Avqust ayında Nepalda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 1355 nəfərə çatıb.
EFE xəbər agentliyi ölkə hakimiyyətinə istinadən bildirib ki, yüzlərlə əcnəbi də daxil olmaqla, təxminən 5000 nəfər itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatlarında hərbçilər də daxil olmaqla 21 mindən çox insan iştirak edir.
Nepal bazar ertəsi günü milli matəm günü elan edib və dövlət binalarındakı bayraqlar yarıya endirilib.
Avqustun 26-da Nepalın şimalında daşqınlar baş verib. İlkin məlumatlara görə, qəfil daşqınlara zəlzələnin yaratdığı buzlaq uçqunu səbəb olub. Buzlaq qayaları çöküb, ardınca sel gəlib.
Tahir TAĞIYEV