çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Cənublu vətənpərvər baş prokuror rejim repressiyasının necə qurbanı oldu...

Image


“Təbriz Bakıya arxa” rubrikasında adı bu gün də dillərdən düşməyən, tez-tez yada salınan, şərəfli mübarizəsi örnək olan 1945-1946-cı illərdə Milli Hökumətin baş prokuroru olan Firudin İbrahimidən danışacağıq. Şah rejimi repressiyasının qurbanı olan Firudin İbrahimi edama məhkum edilir.

Onun edam ediləcəyini eşidən xalq İbrahimiyə öz sədaqətini, sevgisini göstərmək, şah rejiminə qarşı üsyanını, etirazını bildirmək üçün edamın icra ediləcəyi yerə axışır. F.İbrahimi son anda da xalqı qoruyur və öz tarixi son sözünü deyir: “Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan!”.  Həkim Azəri Fərhadın və mühəndis Ələkbəri Ələddinin xatirələrinə görə,  cəlladlar qorxularından onu dərhal edam ediblər… Məlumatlara görə, İbrahimini 1947-ci il mayın 23-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asıblar. Hadisə şahidləri, onun qohumları və ailə üzvləri bildiriblər ki, edam səhər tezdən, saat 5 radələrində icra edilib. 

Bəri başdan deyək ki, F.İbrahimi barədə bir sıra tədqiqatçılar, alimlər geniş araşdırmalar aparıb, onların sayı xeyli dərəcədə çoxdur. Bu məqalədə də, təbii ki, İbrahimi barədə yazılanlardan istifadə edəcəyik. Şübhəsiz, o alimlər arxivlərdə böyük zəhmət çəkib bu faktları gün işığına çıxarıblar. Bu xüsusi vurğulanmalıdır.

Görkəmli dövlət xadimi, natiq və publisist, 3 sentyabr 1945-ci ildən Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru  Firudin İbrahimi (İbrahimi Firudin Qəni oğlu) 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub.

F.İbrahiminin tədqiqatçılarının yazdıqlarına görə, o, 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. İbrahimi bu illərdə qələmə sarılır və eyni zamanda da Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan “Xavəri nov” ("Təzə xəbər") qəzetinin redaktoru olur.

Yazılanlara görə, 1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunur.

  • İbrahimi Paris Sülh Konfransında...

Paris Sülh Konfransı barədə eşidəndə həmişə içimizdən bir sızıltı keçir. Ona görə ki, 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndələri olan görkəmli şəxsiyyətlərimiz də bu konfransa qatılmışdı... Amma təəssüf ki, onlar əbədi olaraq mühacirətdə qaldılar.  Firudin İbrahiminin taleyinə isə İkinci Dünya müharibəsindən sonra Parisə getmək yazılıb, amma o geriyə, Vətəninə dönüb...

Tədqiqatçılar yazırlar ki, Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak edib. Qeyd edilir ki, Paris Sülh Konfransında İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilirdi.

Firudin İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edir. Bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq Firidun İbrahimi Azərbaycan Demokratik Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr – 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirir.

Firudin İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul edir və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalır.

Paris Sülh Konfransı barədə Firudun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan Seyid Cəfər Pişəvəri 3 sentyabr 1946-cı il tarixində Azərbaycan Demokratik Firqəsinin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş bayram mərasimindəki nitqində böyük bir fəxrlə qeyd etmişdi: “İndi Sülh Konfransında Yaxın Şərqdən yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar.”

Qeyd edilir ki, o, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri idi. "Ettelaat", "Aljir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmazlıqlarını ifşa edən publisistik məqalələr yazırdı...

1946-cı ilin dekabr ayında Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra F.İbrahimini həbs etdilər və 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin "Gülüstan" bağı"nda dar ağacından asdılar...

  • Baş prokurorun “Gülüstan bağı”nda edamı...

Həkim Azəri Fərhadın və mühəndis Ələkbəri Ələddinin hadisəni belə təsvir ediblər. “1947-ci ilin may aynın 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali "Gülüstan bağı"na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar (digər inqibalçıların hamısını Təbriz şəhərinin "Saat qabağı" adlanan yerində dar ağaçından asırdılar). "Gülüstan bağı" şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın uca boylu, enli kürək, əynində miləmil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin Ibrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər F.İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi...”

Onun ölümü haqda yazan tədqiqatçılara görə, beynəlxalq münasibətlərdə yaranan gərginlik səbəbindən SSRİ Cənubi Azərbaycan məsələsində Qərb dövlətlərinin müdafiə etdiyi İrana güzəştə getməyə məcbur oldu. SSRİ qoşunları buradan çıxarıldıqdan sonra İran şah qoşunları Azərbaycan Milli Hökumətinin ərazisinə hücuma keçdilər. Güclü müqavimətə baxmayaraq, 1946-cı ilin dekabr ayında şah qoşunları Milli Hökuməti süquta uğrada bildi. Milli Hökumətin bəzi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçdilər. Lakin Firudin İbrahimi öz doğma yurdunda qalmağı seçdi.

  • Firudin İbrahiminin atası da milli mübariz olub...

Əlbəttə, şanlı, şərəfli, eyni zamanda da kəskin mübarizə yolu keçən insanların, şübhəsiz ki, çox güclü, vətənpərvər ailəsi olmalıdır. Firudin İbrahiminin ailəsi də onun mübarizəsini hər zaman alqışlayırdı. Tədqiqatçılar yazır ki, onun  atası, Qəni İbrahimi öz dövrünün müasir düşüncəli ziyalılarından olmuş və Gilan Əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra, Astara şəhərində Ədalət Firqəsinin təşkilat quruluşunu yaratmağa başlamışdır. Qəni İbrahimi 1920-ci ilin iyul ayında Ədalət Firqəsinin Ənzəli şəhərində keçirilən ilk konqresində iştirak etdikdən və İranın Kommunist Partiyasının yaradılmasından sonra həmin partiyanın təşkilat quruluşunun təməlini Astarada qoyur. Qəni İbrahimi dəfələrlə kommunist düşüncəli fəaliyyətlərinə görə yaxalanıb məhbus olunmuşdur. 1931-ci ilin sonlarında polis əməkdaşları tərəfindən Ərdəbil şəhərinə aparılıb təhvil verilərək oradan da Təbrizə köçürülmüşdür. Bir müddət sonra Təbriz həbsxanasından Tehranın Qacar Qəsri Həbsxanasına köçürülür və 2 il həbsdən sonra, xəstələndiyinə görə, buraxılıb Nəhavənd rayonuna sürgün edilir. Qəni İbrahimi sürgündə olmasına baxmayaraq mübarizəsindən geri oturmur. İranda azadlıq hərəkatının yenidən gücləndiyi İkinci Dünya Müharibəsi dönəmində 1944-cü ildə İranın Tüdə Partiyasının təşkilat təməlini Nəhavənddə qoyur. 1946-cı ilin dekabr ayında yenidən yaxalanıb həbs olunur və ağır işgəncələrə məruz qalır. 1958-ci ilin dekabr ayında buraxıldıqdan sonra bəzi əl altıların vasitəsilə zəhərləndirilib öldürülür.

İbrahimi Qəninin həyatı vətəninin istiqlalı və azadlığı yolunda imperializm və irticaçı qüvvələrə qarşı mübarizə ilə zəngindir və oğlu İbrahimi Firudinin tərbiyəsinə və dünyagörüşünün formalaşmasında böyük təsir etmişdir.

  • “...Yenidən Azərbaycanda Milli Hökumət qurulacaq”

Tədqiqatçılara görə, F.İbrahimiyə Azərbaycan ədəbiyyatının müxtəlif əsərlərində yer ayrılıb. 21 Azər hərəkatı ilə yaxından tanış olan və özü də əslən Cənubi azərbaycanlı olan Mirzə İbrahimov yazdığı “Gələcək gün” əsərində Firudin İbrahimiyə də yer ayırıb. Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthu Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhran Tahir, Xəlil Rza, Arif Səfa, Taryel Ümid və başqaları əsərlərində onun poetik obrazını yaradıb.

Xalqımızın mübariz oğlu Firudin İbrahimli bütün həyatını siyasi mübarizəyə həsr etdi və Cənubi Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda sona qədər mücadilə apardı. Edam kəndirinin bir addımlığında da Milli Hökumətin yenidən bərpa ediləcəyindən ümidini kəsmədi, “Şox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq” dedi. Bəli, Cənubi Azərbaycanda Milli Hökumət qurulacaq, bunu Güneyli-Qüzeyli Azərbaycanda hər kəs arzu edir və bu məqsədə doğru irəliləyir...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ