şənbə günü, 10 oktyabr 2026
     

100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

Image


Məhərrəm Zülfüqarlı: “...İngilis əsgərlərinə həsr olunan bu memorialın qalması...”

Bakıda Şəhidlər Xiyabanı yaxınlığında (Dağüstü Park ərazisində) Birinci Dünya Müharibəsi illərində həlak olmuş Britaniya hərbçilərinin memorialı mövcuddur. Bu memorial Birinci Dünya Müharibəsi dövründə (əsasən 1918-ci ildə general Lionel Denstervilin rəhbərlik etdiyi "Dunsterforce" hərbi missiyası çərçivəsində) Azərbaycanda həlak olmuş Britaniya Birliyi (Commonwealth) əsgərlərinin xatirəsinə həsr olunub.

O dövrdə Bakıda ingilis hərbi qəbiristanlığında dəfn olunmuş 45, Şuşa erməni qəbiristanlığında basdırılmış və sonradan məzarı itmiş 2 əsgər olmaqla, ümumilikdə 47 hərbçinin (46 Böyük Britaniya və 1 Hindistan əsgəri) adı bu abidənin üzərinə həkk olunub.

Abidə ilə bağlı rəsmi təqdimatda belə yazılır.

Əslində isə 1918-ci ildə ingilis əsgərləri Bakını işğal etməyə gəlmişdilər. Bu gün işğalçı əsgərlərə Bakının müqəddəs yerlərindən birində abidə qoyulması ciddi ictimai narazılıq doğurur.

Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə xatirə memorialı niyə olmalıdır? Həm də Türk Şəhidliyinin və Şəhidlər Xiyabanının 100 metrliyində?

Onun başqa yerə köçürülməsi, ya ümumiyyətlə ləğv olunması necə olar?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu çox aktual problemdir və sual da tam yerində qoyulub. “Bu gün də sentyabrın 7-dir. Yəni Bakının azad olunması sentyabrın 15-nə təsadüf edir. O mühüm hadisənin il dönümü ərəfəsindəyik. Ona görə də bu suallar aydınlaşdırılmalıdır. Bu sualı aydınlaşdırmaq üçün ilk növbədə Birinci Dünya müharibəsində bir-birinə qarşı vuruşan bloklara baxmalıyıq. Bunun biri ANTANTA idi. Bura İngiltərə, Fransa, Rusiya, ikinci blok isə Üçlər İttifaqı idi, ora da Almaniya, Avstriya, Macaristan, İtalya daxil idi. Sonradan Osmanlı Türkiyəsi də qatıldı, bu “Dödtlər İttifaqı” oldu. Birinci Dünya müharibəsi 1914-1918-ci illərdə gedirdi. Bakı ətrafında baş verən hadisələr isə əsasən 1918-ci ilin avqust ayında aktuallaşmağa başladı. Çünki 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümliyyəti elan olunduqdan sonra 4 iyun 1918-ci ildə Osmanlı İmperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batum sazışı imzalandı. Həmin sazişə görə Osmanlı lazım gələrdisə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım etməli idi. Lakin bildiyimiz kimi Osmanlının o dövrdə vəziyyəti ürək açan deyildi. Çünki I Dünya müharibəsinin gedişində Osmanlı İmperiyası və onun müttəfiqləri artıq məqlubiyyətə doğru gedirdi. Belə bir zamanda Osmanlı sultanlarının Azərbaycana kömək etməsi sual altında idi. Lakin vətənpərvər, Azərbaycana doğma münasibət bəsləyən Ənvər Paşa və Nuru Paşanın səyi ilə qərara gərdilər müttəfiqləri və əks blok olan ANTANTA-nı qıcıqlandırmamaq üçün Azərbaycana gedəcək ordunu Osmanlı ordusu kimi deyil, könüllü Qafqaz İslam ordusu kimi təşkil etsinlər və bildirdirsinlər ki, burada döyüşən türk əsgərləri könüllülərdir. Buna görə də

Osmanlı adı ilə gəlməyən, Qafqaz İslam ordusu adı ilə gələn Türk ordusunun Gəncədən Bakıya doğru irəliləməsi çox qəribədir ki, ANTANTA tərəfindən düşməncəsinə qarşılanmaqla yanaşıq, onun müttəfiq olan Almanya tərəfindən düşməncəsinə yanaşılırdı. Hətta Qafqaz İslam ordusu Gəncəyə girərkən alman ordusu Tiflisi tutmuşdu. O zaman gürcü və ermənilər üçün yaradılmış iki Cənubi Qafqaz Respublikasına yardım edirdi. Hətta o dövrdə ermənilərə qarşı vuruşan Qafqaz İslam ordusunun tutduğu əsirlər arasında erməni tərəfdən vuruşan almanlar da var idi.

Yəni demək istəyirəm ki, çox çətinlik idi. Həm əks ANTANTA qüvvələri buna mane olurdu, həm də müttəfiqlər. Amma buna baxmayaraq Qafqaz İslam ordusu döyüşə- döyüşə (xüsusilə də Göyçay döyüşlərindən başlayaraq, 1918-ci il, iyunun 27-sindən) Bakıya doğru qəhrəmancasına irəliləyirdi.

İndi gələk ingilislərə. Bu dövrdə ANTANTA-nın əsas apayacı dövlətlərindən biri olan İngiltərə Cənubi Qafqazda Bolşeviklərin və Osmanlı Türkiyəsinin olmasını istəmirdi. Azərbaycan Xalq Cümhuriyyətinə də Osmanlı Türkiyəsinin müttəfiqi kimi mənfi münasibət bəsdiyirdi.

Ona görə, bolşeviklər, yəni Şaumyanın rəhbərlik etdiyi Bakı komissarları 31 iyul 1918-ci ildə Bakı Sovetinə seçkilədə məğlub olub hakimiyyətdən getdikdən sonra hakimiyyətə gələn esser menşeviklərdən ibarət Sentrokaspi diktaturası öz müttəfiqləri kimi ingilisləri Bakıya dəvət edir. Bu dövrdə İrandan Ənzəli limanında olan ingilis qoşunlarım ( bu barədə biz yazmışıqM.Z) Bakıya gəlirlər.

Birinci gəliş əsasən avqustun 31-nə qədər tamam olur, 1000-ə qədər ingilis əsgəri Bakıya gəlir. Bu gəlişdə ingilislər Azərbaycan Xalq Cumhuriyyətinə düşmən münasibət bəsləyirdilər və Bakının azad olunmasına qarşı işğalçı Sentrokaspi diktaturası ilə birlikdə Qafqaz İslam ordusuna və Azərbaycan milli ordusuna qarşı döyüşürdülər. Bu döyüşlərdə də digər qüvvələrlə yanaşı ingilis əsgərləri də öldürülmüşdü. Onlardan 42-sinin adı yazılan memorial indi də Bakıda qalmaqdadır. Şəhidlər Xiyabanında Türk Şəhidliyindən 100 metr aralıdadır. İndi sual olunur, nəyə görə bu memorial var və qalmaqdadır. Bunlardan biri Azərbaycanı müdafiə edib öz canını fəda edən türk əsgərləri, digəri isə Bakını işğal altında saxlayan Sentrokaspi diktaturasına dəstək verən ingilis əsgərləri.

Burada bir maraqlı məsələ var. Burada ingilislərin ikinci gəlişi əsas rol oynayır. İkinci gəliş Tomsonun rəhbəri ilə baş verib. 1918-ci il 30 oktyabr Mudros sülh müqaviləsinə əsasən Qafqaz İslam ordusu Azərbaycanı, ümumiyyətlə Cənubi Qafqazı tərk etəməli idi. Çünki Osmanlı imperiyası müharibədən məğlub kimi çıxmışdı.

Qafqaz İslam Ordusunun yerinə bura ingilis qoşunları gəlməli idi. Noyabr ayında ingilislər Tomsonun rəhbəri ilə yenidən Bakıya gəldilər. İkinci gəlişdə yenə də Tomsonun rəhbəri etdiyi ingilis qoşunları Xalq Cumhuriyyətinə düşmən münasibət bəsləyirdilər, ölkəmizi məğlub Osmanlı İmperiyasını müttəfiqi hesab edirdilər. Lakin qısa müddətdən sonra onlar anladılar ki,

bu cumhuriyyət demokratik prinsiplərə söykənən Qafqazda nümunəvi bir Respublikadır və özü də Qafqazda əsas güc mərkəzidir. Ona görə dekabr ayında ingilislər Azərbaycan hökumətini tanıdılar və hətta Qarabağda General-Qubernatorluq yaradıraq Xosrov bəy Sultanovu ora General-Qubernator qoydular. Xosrov bəy , Sultan bəy Sultanovun qardaşıdır. Bundan inciyən ermənilər silahlı müdaxiləyə başlamaq istəyəndə general Tomson dedi ki, əgər ermənilər Qarabağda silahlı münaqişələrə başlasalar, onda ingilis ordusu ilə üz-üzə gələcəklər. Bundan sonra ermənilər sakitləşdilər”.

M.Zülfüqarlı qeyd etdi ki, sonradan Azərbaycan Xalq Cümhuriyyəti ilə ingilislərin əməkdaşlığı başlayır. O, vurğuladı ki, hətta XI Qırmızı Ordu Azərbaycanı işğalı gəlmək istəyərkən belə bir fikir deyiblər, “Anadoliya, Türkiyəyə köməyə gedən XI Bolşevik ordusuna ingilispərəst Azərbaycan hökuməti imkan vermək istəmir”. “Bu cür saxta fikirlər ortaya atırdılar.

Amma İngiltərə ilə Azərbaycan Xalq Cümhuriyyətinin münasibətləri 1918-ci dekabrdan başlayaraq müsbətə doğru getdi, hətta müttəfiqlik səviyyəsinə qalxdı. Ondan sonra ingiliz qoşulları Bakıdan çıxdı və Azərbaycan Xalq Cümhuriyyətinin də 20-ci ilin yanvarında Paris-Sülh konfransında tanınmasında əsas aparıcı qüvvə kimi İngiltərə çıxış etdi.

İndi gələk şəhidlikdə ingilis əsgərlərinə qoyulan abidəyə. Birincisi, həm 1918-ci ildə Mart soyqırımında ermənilərin qırdığı müsəlman əhali indiki Şəhidlər Xiyabanı ərazisində, Çəmbərəkənddə dəfn olunmuşdu, həm də orada lüteriyan xristian qəbristanlığı da vardı. O zaman həmin ərazi Bakının kənar hissəsi idi. müsəlmanlarla yanaşı xristianlar da dəfn olunurdu. Hətta deyərdik ki, Şəhidlər Xiyabanından bir az aralıda yerləşən indiki Alov qüllələrinin ərazisində də qəbristanlıq vardı. Ola bilsin ingilis əsgərləri elə həmin ərazidə dəfn olunmuşdu. Sonradan Sovet dövründə həmin qəbirsanlıq köçürüldü, orada Kirovın adına park salındı. Lakin 1988-ci ildən sonra ermən-Azərbaycan, Qarabağ münaqişəsi başlayandan sonra şəhidlər orada dəfn olunmağa başladı. Ona görə də həm türk şəhidliyi abidəsi, həm də ingilislərin ölən əsgərlərinə həsr olunan memorial simvolik xarakter daşıyır. Yəni orada qəbir yoxdur, sadəcə olaraq o orada bir xatirə lövhəsi kimi qoyulub. Yəni Bakıda belə hadisələr olub. Yəni, bu, Azərbaycan Xalq Cumhuriyyətinin demokratikliyindən, bu, bugünkü Azərbaycan Respublikasının da tolerantlığından irəli gəlir. Bu da Azərbaycan-İngiltərə münasibətlərinin daha da inkişafına kömək edən bir amil oldu.

Yəni Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra “Əsrin müqaviləsi” bağlanarkən əsas aparıcı şirkət İngiltərənin BP şirkəti oldu. BMT Təhlükəsizlik Şurasında da Azərbaycanı əsas müdafiə edən, xüsusilə də 44 günlük müharibə dövründə Azərbaycana tərəfdar çıxan yeganə dövlət İngiltərə olub. Ona görə də mənə belə gəlir ki, ingilis əsgərlərinə həsr olunan bu memorialın qalması elə bir problemli məsələ deyil. Bu tarixdir. Yəni, o dövr tarixini bir daha bizə xatırladır. Dünyada siyasət çox dəyişib”.

M.Zülfüqarlının sözlərinə görə, müasir Azərbaycan Respublikasının dünyada balanslı siyasəti də Azərbaycanın daha da güzlənməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxartdı ki, indi də Azərbaycan həm yaxın qonşuları, həm də Qərb ölkələr ilə balanslı siyasət yürüdür. “Burada da ən yüksək səviyyədə olan münasibətlər Azərbaycan-İngiltərə münasibətlərdir. Bu memorialın da ingilislərin tarixə bir daha baxmasına səbəb olur və Azərbaycan xalqının tolerant xalq olmasını bir daha sübut edir. Baxmayaraq ki, onlar işğalçı əsgərlər olublar. Bu memorialı Azərbaycanın onların da xatirəsində düşmən münasibət bəsləmədiyinin bir nümunəsi hesab etmək olar”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ