Avropa Birliyinin Ukraynaya əlavə 1,4 milyard avro yardım paketi ayırması barədə xəbər Rusiya tərəfində qıcıq yaradıb.
Məsələ burasındadır ki, Ukraynaya ayrılan bu vəsait Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən götürülüb. Bu arada Alman jurnalistləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin məsələyə münasibətini açıqlayıb. Welt nəşrinin xəbərinə görə, Medvedyevin reaksiyası son dərəcə sərt olub. "Kreml sözçüsü Dmitri Medvedev Ukraynaya əlavə yardım ayırdıqdan sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni təhqir edərək, onu "qoca cadugər" adlandırıb və Qərbi təhdid etməyə davam edib", - nəşrin xəbərində deyilir.
Ursula fon der Leyenin Rusiyanın qələbəsinin qarşısını almağın vacibliyi barədə sosial media paylaşımına diqqət çəkən və buna nail olmaq üçün yeni sanksiyalar tətbiq etməyə çağırışını xatırladan Medvedev, buna cavab olaraq, Leyeni "başdanxarab ginekoloq" adlandırıb və ona Avropanın problemlərinə diqqət yetirməyi məsləhət görüb. Medvedevin bu cavabı alman jurnalistləri arasında qəzəbə səbəb olsa da, Welt oxucuları məqalənin altındakı şərhlərdə keçmiş Rusiya prezidentinin AŞ rəhbərini lağa qoymasından zövq aldıqlarını etiraf ediblər. Onların fikrincə, o, Ursula fon der Leyenin fəaliyyətini təsvir etmək üçün “mükəmməl sözləri tapıb”.
SAMİRƏ