çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Fransa dünyanın ən islamofob ölkəsi kimi…

Image


“İlk Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü müsəlmanlara qarşı nifrəti aradan qaldırmaq istiqamətində fəaliyyətə başlamağa çağırışdır". Bunu BMT-nin Baş katibi Antonio Quterreş tvitterdə yazıb. O bildirib ki, dünya islamofobiyaya qarşı mübarizə aparmalıdır: “Biz bölücü qüvvələrə qarşı durmalıyıq”.

Qeyd edək ki, Bakıda islamofobiyaya dair beynəlxalq konfrans başlayıb. 31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri “İslamofobiya irqçiliyin və ayrıseçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılıb. Qərbdə baş qaldıran islamofobiya halları ilə bağlı qəbul edilən qanunlar, müsəlman icmalarının sıxışdırılması kimi neqativ hallar konfransda əsas müzakirə mövzusu olub. Azərbaycanın konfransa ev sahibliyi etməsi təsadüfi deyil. Əvvəla ona görə ki, bu məsələlər Azərbaycanı da narahat edir. İkincisi, Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır. Nəhayət, Bakı hər zaman mədəniyyətlərarası və dinlərarası dialoqlarda əsas mərkəzlərdən biri olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə beynəlxalq konfransa ünvanladığı video müraciətində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinos olduqca maraqlı məqamlara toxunub. O qeyd edib ki, dünyada İslama sülh dini kimi baxılır. Onun sözlərinə görə, ötən il BMT 15 martı İslamafobiyaya qarşı beynəlxlaq mübarizə günü elan edib: “İslamofobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil, bu, fobiyadır, insanlara, insan hüquqlarına qarşı olmaq deməkdir. Mən ümid edirəm ki, konfrans vasitəsilə İslama hörmət, İslamafobiyaya qarşı birgə mübarizə və istənilən dinə qarşı nifrət və diskriminasiyanın qəbuledilməzliyi ilə bağlı vacib mesajlar veriləcək”. Hazırda Avropanın bəzi ölkələrində islamofobiya daha da genişlənir və bu sırada Fransa xüsusi diqqət cəlb edir. Son illər Fransada İslamofobiya meyilləri daha da artmaqdadır. Bu ölkədə müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu fakt onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Fransa vətəndaşı, hətta orada doğulmuş bir çox müsəlman hər gün qara siyahıya düşür və polisin hörmətsizliyi və nifrətinin qurbanı olur. Burada müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilir. Yeri gəlmişkən qeyd edək ki, Fransada Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri məhz İslamofobiyadır. Halbuki, İslamofobiya bəşəriyyətə qarşı cinayətdir, onun  ümumbəşəri normalarla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Fransada irqçilik, İslamofobiyanın ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Təsadüfi deyil ki, Fransa mediasında da mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini və müsəlmanlar ətrafında debatlar aparılır, burada nifrəti artıran və irqçi ifadələrə tez-tez yol verilir. Ölkədə keçirilən müxtəlif seçkilər zamanı seçki kampaniyaları çərçivəsində mövzu aktuallaşır, bəzi sağçı və ifrat sağçı qüvvələrin açıq şəkildə anti-İslam və bəzən də milliyyətçi mövqe tutduğu ortaya çıxır. Fransada nifrət zəmində cinayətlərin rəsmi statistikasının aparılmamasına baxmayaraq, ölkənin müsəlman əhalisinə, qaradərili fransızlara, digər etnik və dini qruplara qarşı diskriminasiya halları, xüsusilə Avropaya miqrant axını fonunda son illərdə daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir. Halbuki, bu gün Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Məsələnin bu tərəfinə nəzər salan Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edir: “Avropa şəhərləri arasında Paris şəhəri və İl-dö-Frans rayonu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Müsəlmanların say göstəricisinə görə 67,5 milyon əhalisi olan Fransa Avropa İttifaqı ölkələri sırasında birinci yeri tutur. Bu rəqəmin 2050-ci ilə qədər iki dəfədən çox artacağı proqnozlaşdırılır”. Deputatın sözlərinə görə, Fransa dövləti dünyəvilik ənənəsini elan edərək əhalinin siyahıya alınması kampaniyalarında 1872-ci ildən başlayaraq ölkə vətəndaşlarının dini mənsubiyyəti barədə sorğu aparmır: “1905-ci il dekabrın 9-da qəbul olunmuş “Kilsələrin və dövlətin ayrılması haqqında” qanuna əsasən, ölkədə dövlətin siyasəti kimi rəsmi olaraq dünyəvilik siyasəti elan olunub. 1978-ci ildə isə qəbul edilmiş qanuna əsasən ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı olaraq qadağan olunub. Fransanın rəsmi dövlət siyasəti kimi rəhbər tutduğu belə bərabərlik və dünyəvilik modeli müasir dövrdə ölkədə yaşayan etnik, dini və digər azlıqların ölkə cəmiyyətinə inteqrasiyası, onların problemlərinin həlli üçün əsas maneə hesab olunur, bu azlıqları və onların problemlərini Fransa cəmiyyətinin gözündə “görünməz” faktora çevirir, onlara qarşı sistemli və davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün effektiv mexanizmlər tətbiq etməyə imkan vermir. Belə qadağanın praktiki mənada bir sıra mənfi təsirləri var. Məsələn, etnik və dini zəmində ayrı-seçkiliyə dair statistik məlumatlar toplanılmır və təhlillər aparılmır. Dövlət qurumları və məhkəmə orqanları bu qanuna əsaslanaraq hər hansı formada dini və etnik mənsubiyyəti qadağan edən, süni şəkildə vətəndaşların “mütləq bərabərliyi” və dövlətin “mütləq bitərəfliyi” ideyasını rəhbər tutan qərar və qaydalar qəbul edir”.

Bəzi ekspertlər isə hesab edir ki, günümüzdə antisemitizm aradan çıxaraq öz yerini islamofobiyaya verib. Bu fonda xatırlanmalıdır ki, 2020-ci il sentyabrın 2-də Fransanın “Charlie Hebdo” satirik jurnalı 2015-ci ildəki əməllərini təkrarlayaraq, Həzrəti Məhəmməd peyğəmbərin karikaturasını yenidən çap etdi. Bu azmış kimi, Fransa prezidenti Emmanuel Makron açıq şəkildə jurnalı dəstəklədi. O, İslam əleyhinə olan bu təxribatı “redaksiyanın seçim hüququ” kimi qiymətləndirdi. Təbii ki, belə hərəkətlər onların digər məkanlarda da təkrarlanmasına şərait yaradır. Belə ki, İsveçin Malmö şəhərində 300-dən çox radikal müsəlmanların müqəddəs kitabı olan “Quran”ın səhifələrini yandırdı. Elə bu il yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb. Norveçdə də “Quran”ın yandırılmsı halı qeydə alınıb. Hollandiyada radikal sağçı Azadlıq Partiyasının lideri Gert Vilders ölkəsində və Avropada İslam dininin qadağan olunmasına çağıran çıxışlar edir. Bütün bunların tətiklənməsində Fransanın İslamofobiya fəaliyyti az rol oynamır.  Burada onu da qeyd edək ki, Fransa cinayət qanunvericiliyi nifrətə təhrik etmə və nifrət nitqini qadağan etsə də, təcrübədə belə cinayətlərin müəyyənləşdirilməsi və təqib olunması üçün müvafiq hüquqi sistem mövcud deyil. Bir sıra ekspertlərə görə, Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır. Belə ki, Fransa dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayıb, milyonlarla insanı qətlə yetirib və kölə halına salıb. Fransanın uzun illər boyunca dünyanın müxtəlif bölgələrində işğal etdiyi ölkələrdə həyata keçirdiyi soyqırımları, kütləvi qırğınlar, talançılıq, etnik təmizləmələr və digər insanlıq əleyhinə cinayətlər həm də İslamofobiyadan qaynaqlanıb. Müstəmləkəçilik illərində açıq şəkildə qul ticarəti ilə məşğul olan Fransa bu gün də dekolonizasiya kateqoriyasına aid edilən bir çox əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin ilhaqı xəttini yürüdür. Həmçinin Fransa dövlətinin xarici və daxili siyasəti bu ölkədə irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatmasına zəmin yaradıb. Bu səbəbdən fikirlər səslənir ki, hazırda Fransa cəmiyyətində müşahidə edilən İslamofobiya  müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır. Bu gün Fransa həm də erməni revanşistlərini və separatçılarını həvəsləndirməklə Cənubi Qafqazda maraqlarını təmin etmək üçün hər hansı təsir rıçaqı əldə etməyə can atır və bununla Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləyir, münasibətlərin normallaşmasına zərbə vurur, regional sabitlik və təhlükəsizliyi təhdid edir. Rəsmi Paris bununla Azərbaycana münasibətində islamofobiyanı yenə rəhbər tutur.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ