Bazar ertəsi günü, 09 noyabr 2026
     

Məşhur maarifçi Qərbi azərbaycanlı professor - AXC-nin süqutundan sonra vətənə dönə bilmədi...

Image


“Mən Qərbi azərbaycanlıyam” rubrikasında çox maraqlı, eyni zamanda da ağrılı-acılı ömür yolu olan, gözlərini qəriblikdə dünya işığına yuman alim-sənətşünas, filologiya elmləri doktoru, professor Məhəmməd Ağaoğlundan (Məhəmməd Ağa oğlu Ağayev) danışacağıq.

Tarixi Azərbaycan şəhəri İrəvanda doğuldu, vətənində doyunca yaşamaq nəsibi olmadı, taleyi onu qürbətlərə atdı, 1949-cu ilin 4 iyul tarixində ABŞ-ın Miçiqan ştatlarının Detroyt şəhərində dünyadan köçdü.

  • Kimdir Məhəmməd Ağaoğlu?

Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini burada mədrəsədə alıb, sonra 1912-ci ildə gimnaziyanı bitirib və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. Tədqiqatçıları yazır ki, Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olur və bu onda tədqiqatçılığa meyl oyadıb. O, 1916-cı ildə MDU-nu, 1926-cı ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirib. MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, Türkistan İran, İraq, Suriya və Orta Asiyaya səfər edib, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçüb...

  • Türkiyəyə mühacirət...

Ağaoğlu 1920-ci ildə Türkiyəyə mühacirət edib, burada olarkən İstanbul Universitetinə daxil olub. Tədqiqatçıları qeyd edirlər ki, geniş erudisiyalı şərqşünas alim kimi tanınan, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilən Ağaoğlu bu sahədə çox böyük xidmətlər göstərib...

Onu da vurğulayaq ki, Ağaoğlu Türkiyəyə Azərbaycan Xalq Cumhuriyyəti süqut etdikdən sonra gedib. Cumhuriyyət zamanı isə Azərbaycanda fəaliyyət göstərib. Tədqiqatçılar yazırlar ki,

Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin həmin dövrdə mədəni quruculuq işlərində bır sıra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışıb. Verilən bilgilərə görə, o, Bakıda "İstiqbal" muzeyi yaradır, eyni zamanda arxeologiya və etnoqrafiya cəmiyyətlərinin təşkilində iştirak edir. "Qədim abidələrin müdafiəsi Cəmiyyəti" Ağaoğlunun təşəbbüsü və köməyi ilə yaradılıb. İstanbul muzeylərinin direktoru Xəlil Ədhəmin məsləhət və köməyi ilə 1923-1927-ci illərdə şərqşünas alimlərin kurslarında şərq dilləri və mədəniyyəti sayəsində biliyini təkmilləşdirmiş, yüksək ixtisas qazanıbdır. Həmçinin elmi tədqiqatına görə 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

  • “Çinli köşk”ün rəhbəri...

Məlumatlara görə, Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Türkiyə və Avstriyaya yaşayıbr. 1927-1928-ci illərdə İstanbulda Milli Muzeyin "çinli köşk" islam incəsənəti bölməsinə müdirlik etmiş, eyni zamanda İstanbul Universitetinin incəsənət kafedrasında professor asistenti vəzifəsində çalışmışdır. Elə həmin ildə "Türk və İslam əsərləri" muzeyinin əvəzedici direktoru vəzifəsinə təyin edilmişdir.

Məhəmməd Ağaoğlu 1929-cu ildə ABŞ-a köçərək ömrünün sonunadək orada yaşayır. Burada Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil etmiş, müsəlman şərq xalqlarının dekorativ səhnə nümunələrindən ibarət böyük sərgi açmış, çoxlu kolleksiya toplamışdır. Onun sayəsində Detroyt "İslam incəsənəti qalereyası" zənginliyi ilə seçilmişdir. 1933-38-ci illərdə Məhəmməd Ağaoğlu Detroyt universitetində Şərq xalqları mədəniyyəti kafedrasının professoru olmuşdur.

O, Azərbaycan, Türkiyə, İran və başqa Şərq ölkələrinin incəsənət tarixini tədqiq edərək Şərq miniatürü, xalça, bədii metal və parça sənətinə dair qiymətli əsərlər yazmışdır. Məhəmməd Ağaoğlu 50-dən artıq Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türkistan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair Amerika və Avropada dərc edilmiş elmi əsərin, həmçinin "İslam incəsənəti tarixi" (türk. İslam Sanat Tarihi; İstanbul, 1928), "XV əsrdə İranda kitab çapı" (ing. Persian Bookbindings of the Fifteenth Century; Ann-Arbor, 1935), "Səfəvilər dövrünün manufaktura və xalçaları" (ing. Ṣawafid Rugs and Textiles, The Collection of the Shrine of Imām ʿAli at al-Najaf; Nyu-York, 1941) kitablarının müəllifidir. Bu məqalələrdən İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında saxlanan bəzi naməlum əlyazmaları və bir neçə illüstrasiyalı əlyazmaları haqqında ilkin qeydlər, "Frir incəsənət qalereyasında saxlanan "Xosrov və Şirin" əlyazması" orta əsr Azərbaycan incəsənətindən bəhs edir.1934-cü ildə Firdovsinin anadan olmasının min illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini təmsil etmişdir.

Tədqiqatçılar yazırlar ki, onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət etmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırmışdır. Ağaoğlu 1934-cü ildə təsis etdiyi "Ars İslamika" ("İslam incəsənəti") adlı jurnalın ömrünün sonunadək naşiri və redaktoru olmuşdur. 4 iyul 1949-cu ildə Amerikanın Detroyt şəhərində vəfat edib.

  • Qarabağlı Qəmər xanımla evliliklə bitən tanışlıq...

Məhəmməd Ağaoğlunun həyat yoldaşı Qarabağ xanlarının nəsilindən olan Qəmər xanım idi. Evlilkdən sonra Ağaoğlu soyadını götürən Qəmər xanım ABŞ-da fəaliyyət göstərmiş incəsənət professoru olub və Miçiqan Universitetində işləyib. Qeyd olunana görə, Qəmər xanımın dayısı Hüseyn bəy Mirzəcamalov XX əsrin əvvəllərində milli ziyalıların tanınmış nümayəndələrindən idi. AXC dövründə Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik edib. 1919-cu il dekabrın 7-də daxili işlər nazirinin şəxsi katibi, gənc şərqşünas alim Məhəmməd Ağayev (gələcək Mehmet Ağa-Oğlu - Qəmər Ağaoğlunun gələcək həyat yoldaşı) ilə birlikdə Parlament nəzdində fəaliyyətə başlayan qurulmasında mühüm xidmətləri olmuşdu. H. Mirzəcamalovla M. Ağayev Cumhuriyyət hökumətinin həyata keçirdiyi bir sıra  mühüm siyasi-ideoloji layihə üzərində də birlikdə çalışıblar. Hər ikisi 1919-cu ilin oktyabrında Nazirlər Şurası Dəftərxanasının rəisi L.Kriçinskinin rəhbərliyi altında "Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair" arxiv sənədlərinin toplanması və nəşri məqsədi ilə yaradılmış komissiyanın tərkibinə daxil ediliblər.

Qəmər xaxım Məhəmməd Ağaoğlu ilə ailə həyatı qurur, onunla birlikdə xaricdə oxuyir və çalışır. Lakin sonradan boşanırlar. Gültəkin A. Ludden adında qızları olur. Gültəkin Ohayo Universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921-2001) ailə qurmuşdur. O, 95 yaşında 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat edib.

Tədqiqatçılara görə, Qəmər xanım Ağaoğlu ilə çox güman, Bakıda tanış olublar, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evləniblər. Çünki əri ilə birlikdə Qəmər xanım da 1922-ci ildə universitet təhsili almaq məqsədi ilə Qərbi Avropaya – Almaniya və Avstriyaya gedib…

İrəvanlı Məhəmməd Ağaoğlunun ömür yoluna nəzər saldıqda gördük ki, Azərbaycanın dünyada necə böyük oğulları olub. Əlbəttə, İrəvan torpağının yetişdirdiyi hər bir ziyalı xalqımızın qürurudur. İrəvana qayıtmaq ən böyük arzusu olsa da, təəssüf ki, qəhrəmanımızın taleyinə qürbətdə can vermək, orada dəfn olunmaq yazılıbmış. Alın yazısını isə insanlar özləri yazmır…

İradə SARIYEVA
P.S Yazıda M.Ağaoğlu və Q.Ağaoğlu barədə hazırlanan Vikipediya məqaləsindən istifadə olunub.  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ