çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Avroparlamentdən Azərbaycana absurd çağırış - Avropa missiyasını siz də qəbul edin...

Image


Avropa Parlamentinin Azərbaycan barədə qətnamə  qəbul etməyə hazırlaşdığına dair məlumatlar var və hətta  həmin qətnamənin məzmunu da yayılıb, daha doğrusu, mətbuata sızıb. Qərar layihəsində Avropa Parlamenti Azərbaycana çağırış edir ki, Azərbaycan da Ermənistan kimi Avropa Birliyinin (Aİ) mülki missiyasını öz ərazisinə buraxsın.

Halbuki, bütün dünya, o cümlədən də Avropa Parlamenti bilir ki, Azərbaycan Ermənistandan fərqli olaraq, tam müstəqil dövlətdir və heç vaxt qurumun bu çağrışına əməl etməz, amma yenə də təkid edirlər. Bunu bildikləri halda bunlar Aİ-nin mülki missiyasının Azərbaycana gəlişi üçün niyə bu qədər təkid edirlər? Niyə bunu Azərbaycana qəbul etdirmək istəyirlər? Məqsəd nədən ibarətdir?

  • “Avroparlamentin Aİ missiyasını öz ərazisinə buraxması üçün Azərbaycana təkid etməsinin səbəbinə gəlincə, burada məqsəd Rusiyanı oyundan, danışıqlar prosesindən çıxarmaqdır”

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə biz Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli yanaşmasını uzun illərdir müşahidə etmişik. “Avropa Parlamentinin qəbul edəcəyi növbəti qətnamədə də tamamilə qərzli və əsassız anti-Azərbaycan fikirləri yer alıb və bu qətnamə Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub. Avropa Parlamenti kimi bir qurumun belə yalan və uydurmalarla dolu qətnamə qəbul etməsi bir daha bu qurumun qeyri-ciddiliyini, qərəzliliyini və ermənilərin əlində alətə çevrildiyini göstərir. Əlbəttə ki, bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları ermənipərəst Avropa parlamentariləridir. Onlar öz şəxsi maraqları naminə beynəlxalq hüququ və qanunları ayaqlar altına atıblar”. 

Media Qrupunun rəhbərinin sözlərinə görə, Azərbaycanın 30 il ərzində torpaqları işğal altında qaldı, 1 milyona yaxın qaçqın və məcburi köçkün öz yurd-yuvasından didərgin düşdü. Əgər biz beynəlxalq hüquqdan danışırıqsa, onda  nəyə görə AP Azərbaycan insanının haqqını müdafiə etmədi? AP hələ də dörd mindən çox əsir və itkin düşmüş həmyerlilərimizin aqibəti haqqında müzakirə aparıb qərar qəbul etməyib.

“Əlbəttə, Azərbaycan öz ərazisində Avropa İttifaqının mülki missiyasının iştirakına qarşıdır, bunu yolverilməz sayırıq. Azərbaycan müstəqil dövlətdir və belə qurumların şərtlərini, çağırışlarını qəbul etməz. Avroparlamentin Aİ missiyasını öz ərazisinə buraxması üçün Azərbaycana təkid etməsinin səbəbinə gəlincə, burada məqsəd Rusiyanı oyundan, danışıqlar prosesindən çıxarmaqdır və tamamilə Avropa İttifaqını bu işə cəlb etməkdir. Eyni zamanda burada Avropa İttifaqının missionerlik fəaliyyətini əldə etməkdir. Sözsüz ki, biz Avropa İttifaqının hər hansı formadasa sülh danışıqlarına töhfə verməsinin tərəfdarıyıq. Amma mülkü missiyanın bizim daxilimizdə fəaliyyət göstərməsi və Azərbaycana diqtə etməsi, bizimlə diqtə dili ilə danışması yolverilməzdir. Heç zaman Azərbaycana kənar qüvvələrin bu şəkildə diqtə dili ilə danışmasına icazə verməyəcəyik. Bu missiya da yalnız birtərəfli qaydada Ermənistan tərəfdən fəaliyyət göstərir, adı “sülhməramlı” missiya olsa da, amma burada sülhməramlılıqdan söhbət getmir. Burada söhbət Ermənistanın maraqlarının müdafiəsi məramından gedir, onlar bundan çıxış edir. Ona görə də, bu yolverilməzdir, qəbuledilməzdir…     

Əgər həqiqətən də Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında problemin həllinə nail olmaq istəyirsə o zaman obyektiv yanaşma sərgiləməlidir. Azərbaycan sülhün əldə olunması yollarını çox yaxşı bilir. Biz 30 ildən sonra Azərbaycan vətəndaşının hüququnu bərpa etməyin də yolunu bildik.

Ümumilikdə, beynəlxalq qanunları nəzərə alsaq, Azərbaycanla bağlı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu yersizdir və suveren bir dövlətin daxili işlərinə müdaxilədir. Bu qərəzli qətnamə erməni diasporunun və lobbisinin təsirinin nəticəsidir. Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Bu qurumun üzvlərinin nə ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur”.

Avropa Parlementi indi də yenidən ATƏT-in Minsk Qrupu məsələsini gündəmə gətirdiyini dilə gətirən Bəhruz Quliyev bildirib ki, Minsk Qrupunun fəaliyyəti 30 ildə bizə tam məlum oldu: “Həmsədr dövlətlər açıq şəkildə mövqeyini ortaya qoydu və bu prosesi uzatmaqla onun həllinə mane oldular. Digər tərəfdən Avropa Parlamenti Azərbaycan millətinə, torpağına qarşı olan terroru heç vaxt müzakirə etməyib. Eyni zamanda, AP bir dəfə belə olsun, Azərbaycanın təbii sərvətlərinə qarşı olan eko-terroru müzakirəyə çıxarmayıb. Amma bugünkü gündə onlar Ermənistan tərəfdən çıxış edirlər. AP sanki Ermənistan parlamentinin komitəsinə çevrilib və Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir. Bu artıq xristian klubunun hücuma keçmək mövqeyidir. Təbii ki, bu da bizi qane etmir. 30 il ərzində BMT-nin Azərbaycanla bağlı dörd qətnaməsi qəbul olunmadı. Ona görə də bizə bu cür təzyiqlər və ya AP-nin qəbul etdiyi qətnamələr lazım deyil. Əgər Avropa Parlamenti düzgün mövqe tutmaq və sülhə nail olmaq istəyirsə, o zaman Ermənistana bəyannamənin şərtlərinə uyğun hərəkət etməsi üçün təzyiq göstərsin. Əks halda bu, iki tərəf arasında münaqişəni qızışdırmaq məqsədi daşıyır və Avropa Parlamenti özünün birtərəfli mövqeyini ortaya qoymuş olur”.

Leyla QARAXANLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ