ölkələrə qarşı eyni meyarla çıxış etməlidir. Əgər Avropa cəmiyyəti Serbiyada müharibə cinayətləri törətmiş şəxslərin qəhrəmanlaşdırılmasına etiraz edilirsə, Ermənistanda Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş şəxslərin qəhrəmanlaşdırılmasına da eyni münasibət göstərilməlidir”, – deyə Akif Nağı bildirib.

Siyasi şərhçinin fikrincə, Avropa İttifaqının Ermənistana münasibətdə də obyektiv mövqe nümayiş etdirməsi vacibdir. Çünki beynəlxalq hüquq və müharibə cinayətləri məsələsində ikili standartlara yol verilməsi bu prinsiplərin öz mahiyyətini zəiflədir.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ