çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakı Forumu dünya mediasında - Nizami irsinə "molla qəsdi" darmadağın edildi...

Image


Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi və sülhün, əminamanlığın təmin edildiyi bir ölkə kimi dünyanın diqqət mərkəzindədir. Bütün dünyada sülhün bərqərar olması bizim dövlətin əsas niyyətlərindən biri kimi diqqəti çəkir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da işə başlayan və martın 11-də başa çatan  “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda 60 ölkədən 350 nəfər iştirakçı təmsil olunub.

Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın böyük şairi Nizami Gəncəvi barədə də danışıb :"... Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir..."

Qeyd edək ki,  Prezident İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edərkən də  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk fəaliyyətinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ana yurdu olan qədim Gəncə şəhərindən başladığını bildirib,  sonrakı illərdə bu Mərkəzin daha da inkişaf etdiyini və bu il artıq ölkəmizdə X Qlobal Bakı Forumunun keçirildiyini vurğulayıb.

Azərbaycan paytaxtında keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı müxtəlif ölkələrin aparıcı KİV-lərində silsilə məqalələr dərc olunub.

Məqalələrdə Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr apardıqları, müasir çağırışlarla bağlı həll yollarını araşdırdıqları qeyd olunub.

X Qlobal Bakı Forumu bütün dünyaya səs salıb və tədbir çərçivəsində bir sıra vacib qlobal məsələlərə toxunulub, geniş müzakirələr aparılıb. Bu Forum çərçivəsində Prezidentin Nizami Gəncəvi barədə xüsusi danışması, onun Azərbaycan şairi olmasını, Gəncədə doğulduğunu, burada vəfat etdiyini vurğulaması molla rejiminə agır bir zərbə oldu.

"Forumda Prezident İlham Əliyevin çıxışı mədəni irsimizə, o cümlədən Nizami milli kimliyinə molla rejiminin saxta iddialarına beynəlxalq müstəvidən birbaşa verilən ən mükəmməl cavab oldu"

“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı bizimlə söhbətində bildirdi ki, X Qlobal Bakı Forumunun bütün dünya üçün böyük əhəmiyyəti var və burada səsləndirilən mesajlar Azərbaycan dövlətinin sülh tərəfdarı olduğunu bir daha sübut edir. Bunun həm də molla rejiminə kəskin cavab olduğunu deyən müsahibimiz hesab edir ki, rejim bundan nəticə çıxarmalıdır: "İran fars rejimi tarixən açıq-aşkar Azərbaycan torpaqlarına, milli-mədəni irsinə, ədəbiyyatını özününküləşdirmək siyasəti yürüdüb. İran özünün xaricdə mədəniyyət mərkəzləri adı altında yaratdığı örgütlər vasitəsi ilə Azərbaycana qarşı güclü kampaniya aparıb. Onlar məhz türk düşmənçiliyi, işğalçılıq xislətinə görə ermənilərlə doğma münasibət sərgiləyirlər. Ədəbiyyat sahəsində də eyni təcavüzkar həmlələr səngiməyir. Bu gün də molla rejimi Azərbaycan klassikləri, o cümlədən Nizami Gəncəvi barədə İran sahiblik iddialarını davam etdirirlər. Onların əsas istinad nöqtəsi Nizami Gəncəvinin əsərlərini fars dilində yazmasıdır. İran Nizaminin fars şairi kimi tanıdılması təbliğatına xeyli sərmayə qoyub. Saxta arqumentlərə əsaslanan elmi araşdırma əsərləri yazdırıblar, dünya dillərinə tərcümə edərək yayıblar. Ancaq buna baxmayaraq Nizami Gəncəvi dünyada Azərbaycan şairi kimi tanınır.

Fars-molla rejimi Nizami Gəncəvi haqqında danılmaz tarixi reallıqları nəzərə almadan saxtakarlığa varır:  Birincisi, Nizaminin doğulduğu və dəfn edildiyi məkan onun Azərbaycana məxsus olduğunu ifadə edir. İkincisi, Nizaminin dövründə İran adlı dövlət olmayıb. Üçüncüsü, fars dili o zamanlar bütün şərqdə poetik (şeir dili) dil olaraq qəbul olunurdu. Fars dili, hətta şahların saraylarına da sirayət etmişdi. Ona görə də klassiklər yayılma arealını, dil tələblərini nəzərə alıb, əksərən fars dilinə müraciət etmişlər".

D.Osmanlının sözlərinə görə, Sövet dönəmində Azərbaycan ədəbiyyatşünaslığında Nizami irsi barədə kifayət qədər sanballı tədqiqatlar aparılıb, əsərlər yazılıb.  O qeyd etdi ki, ancaq üzərindəki müəyyən basqılar səbəbindən həmin əsərlər çox zaman yerli səviyyədə qalıb.  İranın Azərbaycanın  güclənməsini istəməməsinin səbəbləri çoxdur. Onlardan biri də odur ki, İran yaxşı görür, Azərbaycanın nüfuzu artıqca dünyada yaşayan soydaşlara milli himayədarlığı, bütövlükdə onların haqlarının bərpasına ideoloji dəstəyi təmin etmək üçün səylərini də artırır.

Azərbaycan təşəbbüsü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması və bugünkü səviyyəyə qalxması fars hökumətini çox məyus edir. Mərkəzin təşkilatçılığı ilə X Qlobal Bakı Forumunun keçirilməsi isə dünya mediasının diqqətinə bir daha Azərbaycan həqiqətlərini bu mədəniyyət platformasından təqdim elədi. Forumda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çıxışı mədəni irsimizə, o cümlədən Nizami milli kimliyinə molla rejiminin saxta iddialarına beynəlxalq müstəvidən birbaşa verilən ən mükəmməl cavab oldu.

Proseslər onu göstərir ki, İran mill-mədəni irsimizə, ərazisindəki 40 milyonluq soydaşlarımızın haqlarına sayğı göstərməli, eləcə də bölgədə gərginlik yaradan səylərinə son qoyub gerçəklə hesablaşmalıdır"-deyə D.Osmanlı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ