Bazar günü günü, 13 sentyabr 2026
     

Nizami Gəncəvinin adını daşıyan Qlobal Forumdan İran rejiminə tutarlı cavab...

Image


İran Azərbaycanın ən  böyük mütəfəkkirlərindən biri olan Nizami Gəncəvini fars şairi kimi təqdim etmək istiqamətində cəhdlərinə son vermir. Lakin Azərbaycanın buna adekvat cavabları və gördüyü işlər İranın cəhdlərini getdikcə daha böyük sürətlə iflasa uğradır.

Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə əsl həqiqətləri müxtəlif beynəlxalq tribunalardan da uğurla çatdırır.

Qeyd edilən fonda Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu da istisnalıq təşkil etmədi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  keçirilən Forumun açılış mərasimində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev çox maraqlı nüanslara toxunub: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır”. Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlət başçısı qeyd edib: “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”. Bütün bunlar möhtəşəm bir beynəlxalq tədbirdən İrana verilən növbəti tutarlı cavabdır. Məsələ burasındadır ki, İran Mədəniyyət və İslami İrşad Nazirliyi Nizami Gəncəvinin anım həftəsi tədbirlərinə start verib. Rəsmi dövlət agentliyi İRNA-nın xəbərinə görə, Nizaminin anım həftəsinin ilk tədbiri Təbriz Universitetində təşkil olunub. İran təqvimində Hicri ili İsfənd ayının 21-i (12 mart) Nizami Gəncəvinin anım günü olaraq qeyd edilib. O da maraqlıdır ki, İran rəsmilərinin ölkənin müxtəlif şəhərlərində keçirilən Nizami Gəncəvi tədbirlərində verdiyi mesajlar bir-birindən fərqlənir. İsfahanda keçirilən tədbirdə Nizami Gəncəvinin İranla digər "farsdilli ölkələr" arasında mədəni birliyin amillərindən biri olduğu vurğulanarkən, Təbrizdəki tədbirdə Nizaminin əsərlərində fərqli mədəniyyət və dillərin izlərinə diqqət çəkilib. Mədəniyyət Nazirliyinin ümumi mədəniyyət şurasının sədri Seyyid Məcid İmami Təbrizdəki tədbirdə deyib ki, Nizaminin şeirləri fars dilindədir, ancaq onun şeirlərinin məzmunu və mənası müxtəlif mədəniyyətlərdən alınıb: "O, şeirlərinə Aristotel və Platondan  hikmətli sözlər gətirib. “Leyli və Məcnun”u fars dilində yazıb. Türkcə ifadə və terminləri farscaya çevirib. Müxtəlif mədəniyyətlər və dillərdən müxtəlif hekayələr və mənaları toplayıb və belə görkəmli əsərlər yarada bilmək Nizaminin yüksək özəlliyidir". Tehran Universitetində İran XİN-in sözçüsü Nasir Kənani Nizaminin fars kökənli iranlı şair olduğu iddiasını irəli sürüb. Təbrizdə keçirilən seminarda da eyni fikirlər təkrar olunub. Biz Azərbaycan tüklərində bir sual yaranır ki, nə üçün İran və onun məsul şəxsləri Nizami Gəncəvini azərbaycanlı və türk kökənli olduğunu inkar edib, fars əsilli və iranlı kimi tanıtmaqda israrlıdılar?

Tanınmış güneyli publisist və araşdırmaçı-jurnalist Abdulla Əmir Haşımi Cavanşir qeyd edir ki, nə Nizami Gəncəvi iddia etdikləri kimi fars şairidir, nə də Gəncə İran şəhəri olub. O, bu xüsusda “kult.az” portalına açıqlamasında qeyd edib ki, İran rejimi Azərbaycanın maddi və mənəvi abidələrinə sahib çıxmaq niyyətindədir: “Elə ona görə də Nizami Gəncəvini fars şairi kimi dünyaya tanıtmağa cəhd göstərirlər. Keçirilən bu seminarda da şairin harada doğulmasını, türk mühitində böyüyüb tərbiyə almasını, o adətlərlə yetişməsini, özünəməxsus türk ruhunu danırlar. Bu haqda danışmırlar. Nizaminin türkcə olan şeirlərini yandıraraq məhv edib, ya da ərəbcə dediklərinə qiymət verməyiblər. Hətta onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Keçirilən seminarlar buna xidmət edir. Sübut etmək istəyirlər ki, qədimdən hamı Şimali Azərbaycanda, Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər”.  Abdulla Əmir Haşımi Cavanşir alimlərin bununla bağlı araşdırmasından da söz açıb: “Nizami Gəncəvi  müxtəlif dillərdə, o cümlədən fars dilində də dəyərli əsərlər yazıb-yaradıb. Onun ərəb və türk dilində də gözəl şeirləri olub. Elə Nizaminin Gəncədə doğulduğunu farslar özləri də bilir. Ömrü boyu da orada yaşayıb və orada da ölüb. Heç bir fars şəhərinə də səyahət etməyib. Amma o dövrdə özü müxtəlif dilləri məharətlə mənimsəmişdi. Yazdığı əsərləri ilə təkcə türk dünyasına deyil, bütün bəşəriyyətə bəhrələr vermişdi. “Leyli-Məcnun” əsərini yazmadan öncə onun haqqında ərəb mənbələrindən məlumat toplamış, türk ruhu ilə birləşdirib, fars dilində qələmə almışdı. O dövrdə hakimiyyətdə olan şahlar, xanlar fars dilində bilməsələr də, bu dildə yazılan əsərlərə, musiqiyə, şeirə böyük maraq göstərirdilər. Bu dildə yazıb-oxuyan şairləri də öz saraylarında xüsusi hədiyyələrlə qəbul edib, mükafatlandırırdılar. Nizamidən başqa Xaqani, Qətrani kimi tanınmış şairlər hamısı 3 dildə yazıb-yaratmışdı. Onlar da fars deyil, Azərbaycan-türk şairləridir”. Araşdırmaçı jurnalist, türk əsilli olsalar da, fars dilində əsər yazan bir çox şairin olduğunu diqqətə çatdırıb: “Bu adət-ənənə bugünə kimi bizdə, xüsusilə də Güney Azərbaycanda mövcuddur. Səhənd, Sabir, Şəhriyar kimi çoxlu şairləri misal gətirə bilərik. Şəhriyarın həm ana dilində əsərləri var, həm də fars dilində. Onun fars dilində yazdığı şeirlər o qədər yüksək səviyyədədir ki, heç bir fars şairi belə ustalıqla yaza bilməyib. Bu o demək deyil ki, Şəhriyar farsdır. Yaxud, Əhməd Şamlı. Özü türk əsilli olsa da, onun türkcə heç bir şeiri yoxdur, tamamilə farsca yazıb. Bu o demək deyil ki, o, fars kökənlidir. Amma İran İslam Respublikası bu həqiqətləri qəbul etmək istəmir. Onları fars, yaxud iranlı şair kimi tanıdır. Keçmişdə alimlərimiz də öz dillərində yazmayıblar. İbn Sina Həmədan türk olsa da, “Qanuni-Şəfa” kitabını ərəbcə yazıb. Eləcə də Xarəzmdən olan Əbu Reyhan Biruni riyaziyyata dair əsərlərini ərəbcə qeydə alıb. Bunlar nə ərəbdir, nə fars. Əsl türk dühalarıdır. Odur ki, İran təkcə Nizamini deyil, Birunini, İbn Sinanı, Şihabəddin Sührəvərdini və minlərlə belə türk alimi farslaşdırıb İslam Ensiklopediyasına daxil edib. Orada onların əsl milliyyəti isə qeyd olunmayıb. Bu oğurluq dünya tərəfindən qınanmalıdır. Biz bu gün İranın yanlışlıqlarına və mədəniyyət müsadirəsinə son qoyulmasını tələb edirik”.

X Qlobal Bakı Forumu da, şübhəsiz ki, İran tərəfinə tutarlı cavabdır. Belə ki, Forum dahi Azərbaycan şairi və mütəfəkkiri, bütün həyatını ölkəmizin qədim Gəncə şəhərində keçirən Nizami Gəncəvinin adını daşıyır. Dünya da məsələyə məhz bu rakursdan yanaşır.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ