çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistana Qərb sanksiyaları qaçılmaz həddə...

Image


Qərb və Rusiya arasında yaşanan ziddiyyətlər iqtisadi müstəvidə də özünü qabarıq şəkildə büruzə verir. Qarşılıqlı sanksiyalar və embarqolar bunun faktiki təsdiqidir. Amma real vəziyyət göstərir ki, Rusiyanın sənaye sahələrinin Qərbin yüksək texnologiyalarına ehtiyacı olduqca böyükdür. Elə bu fonda Qərbdən həmin məhsulların üçüncü ölkələr vasitəsilə idxalı Moskvanın xüsusi diqqət mərkəzində yer alır.

Hazırda bu məsələdə Rusiyanın istifadə etdiyi ölkələr arasında ilk sırada gələnlərdən biri də Ermənistandır. Hər halda, Rusiya və Ermənistan arasında artan ticarət dövriyyəsi də bunu təsdiq edir. Statistikaya baxdıqda da bunu görmək mümkündür. Belə ki, 2021-ci ildə Avropa İttifaqının Ermənistana ixracı 753 milyon avro idisə, 2022-ci ildə artıq bu rəqəm 1,3 milyard avroya çatıb. Maraq doğuran fakt odur ki, Ermənistanın Rusiyaya ixracı 2021-ci ildə 800 milyon dollar idi. 2022-ci ildə isə bu rəqəm üçqat artdı və faktiki olaraq 2,4 milyard dollara çatıb. Məhz bu rəqəmlər, faktiki olaraq, Ermənistanın Rusiyaya qarşı qoyulan sanksiyalardan yayınmasını göstərir, sübut edir.

Qeyd edək ki, bu günlərdə “Ukrainskaya Pravda” nəşrində dərc olunan yazıda göstərilirdi ki, sanksiyalar altına düşmüş məhsulların Rusiyaya ixracında Ermənistan tranzit ölkə kimi fəal rol oynayır. Belə ki, balaca Ermənistan Rusiyanın elektron avadanlıqlarına olan tələbatını ödəməkdə ən aparıcı mövqeləri tutur. Əlbəttə ki, söhbət geridə qalmış kənd təsərrüfatı ölkəsi olan qonşumuzun elektronika sənayesinin məhsullarından getmir. Çünki Ermənistanda belə şey ümumiyyətlə yoxdur. Söhbət Qərb ölkələrində istehsal olunan elektrotexnikanın, avadanlıqların Ermənistan vasitəsilə sanksiyalardan yayındırılaraq Rusiyaya ötürülməsindən gedir ki, həmin avadanlıqlar da sonradan Rusiya hərbi sənayesində istifadə olunur, Ukraynanı bombalayan raketlərə, təyyarələrə, gəmilərə, hərbi dronlara və sairə quraşdırılır. Ukrayna nəşri yazır ki, müharibə başlayandan sonra tətbiq olunan sanksiyaların Rusiya hərbi sənayesini çökdürəcəyi gözlənilirdi. Lakin Ermənistan kimi “dost ölkələr” Rusiyanın “boz sxemlər”dən istifadə edərək, elektron avadanlıqlarla təmin olunmasına kömək etdi: “Ermənistandan Rusiyaya mal ixracı 4 dəfə artaraq, 85 milyon dollardan 325 milyon dollara çatıb”. Yazıda qeyd olunur ki, bu dövrdə hətta Moskvanın ən nəhəng strateji tərəfdaşı olan Çinin Rusiyaya ümumi ixracı cəmi 9-10 faiz artdığı halda, Ermənistanda bu göstərici 400 faizə yaxın olub. Ən biabırçı cəhət isə odur ki, heç bir elektronika istehsal etməyən Ermənistanın Rusiyaya məhz elektrotexnika ixracı düz 100 dəfə artıb: “İqtisadiyyatı əsasən kənd təsərrüfatından ibarət olan Ermənistanın Rusiyaya elektronika ixracı 2021-ci ildə 1 milyon dollardan 2022-ci ildə 100 milyon dollara çatıb. Yəni bu ölkədən Rusiyaya ixracın üçdə biri məhz elektronikanın payına düşüb. Özü də söhbət təkcə “sülhpərvər” paltaryuyan maşınlardan getmir, hansılardan ki, rusiyalılar çipləri çıxarıb hərbi texnikada istifadə edirlər... Rusiyaya qarşı sanksiya tətbiq edən Avropa ölkələri, faktiki olaraq, bu cür vasitəçilərin əli ilə eksportu davam etdirirlər. Məsələn, Almaniya Rusiyaya birbaşa elektronika ixracını azaltsa da, Ermənistana ixracı 0.5 milyon dollardan 6 milyon dollara çatdırıb”. Yazıda qeyd olunur ki, Avropa ölkələrinin hökumətləri bu cür “boz sxemlər”in qarşısını almağa çalışsalar da, bir çox istehsalçı şirkətlkər öz maddi maraqları naminə Ermənistan kimi dövlətlərdən istifadə edərək, mallarını Rusiyaya çatdırırlar. Bunun qarşısını almaq üçünsə Ermənistan kimi ölkələrə ciddi sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd olunur. Yazıda o da bildirilir ki, məsələn, Türkiyə rəsmən Qərbin sanksiyalarına qoşulmasa da, bir müddət əvvəl Rusiyaya sanksiyaya düşən malların ixracına qadağa qoydu. Bunun ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfərindən sonra baş verdiyi bildirilir. Qeyd olunur ki, eyni addımı digər ölkələr də atmalıdır. Lakin göründüyü kimi, Ermənistan buna məhəl qoymur.

İngiltərənin “The Economist” jurnalı isə məsələnin başqa tərəfinə nəzər salaraq yazır ki, Ermənistan siyasət, müdafiə və iqtisadiyyat sahələri baxımından Rusiyadan ən çox asılı olan ilk üç ölkə sırasına daxil olub. “The Economist”in hesablamalarına görə, Rusiyadan asılılıq reytinqində 9 bal toplayan Ermənistan Belarusdan sonra ikinci yerdədir. Məqalədə bu ölkələrin Rusiya ilə hərbi sahədə, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əlaqələri xüsusilə vurğulanır.
Qeyd edilib ki, bu təşkilatın üzvü olan ölkələrin bir-birinə hərbi yardım göstərmək öhdəliyinə baxmayaraq, Rusiya İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir çox müraciətlərini təmin etməyib: “Ermənistanı 2020-ci ildə baş vermiş müharibə zamanı ərazisində yerləşdirilmiş 3500 rusiyalı hərbçinin ona köməyə gəlməməsi hiddətləndirir”.  Bildirilib ki, sadalanan məsələlər Rusiyadan asılı olan ölkələrin, xüsusən də Ermənistanın Qərb dövlətləri ilə münasibətlərinə birbaşa təsir edir, çünki Qərb əməkdaşlıq nöqteyi-nəzərindən bu dövlətlərə tam etibar etmir. Məqalədə vurğulanıb ki, bu ölkələrin Rusiyadan aşkar asılılığına baxmayaraq, Qərb hələ də onlarla münasibətləri gücləndirməyə ümid bəsləyir. Amma yuxarıda qeyd edildiyi kimi, Qərbin bu ümid və etibarından Ermənistan sui-istifadə edir. Qərb Ermənistanın sanksiyalar məsələsində Rusiyaya necə yardım göstərməsi fonunda artıq İrəvana sanksiyalar tətbiq etməlidir. Əks halda bundan zərər görən əsas tərəflərdən biri elə Qərbin özü olacaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ