Bazar ertəsi günü, 09 noyabr 2026
     

Tələbələrin sayı sürətlə artır, amma…

Image


Məlum olduğu kimi, 2017-ci ildən bəri Azərbaycanda ali təhsil ocaqlarına qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə buraxılış imtahanı, ikinci mərhələdə ixtisas fənlərindən imtahan aparılır. Bu müddətdə tələbə qəbulu üzrə plan yerlərinin sayında artım qeydə alınmaqdadır. 2017-ci ildə qəbul planı toplam 43 min 300 tələbə idi. Bu say ötən il 51 min 900-ə yüksəldilib. Beləliklə, beş il ərzində qəbul yerlərinin sayı 8 min 600 nəfər və ya 20 faizə yaxın artırılıb.

Onu da bildirək ki, ötən ilin nəticələrinə əsasən, ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 96 xarici ölkədən 7,1 min tələbə də təhsil alır. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Pakistan İslam Respublikası, Gürcüstan, Hindistan, İraq, Suriya Ərəb Respublikası və Nigeriya vətəndaşları üstünlük təşkil edir. Beləliklə, son illər Azərbaycanda ali məktəblərdə təhsil alan tələbə sayında ardıcıl artım qeydə alınır. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu rəqəmlərə görə, ötən il ölkədəki ali təhsil ocaqlarında 212 min tələbə oxuyub. Cəmi beş il öncə bu say 164 min nəfər olub. 10 il öncə isə Azərbaycanda 143 min tələbə təhsil alırdı. Başqa sözlə, son ildə Azərbaycanda tələbələrin sayı 48 min, son 10 ildə isə 69 min nəfər artıb. Plan yerlərinin artırılması bunun əsas səbəbidir. Hökumət bir çox strateji inkişaf sənədində ölkədə ali təhsil alanların sayını artırmağı hədəf kimi müəyyənləşdirib. Ötən il prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, Azərbaycanda tələbələrin sayı 20 min artacaq. Burada qeyd edilib ki, gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq. Nəticədə, ali məktəbə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq. Sənədə əsasən, təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq. Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçiriləcək. Təhsil müəssisələrində İKT əsaslı infrastruktur inkişaf etdiriləcəkdir. Nəticədə, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi genişləndiriləcək. Bunlar fonunda tələbə sayı artır. Ancaq o da qeyd olunmalıdır ki, tələbə sayının artması şagirdlərin hazırlıq səviyyəsinin artması hesabına deyil, daha çox keçid ballarının aşağı salınması hesabına gerçəkləşdirilir. Belə ki, Azərbaycanda tələbə sayı kəskin artsa da, onların qəbul imtahanı göstəricilərinin yaxşılaşdığını söyləmək çətindir. Təhsil Nazirliyinin hesabatına görə, 2021-2022-ci təhsil ili üçün keçirilən imtahanlarda universitetə qəbul edilmiş tələbələrin orta balı 275 olub. Bu, əvvəlki ilin nəticəsindən 10 bal, iki il əvvəllə müqayisədə isə cəmi 4 bal artım deməkdir. Ali məktəb məzunlarının işlə təmini məsələsi də diqqət cəlb edən əsas məqamlardan biridir. Yüksək ixtisaslı işçi qüvvəsinə tələbat artmaqda davam etsə də, ali məktən məzunlarının böyük əksəriyyəti bu tələblərə cavab vermir. Onu da qeyd edək ki, Azərbaycandakı tələbələrin 173 min 474-ü əyani təhsil alır. Bu o deməkdir ki, ölkədəki tələbələrin təxminən 82 faizi əyani, 18 faizi qiyabi təhsil alanlardır. “Azadlıq” radiosu bildirir ki, onların 87 min 575 nəfəri təqaüd alır. Bu baxımdan aydın olur ki, Azərbaycandakı bütün tələbələrin 42 faizinin, əyani təhsil alanlarınsa 51 faizə yaxınının təqaüdü var. Hər iki tələbədən biri də dövlətdən ödəniş əldə etmir.

Bu ilin yanvarından bəri Azərbaycanda bakalavr təhsili alan tələbələrin maksimum təqaüd məbləği 175 manatdır. Akademik göstəriciləri 91-100 bal arası olan tələbələr bu qədər təqaüd ala bilər. Akademik göstəriciləri 71-dən çox olan tələbələrə 145 manat, 51-dən yüksək olanlara isə 100 manat təqaüd ödənilir. Bu il Azərbaycanda yaşayış minimumu 246 manatdırsa, deməli, hazırda ən yüksək tələbə təqaüdü belə yaşayış minimumundan 30 faiz azdır. Bu baxımdan, tələbələrin yalnız təqaüd hesabına minimum ehtiyaclarını ödəməsi imkansızdır. Azərbaycanda kuryerlər arasında keçirilən sorğu respondentlərin 34 faizinin – təxminən üçdə birinin tələbə olduğunu üzə çıxarıb. Bahalaşmanın ən çox təsir göstərdiyi sosial kəsimlərdən biri tələbələrdir. Bütün bunlar tələbələrin sosial durumu ilə bağlı hökumətin siyasətini gözdən keçirməsini şərtləndirir. Onu da nəzərə almaq lazımdır ki, hazırda ölkədəki tələbələrin 60 faizə yaxını ödənişli əsaslarla təhsil alır. Dünyanın bir çox ölkəsində tələbələrə bəlli güzəştlər verilir. Bu addımlarla hökumətlər tələbələrin xərclərini azaltmağa, sosial durumunu yaxşılaşdırmağa çalışır. Belə güzəştlər arasında ən çox tətbiq edilənlərdən biri ictimai nəqliyyatla bağlıdır. Bir çox ölkədə tələbələr ictimai nəqliyyata digərləri ilə müqayisədə daha az pul ödəyir. Məsələn, qonşu Gürcüstanın paytaxtı Tiflisdə  ictimai nəqliyyatda gedişhaqqı 1 lari (66 qəpik) olsa da, tələbələr nəqliyyata bundan beş dəfə az - 20 tetri (təxminən 13 qəpik) ödəniş edir. Eyni sistem digər qonşu ölkə Türkiyədə də tətbiq edilir. İstanbulda tələbələrin ictimai nəqliyyata ödədiyi vəsait (7.32 lira) digər vətəndaşlarla müqayisədə (15 lirə) iki dəfə aşağıdır. Eyni zamanda, tələbələrin aylıq 212 lirə - təxminən 13 manat ödəyərək aylıq kart əldə etmək imkanı da var. Deməli, ayboyu gündə iki dəfə ictimai nəqliyyatdan yararlanan tələbə ictimai nəqliyyata İstanbulda 13 manat ödədiyi halda, Azərbaycanda bu rəqəm, ən azı, 24 manat olacaq. Azərbaycandakı tələbələrin xərclərində əsas yerlərdən birini də kirayə xərcləri tutur. Ölkənin digər bölgələrindən Bakıya təhsil almağa gələn tələbələr kirayə mənzil bazarında tələbi formalaşdıran əsas kəsim sayılır. Son illər daşınmaz əmlak qiymətlərinin artması tələbələrin kirayə üçün ödədiyi vəsaiti də yüksəldir. Azərbaycanda universitetlərin təklif etdiyi yataqxana xidmətlərinin tələbi qarşılamaması bu problemin əsas səbəblərindən biridir. Hökumət uzun illərdir ölkədə tələbə yataqxanalarının sayının artırılacağı ilə bağlı vədlər versə də, bu yöndə hansısa ciddi dəyişikliklər görünmür. Bu baxımdan, Azərbaycanda tələbə yataqxanalarının say və tutumunun artırılmasına vəsait ayrılması və bu yerlərdə tələbələrə əlverişli şərtlərlə xidmət göstərilməsi də tələbələrin sosial durumunun yaxşılaşmasına xidmət edə bilər. Hesab edilir ki, Azərbaycanda peşə təhslinə də diqqət artmalıdır. Xüsusən də texniki peşələrə tələb artır. Hazırda ölkədə 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır. Onu da bildirək ki, hazırda Azərbaycanda 98 peşə təhsili müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ