çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistanda pozulmayan hüquq qalmayıb...

Image


Postsovet məkanında insan hüquqlarının ən çox pozulduğu ölkələr sırasında Ermənistan getdikcə daha çox diqqət cəlb edir. Bunu, əslində ermənilər özləri də təsdiq edir. Məsələn, ötən ilin yekunlarına əsasən, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluğa daxil olub. Bu dövr ərzində Ermənistandan 1250 ərizə daxil olub ki, bu da verilən ərizələrin ümumi sayının 1,7%-ni təşkil edir. 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub.

2022-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı 31 ərizə üzrə 21 qərar çıxarıb və onların hamısında ən azı bir pozuntu aşkar edib. Qeyd olunur ki, ən çox pozulan hüquqlar azadlıq və şəxsi toxunulmazlıq hüququ və qeyri-insani və ləyaqəti alçaldan rəftardan qorunmaq hüququdur. Azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ,  mülkiyyətin müdafiəsi hüququ da Ermənistanda vaxtaşırı pozulur. Erməni hüquq müdafiəçisi Larisa Alaverdyan da qeyd edir ki, ölkədə həmişə olduğu kimi insan hüquqlarının pozulması davam edir. O bildirib ki, əgər hakimiyyət artıq hüquq atmosferinin dəyişdiyini elan edirsə, o zaman emosional yanaşmalarla çıxış etmək yox, hüquq normalarına riayət etmək lazımdır: “Lakin buna əməl edilmir. İndiki hakimiyyət əvvəlki hakimiyyətlərin səhvini təkrarlayır. Hüquqi dövlətin təşəkkülü yollarını tapmaq lazımdır. Son vaxtlarda bir çox hay-küylü həbslər insan hüquqlarının pozulması ilə müşayiət olunur. Risq var ki, dövlət yenə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları üzrə kompensasiya ödəməli olacaq”. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı da əslində sözügedən ölkədə acınacaqlı vəziyyətdən xəbər verir. Qeyd edək ki, hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub. Hesabatda qeyd edilib ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətləri görməzdən gəlinir. Bildirilib ki, xüsusən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”. Hesabatda vurğulanıb ki, Ermənistanda Paşinyan hakimiyyəti özünü “demokratik hakimiyyət” kimi təbliğ etsə də, hesabatda əks olunan faktlar deməyə əsas verir ki, onlar öz əməli fəaliyyətlərində demokratiyadan çox uzaq idarəçilik həyata keçirirlər.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə qarşı həssas olmağa və eləcə də ikili standartlardan uzaq olmağa çağırıb. Hüquq müdafiəçisi Səidə Qocamanlı bu fonda qeyd edir ki, heç bir Qərb ölkəsinin lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz. O xatırladıb ki, 2020-ci ilin axırlarında Ermənistanda xalq baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı: “Həmin vaxt Ermənistanda həbs olunan jurnalistlərə işgəncələr verilib. Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri ağır təhqirlərə görə Ermənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına və hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Qərb siyasətçiləri və jurnalistlərinin Ermənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünki bu, ölkədə insanların toplaşma azadlığına, söz azadlığına mane olur”. S.Qocamanlı vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın tərəfdarlarları həbs olunub, bir deputat qətlə yetirilib. Onun sözlərinə görə, bütün bunlar Ermənistanın tam demokratik ölkə olmadığını deməyə imkan verir: “Hesabatlarımızı bütün aparıcı beynəlxalq təşkilatlara göndərəcəyik”. Hüquq müdafiəçisi Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edir: “Həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu iddia edirlər. Hardadır bu insan hüquqları? Bu hesabat göstərir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. Bu məsələdə Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymaq olmaz". Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu isə diqqəti ona yönəldir ki, Brüsseldə prezidentlərin görüşündən sonra Ermənistanda olan insan haqlarının pozuntusu heç bir yerdə qeydə alınmayıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda stabilliyi görmək istəmirlər və hər zaman Azərbaycana ikili standartlarla yanaşıblar: “Ona görə biz bu hesabatları beynəlxalq təşkilatlara göndərəcəyik. Azərbaycan həm Ermənistandan, həm də Gürcüstandan daha demokratik dövlətdir. Bir zamanlar Gürcüstanda demokratiyanın carçısı hesab edilən Mixail Saakaşvilinin vəziyyətini də hamı açıq-aşkar görür”.

Ermənistanda digər müstəvidə də hüquq pozuntuları geniş vüsət alıb. Məsələn, iqtisadi hüquqları burada xüsusi qeyd etmək olar. Bunu Ermənistanın “LUYS” Fondunun araşdırıması da göstərir. Fond “Heritage Foundation” tərəfindən dərc olunan “İqtisadi Azadlıq İndeksi 2023” hesabatını araşdırıb. 1995-ci ildən bəri hər il dərc olunan bu hesabatlarda dünyanın müxtəlif ölkələrində, o cümlədən Ermənistanda iqtisadi azadlığın dərəcəsi qiymətləndirilir. “LUYS” Fondu qeyd edir: “2023-cü ildə də Ermənistanın iqtisadi azadlıq indeksi azalmaqda davam edir. Ermənistan İqtisadi Azadlıq İndeksində (EFI) 65,1 balla dünya reytinqində 50-ci yerdədir (bu, ötən illə müqayisədə 0,2 bal azdır), Avropa regionunda isə 28-ci yerdədir. Ermənistanın iqtisadi azadlıq indeksi 2002-ci ildən bəri ən aşağı göstəricidir. Ötən il olduğu kimi, Ermənistan iqtisadi cəhətdən “orta azad” ölkələr qrupuna daxildir. Yeri gəlmişkən, 2020 və 2021-ci illərdə Ermənistan iqtisadi cəhətdən “əsasən azad” ölkələr qrupuna daxil edilib”. Hesabatda həmçinin qeyd olunur ki, Ermənistanda iqtisadi azadlığın əsasları məhkəmə sistemi tərəfindən etibarlı şəkildə qorunmur və korrupsiya ciddi problem olaraq qalmaqla yanaşı, iqtisadi inkişaf imkanlarını azaldır. Qeyd edilir ki, “Pul və kredit azadlığı” alt indeksi əhəmiyyətli dərəcədə azalıb. Subindeksin 7 bənd azalması əsasən yüksək inflyasiya ilə bağlı olub: “Fiskal Davamlılıq və Dövlət Xərcləri” alt indekslərindəki azalma narahatlıq doğurur (onlar 2022-ci ildə də azalırdı). Azalma onunla əlaqədar ola bilər ki, borc vəsaitləri faktiki olaraq dövlət investisiyalarına çevrilməyib (ictimai məhsulun yaradılması, iqtisadi infrastrukturun və insan kapitalının inkişafı və s.), sadəcə olaraq cari büdcə xərclərinə köçürülüb”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ