Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah Əziz Səncərin 80 illik yubileyidir. O, ABŞ-nin Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professorudur. DNT sahəsində mühüm kəşfləri ilə tanınan dünya şöhrətli alim ABŞ Milli Elmlər Akademiyasının üzvüdür. Əziz Səncər DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Əziz Səncər 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.